AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
Fakültə: İQTİSADİYYAT VƏ İDARƏETMƏ
İxtisas: MALİYYƏ
Kafedra: MALİYYƏ
Fənn: Statistika
REFERAT
Mövzu: Xərclərin təsnifatı və quruluşunun öyrənilməsi
Tələbə: Astanov Ruslan
Qrup: 636
Kurs: 2
Müəllim: Yaqublu Etibar
Bakı – 2011
Plan:
1.İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı
2.İstehsal xərcləri və mənfəət arasında asılılıq
3.Xərclərin həddi və mənfəətin yüksəldilməsi
-
-
-
-
-
-
-
-
-
-
-
1.İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı.
-
İstehsal xərcləri bir sıra iqtisadi kateqoriyaların formalaşmasında əsaslı rol oynamaqla (qiymət, mənfəət, rəqabətqabiliyyətlilik və s.) mühüm təcrübi əhəmiyyət daşıyır. Aqrar bazar şəraitində istehsal xərcləri xüsusi rola malikdir. Belə ki, çoxsaylı əmtəə istehsalçısının mövcud olduğu kənd təsərrüfatında istehsal xərclərini formalaşdıran maddi-texniki resurslara, göstərilən iş və xidmətlərə görə xərclər məhsul istehsalına çəkilən xərclərin müəyyən hissəsini formalaşdırır. Bu baxımdan aqrar bazara çıxarılacaq kənd təsərrüfatı məhsulları istehsalı xərcləri daxili və xarici xərclər kimi təsnifləşdirilir.
Daxili xərclərə istehsal prosesində müəssisələrin özünə məxsus olan resurslardan istifadəyə çəkilən xərclərdən ibarətdir. Məsələn, kənd təsərrüfatı müəssisələri istehsal etdiyi bəzi məhsulların müəyyən hissəsini toxum kimi saxlamaqla növbəti istehsal dövründə istifadə edir (məsələn, taxıl məhsulu). Həmçinin istehsal etdiyi yem məhsullarının müəyyən hissəsini heyvandarlığın inkişafına yönəldir. Müəssisələrin malik olduğu bina və qurğulara, maşın və avadanlıqlara çəkilən xərclər də daxili xərclərə aid edilir.
Xarici xərclərə kənardan alınan xammal, yanacaq, gübrələr, elektrik enerjisi, yemlər, muzdla cəlb olunmuş əmək ehtiyatlarına və nəqliyyata çəkilən xərclər və s. daxildir.
Ümumiyyətlə istehsal xərcləri müəssisələrin məhsul istehsalı prosesində çəkdiyi bütün xərcləri xarakterizə edir. İstehsal xərclərini xarakterinə görə sabit və dəyişən xərclər kimi qruplaşdırmaq olar.
Sabit xərclər istehsal prosesində məhsulların müxtəlif növlüyündən, onların kəmiyyətindən asılı olaraq formalaşır. Məsələn, inzibati işçilərə verilən əmək haqqı, bina və avadanlıqların saxlanması xərcləri və s.
Dəyişən xərclər müxtəlif məhsulların istehsalı, onların həcmi ilə bilavasitə bağlıdır. Məsələn, eyni sahəyə çəkilən xərclər artıb-azaldıqda dəyişir, yaxud yeni texnologiyanın tətbiqi, gübrələrdən istifadə və s. xərclərin dəyişməsinə səbəb olur.
Sabit və dəyişən xərclər mahiyyətinə görə fərqlənsə də onlar arasında asılılıq mövcuddur və biri-birini tamamlayır. Yəni sabit və dəyişən xərclər istehsala çəkilən xərcləri əks etdirməklə ümumi istehsal xərclərini formalaşdırır.
İstehsal xərclərindən danışarkən məhsul vahidinə çəkilən xərclərin-maya dəyərinin mahiyyətinin və əhəmiyyətinin müəyyənləşdirilməsi xüsusilə vacibdir. Bu göstərici istehsal strukturlarını müqayisəli qiymətləndirilməsində, qiymətqoyma prosesində, məhsulların rəqabət qabiliyyətinin formalaşmasında, mənfəətin hesablanması və yüksəldilməsi tədbirlərinin hazırlanmasında əhəmiyyətli rol oynayır.
İqtisadi ədəbiyyatda maya dəyəri termini orta istehsal xərcləri kimi də adlandırılır. Maya dəyərini, yaxud orta istehsal xərclərini sabit və dəyişən xərclər üçün də müəyyənləşdirmək mümkündür.
Orta sabit xərcləri və orta dəyişən xərcləri hesablamaq üçün ümumi sabit və ümumi dəyişən xərclər istehsal olunmuş məhsulun həcminə bölünür.
Deməli orta sabit xərclər istehsalın həcmi artdıqca aşağı düşür, orta dəyişən xərclər isə ilk baxışdan məhsulun həcminin artımı nəticəsində məhsul vahidinə görə azalsa da məhsuldarlığın artımına yönəldilən xərclər hesabına yüksəlir.
Kənd təsərrüfatında istehsal xərcləri hesablanarkən xərclərin ödənilməsi müddəti fərqləndirilir və nəzərə alınır. Belə ki, xərclərin ödənilməsi prosesinin təhlili onun uzun dövrü əhatə etdiyi vaxta və qısamüddətli dövrə görə müqayisə edilməklə aparılır. Bu zaman kəsiyində əldə olunacaq mənfəətin səviyyəsi dövrlərə görə qiymətləndirilir. Təbii ki, bazarın tələbi nəzərə alınmaqla istehsalçı öz iqtisadi marağına uyğun variantı seçir və istehsal istiqamətinin müəyyənləşdirilməsində bu amildən əhəmiyyətli şəkildə istifadə edir.
-
Xərclər ümumiləşdirilmiş formada müəyyən əmtəə və xidmətlərin istehsalının təşkili üçün lazım olan istehsal amillərinin dəyərindən ibarətdir.
-
Ümumiyyətlə kənd təsərrüfatı məhsullarının istehsalı prosesində xərclərə aşağıdakı mövqelərdən yanaşmaq lazımdır:
-
a) istehsal vasitələrinə (materiallara) xərclər. Məsələn: toxum, gübrə, bitki mühafizə vasitələri, neft məhsulları və s.;
-
b) əmək haqqı:
-
- haqqı ödənilən (muzdlu) iş qüvvəsinə əmək haqqı xərcləri;
-
- haqqı ödənilməyən (ailənin) iş qüvvəsinə əmək haqqı xərcləri;
-
Qeyd: Ailənin əmək haqqı mənfəətdən ödənilir, eyni zamanda onlardan istifadə müəyyən alternativ xərcləri əmələ gətirir.
-
c) İş və xidmətlərə xərclər. Məsələn, texnikadan istifadə, mühasibat uçotunun aparılması və s.;
-
d) əsas istehsal vasitələrindən istifadə:
-
amortizasiya ayırmaları;
-
e) kapitaldan istifadə üzrə xərclər:
-
- xüsusi kapital - faiz dərəcəsi;
-
- borc kapitalı - faizlər;
-
Qeyd: Xüsusi kapital mənfəətdən ödənilir, eyni zamanda ondan istifadə müəyyən (alternativ) xərcləri əmələ gətirir.
-
ə) Sair xərclər. Məsələn, sığorta haqları, vergilər və s.
-
Xərclərin təsnifləşdirilməsi aşağıda öz əksini tapmışdır.
-
Sabit, mütənasib dəyişən və qeyri-mütənasib dəyişən xərclərlə ümumi, orta və son hədd xərcləri arasında müxtəlif asılılıqlar mövcuddur (şəkil 10).
-
Ümumi xərclər dəyişən xərclərin artması hesabına artdıqda onun strukturunda sabit xərclərin xüsusi çəkisi aşağı düşür. Ümumi xərclərlə mütənasib dəyişən xərclər arasında düz mütənasiblik mövcuddur. Çünki qısamüddətli dövrdə ümumi xərclər dəyişən xərclər hesabına artır. Dəyişən xərclərin artmasının məhsul istehsalının artımı ilə müşahidə olunması vəziyyətində hər məhsul vahidinə düşən sabit xərclərin, yəni orta sabit xərclərin azalması baş verir.
-
Aydındır ki, istehsalın baş vermədiyi şəraitdə belə sabit xərclər mövcud ola bilər. Məsələn, istehsalçı torpaq sahəsini əkib-becərmədiyi halda da torpaq vergisini ödəməlidir. Deməli istehsalın həcmi ilə orta dəyişən xərclər arasında tərs mütənasiblik mövcuddur. Ümumiyyətlə istehsalın mövcud olmadığı bir şəraitdə dəyişən xərclər sıfıra enir, lakin sabit xərclər öz səviyyəsində qalır. Ümumi xərclərin strukturunda baş verən dəyişiklik özünü orta xərclərin strukturunda büruzə verir. Belə ki, məsələn, ümumi xərclərin strukturunda sabit xərclərin xüsusi çəkisinin artması müvafiq olaraq orta xərclərin xüsusi çəkisində orta sabit xərclərin xüsusi çəkisinin artması ilə müşahidə olunur.
-
-
-
Şəkil 10. Xərclərin təsnifatı.
-
-
-
Şəkil 11. Xərclər arasında asılılıq.
-
Aqrar bazar şəraitində istehsalçı daha çox məhsul istehsalına nail olmaq üçün səy göstərməklə daha az xərc müqabilində maksimum mənfəət əldə etməyə çalışır. İstehsalın-təklifin artırılmasının hər iki-intensiv və ekstensiv yolları əsasən istehsal xərclərinin yüksəldilməsi ilə nəticələnir. Bu zaman istehsalçı elə optimal variant seçməyi məqsəd kimi qarşıya qoyur ki, xərclərin maksimum həddində belə mənfəət əldə etmək imkanına malik olsun, yaxud ən azı zərər yaranmasın. Yəni istehsal xərclərinin səviyyəsi məhsul istehsalının artırılması prosesində mənfəətin elə artımını şərtləndirməlidir ki, istehsalın və xərclərin əvvəlki səviyyəsi ilə müqayisədə daha səmərəli olsun.
İstehsal xərcləri ilə mənfəət arasında qeyd olunan mütənasibliyin gözlənilməsində əsas göstəricilərdən biri kimi son hədd xərcləri iqtisadi məfhumundan istifadə edilir.
Son hədd xərcləri dedikdə məhsul istehsalının artımı ilə əlaqədar formalaşan ümumi istehsal xərclərinin yüksəlməsi səviyyəsi başa düşülür. Daha dəqiq desək, son hədd xərcləri məhsul istehsalının artmasına yönəldilmiş xərclərlə əvvəlki istehsal xərclərinin fərqinin bu zaman əldə olunan məhsulla əvvəl istehsal olunan məhsulun həcmi arasındakı fərqə nisbəti ilə müəyyənləşdirilir.
Son hədd xərclərinin hesablanmasının mənfəətlə bağlılığı onunla izah olunur ki, yaranmış fərq bazar qiyməti ilə müqayisəli təhlil edilir. Bu araşdırma qiymətlərin və xərclərin, deməli mənfəətin səviyyəsi baxımından müqayisəli şəkildə əlverişli variantı, daha səmərəli istehsal sahəsini, yaxud məhsul istehsalını əvvəlcədən proqnozlaşdırmağa şərait yaradır.
Kənd təsərrüfatı istehsalında son hədd xərclərinin tədqiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır: xərclərin elə səviyyəsi mövcuddur ki, həmin xərc istehsalının artmasına səbəb olmur, əksinə, bəzi hallarda növbəti istehsal dövrlərində məhsuldarlıq azalır, yaxud əlavə xərc hesabına istehsalın artımı bazar qiymətlərinin səviyyəsi ilə müqayisədə kifayət qədər mənfəət əldə etməyə imkan vermir.
Birinci hal, yəni xərclərin artım səviyyəsinin məhsul istehsalının artımı ilə nəticələnməməsi və ya istehsalın aşağı düşməsi torpağın keyfiyyəti ilə əlaqədardır. Belə ki, bir neçə istehsal dövründə eyni sahəyə (növbəli əkin tətbiq etmədən, bəzi hallarda növbəli əkin olsa belə) müxtəlif gübrələrin verilməsi torpağın istehsala zəruri olan xassələrinin aşağı düşməsinə və itməsinə gətirib çıxarır.
İkinci halda xərclər o səviyyədə artır ki, istehsalın artımından daşınmağa lüzum qalmır, yəni xərclər bazar qiymətlərinin səviyyəsini ötür. Hər iki halın baş verməsi son hədd xərclərinin hesablanmasını kölgədə qoyur.
Qeyd olunanların nəzərə alınması isə ona gətirib çıxarır ki, istehsalçı əvvəlcədən xərclərini bazar qiymətlərinin səviyyəsi ilə istehsalın artımını mənfəətin səviyyəsi ilə əlaqələndirə və qiymətləndirə bilər.
Göründüyü kimi istehsal xərcləri nəticə etibarı ilə mənfəətə birbaşa təsir göstərir. Çünki mənfəət satışdan əldə olunan pul vəsaiti ilə əmtəə istehsalı və satışı xərclərinin fərqi kimi hesablanır.
Mənfəətin yüksəldilməsi məlumdur ki, hər bir istehsalçının başlıca məqsədidir. Mənfəətin yüksəldilməsinin müxtəlif istiqamətləri mövcuddur.
İlk növbədə məhsul istehsalının artırılmasına təsir edən və az xərc tələb olunan tədbirlərə üstünlük verilməsi vacibdir. Qiymətlərin səviyyəsi ilə xərclər arasında səmərəli nisbətin gözlənilməsi üçün yüksək keyfiyyətli əmtəə istehsalı diqqət mərkəzində olmalıdır. Bu zaman bazarın tələbinə uyğun məhsul istehsalına üstünlük verilməsi, çevik şəkildə istehsalda struktur dəyişikliklərinin bazara uyğunlaşdırılması istehsalçının əsas vəzifələrindən olmalıdır. Deməli tələb və təklifin tarazlığı mənfəətə də öz təsirini göstərə bilir.
Mənfəətin artırılmasının digər mühüm istiqaməti istehsalçının təkcə keyfiyyət baxımından deyil, eyni zamanda digər əlamətlərə görə yüksək rəqabət qabiliyyətli əmtəə istehsalına nail olması ilə bağlıdır. Bu onunla xarakterizə olunur ki, bir tərəfdən eyni məhsulun çoxsaylı satıcısı olan aqrar bazarda güclü rəqabət mühiti formalaşır, digər tərəfdən müəyyən inhisarçı qruplarının mövqeyi ilə mübarizə aparmaq, idxal məhsulları ilə rəqabətə girmək kimi mühüm məsələlərin öhdəsindən gəlmək problemi yaranır.
Mənfəətin artırılmasında istehsalçı üçün əsas şərtlərdən biri də səmərəli istehsal sahələrini müəyyənləşdirə bilmək bacarığı ilə bağlıdır. Bunun üçün istifadə olunan göstərici mənfəət həddidir.
Mənfəət həddi (iqtisadi ədəbiyyatda bu göstərici gəlir həddi kimi də işlədilir) satışdan əldə olunan pul gəlirinin artımının məhsulun həcminin artımına nisbəti kimi müəyyən olunur.
Digər istiqamətlərlə yanaşı mənfəət həddinin hesablanması da mənfəətin artırılması üçün daha səmərəli tədbirlər hazırlamağa imkan verə bilir.
Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətinin başlıca göstəricisi fəaliyyətdir. Rentabelli olmayan, başqa sözlə ziyanla işləyən müəssisələr sadəcə olaraq səhnədən gedirlər. Lakin təhlil zamanı məsələnin həllinin sadəliyi ancaq zahiridir. Sənaye cəmiyyətin inkişaf dərəcəsinə uyğun olaraq bazar konyukturası son dərəcədə mürəkkəbləşir və yüksək dinamikliyi ilə fərqlənir. Belə şəraitdə müntəzəm olaraq mənfəət əldə etmək o qədər də asan olmur. Ona görə də istehsalı elə təşkil etmək lazımdır ki, məhsul istehsalı minimum xərclər çəkməklə əldə edilsin, keyfiyyəti yüksək və qiymətli rəqabət qabiliyyətli olsun.
Bunlarla əlaqədar olaraq material xərcləri (1 m ilə qiymət 10 m) arasındakı minimal nisbət mühüm göstəricilərdən biri hesab olunur. Məhsulun qiymətində material xərclərinin xüsusi çəkisi nə qədər az olarsa istehsalın effektliyi də bir o qədər yüksək olar. Analitik olaraq bunu aşağıdakı kimi ifadə etmək olar:
Lakin bu formulada sənayeləşmiş iqtisadiyyatın əsas ziddiyyətlərindən biri özünü biruzə verməkdədir. Bunun mahiyyəti ondan ibarətdir ki, material xərclərinin ixtisar edilməsi əmək haqqına çəkilən xərclərin nisbi olaraq artmasına səbəb olur. Lakin təcrübənin göstərdiyi kimi ölkə sənaye cəhətdən nə qədər çox inkişaf edirsə, əmək bir o qədər bahalaşır. Bununla əlaqədar olaraq hər bir müəssisə əmək xərclərini mümkün qədər azaltmağa çalışır. Bu isə öz növbəsində müəssisələri yeni maşın və avadanlıqlar tətbiq etməyə sövq edir. Bu köhnələrdən baha olsa da daha çox məhsuldardır. Lakin müəssisənin rəhbərliyinin başqa yolu yoxdur, ya yeni texnikanı tətbiq et, ya da ki, əmək haqqında çəkilən xərcləri artırır.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə canlı əmək sənayecə zəif inkişaf etmiş ölkələrə nisbətən başqadır və demək olar ki, həmin ölkələrin milli gəlirində əmək haqqı iki dəfə yüksəkdir. Bu ona gətirib çıxarır ki, sənaye cəhətdən inkişaf etmiş ölkələr yeni texnikanı həvəslə tətbiq edirlər və əksinə iqtisadiyyatı sənaye cəhətdən daha zəif inkişaf etmiş ölkələr yeni texnikanı daha az həvəslə tətbiq edirlər.Nə qədər sənaye daha yüksək səviyyədə olur, ölkəyə xarici kapital axını minimum səviyyədə qalmaqla davam edir. Bu gün bir sıra xarici ölkələr Azərbaycan iqtisadiyyatına həvəslə kapital qoymaqdadırlar. Onları buna sövq edən əsas səbəblərdən biri bizdə əmək haqqının olduqca aşağı səviyyədə olmasıdır. Bunun nə dərəcədə yaxşı və ya pis olduğu haqqında birmənalı fikir söyləmək nə qədər çətin olsa da fikrimizcə bu ölkəmizdə yeni iqtisadi sistemin təşəkkül tapması inkişafının ən ümidverici və son dərəcədə səmərəli yoludur.Bu yolun nə dərəcədə səmərəli olduğunu Avropa və Asiyanın bir sıra ölkələrinin xarici kapitaldan fəal istifadə edərək öz inkişaflarını təmin etdiklərini sübut edir.Dövlətin mənafeyi nöqteyi-nəzərdən əmək məhsuldarlığı və əmək hüququnun artım templəri göstəricisi daha mühümdür. Bu göstəricilər ölkə iqtisadiyyatının normal inkişafı üçün bir-biri ilə sıx əlaqədardır və çalışmaq lazımdır ki, əmək məhsuldarlığının artım tempi əmək haqqının artım tempini qabaqlasın. Lakin müəssisənin mənafeyi nöqteyi nəzərindən bu başqa ola bilər. Belə ki, ayrılıqda götürülən hər bir müəssisə öz istehsalını ictimai məqsədəuyğunluğu haqqında az düşünürlər və buna görə də əmək məhsuldarlığı və əməkhaqqının artımı templəri arasındakı nisbət onları o qədər də qayğılandırmır. Onlar üçün vacibi odur ki, gündəlik işlərini başa vuraraq mənfəət əldə etsinlər. Həqiqətdə isə əmək məhsuldarlığının artım tempinin kifayət qədər olmadığı halda əmək haqqının yüksək artım tempi son nəticədə yalnız ölkənin iqtisadi konyukturasını mürəkkəbləşdirməklə yanaşı ayrı-ayrı müəssisələrin fəaliyyətində də öz neqativ təsirini əks etdirərək əvvəlcə onların fəaliyyətinin gərginləşməsinə sonra isə iflasa uğramasına səbəb olur. Belə situasiya inhisarlaşdırılmış sahələrdə və inhisarlaşdırılmış iqtisadiyyatda meydana çıxır. İnhisarçı qiymətləri artırmaqla asanlıqla əmək haqqını yüksəldə bilər. Bu hal bu gün lazımı iqtisadiyyatımızda müşahidə olunmaqdadır. Son nəticədə bu situasiyadan həm inhisarçının özü və həm də insanlar əziyyət çəkir.Qərbi Avropa və ABŞ-ın inhisarlaşdırılmış iqtisadiyyatı XX əsrin –ci illərinin və 30-cu illərini əvvəllərində bu ölkələrdə böhrana səbəb oldu. Buna oxşar vəziyyət XX əsrin 70-ci illərində neft inhisarlarının neftin qiymətini kəskin şəkildə artırdığı dövrdə də müşahidə olunmuşdu. Lakin Qərbin müdrik təcrübəsi buna davam göstərdi. Beləliklə inhisarçılıq nəticəsində başlıca ardıcıllığın pozulması iqtisadiyyatda balansın pozulmasına və daha sonra isə ayrılıqda görülən müəssisə miqyasında neqativ nəticələri qaçılmaz edir.Bu da aydındır ki, əmək haqqının qeyri-rasional artımı hər şeydən əvvəl sübut şəraitində maya dəyərinin yüksəldilməsinə və son nəticədə rentabelliyin aşağı düşməsinə gətirib çıxarır. Lakin inhisarlar qiymətin yüksəlməsi hesabına mənfəətin artımına nail ola bilərlər, əgər rəhbər uzaqgörən deyilsə o belə düşünər ki, digərlərinin hesabına uzun müddət fəaliyyət göstərmək olar. Bu işdə rəqabət hər şeyi tezliklə yerinə qoyur. Ona görə də müəssisələr və sahələr inhisarçı olmağa çalışırlar.Rentabelliyin yüksəldilməsinin real mənbəyi məhsulların istehlak xüsusiyyətlərinin yüksəldilməsidir. Bu məhsulların qiymətini yüksəltməyə imkan verir. Bunu məhsulların texniki keyfiyyətini yüksəltmək, dizaynı yaxşılaşdırmaq və ya istehsal güclərini artırmaq həmçinin servis xidmətini yaxşılaşdırmaq hesabına olar. Təəssüf ki, bu məsələlərdə və xüsusilə də servis xidməti sahəsində işlər yumşaq desək pis vəziyyətdədir.
Bazarın yüksək səviyyədə bolluğu şəraitində hətta aşağı qiymətlər yaxşı xidmət təminatı və zahiri cazibədarlığı olmayan məhsul istehsalçılarına ciddi üstünlüklər vermir. Menecmentin iqtisadi səmərəliliyini müəyyən etmək üçün idarəetmə quruluşunun təkmilləşdirilməsinə təsir edən amilləri müqayisə etmək lazımdır. İdarəetmə quruluşunun təkmilləşdirilməsi ardıcıl və bir neçə mərhələdə aparılır. Əvvəlcə təşkilat quruluşu və idarəetmə quruluşuna təsir edən amillər təhlil edilir (təsərrüfatın həcmi, ixtisaslaşması, istehsalın təmərküzləşməsi, texnika ilə təmin edilməsi, kadrların ixtisas səviyyəsi və s. )elmi-tədqiqat müəssisələrinin zona üçün təklif etdikləri optimal həcmə uyğun olub-olmaması müəyyən edilir. Bundan başqa mövcud təşkilat quruluşu və idarəetmə quruluşunun bir-birinə və həcminin mərkəzi xidmət bölmələrinə uyğunluğu sahələrarası əlaqə istehsalat vahidləri və xidmətedici bölmələrdə normativ və yük normalarına əsasən işlərin sayı, xidmət və ştat vahidləri arasında vəzifə bölgüsünün uyğunluğu öyrənilir. Bununla yanaşı idarə aparatı işçilərinin xüsusilə orta pillə menecerlərinin əmək haqqı səviyyəsinin dəyişdirilməsi imkanları müəyyən edilir.
Mövcud istehsal quruluşu və idarəetmə quruluşunda buraxılan nöqsanlar öyrənilir və onların aradan qaldırılması üçün tədbirlər görülür. İdarəetmə quruluşunun layihəsini tərtib etmək məqsədilə ilk sənədlərdən, biznes planlarından, illik hesabatlardan, elmi-tədqiqat institutlarının tövsiyyələri, qanunlardan, hüquqi normativ aktlardan istifadə edilir.Yeni layihənin müzakirəsi zamanı aşağıdakılar tövsiyyə edilir: istehsal və xidmət vahidlərinin vəziyyətini, onların perspektiv inkişafını obyektiv surətdə qiymətləndirilməsi, gələcək ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, gələcək, səmərəli yerləşdirilməsi, təsərrüfatda olan və yeni təşkil ediləcək istehsalat vahidlərinin optimal həcmi, təsərrüfat ərazisində onların yerləşdirilməsi.İdarəetmə işçilərinin optimal sayını müəyyən etmək üçün onun nizamlanma və ixtisara alınma ehtiyatlarını aşkar etmək lazımdır. Bunun üçün şaquli və hüquqi vəzifələrin əvəz edilməsi idarə işçiləri arasında funksional vəzifələrin bölüşdürülməsi, mövcud istehsal birləşdirilməsi imkanları müəyyən edilməlidir. Təsdiq edilmiş plana əsasən istehsalat və idarəetmə quruluşuna uyğun yeni istehsal və xidmət bölmələri yaradılması əsaslandırılır.Mövcud normativlərə əsasən bütün idarə aparatı işçilərinin əsas əmək haqqı müəyyən edilməlidir.Sahə idarəetmə sisteminin tətbiqi ilə əlaqədar olaraq mütəxəssislərin yerinə yetirdikləri funksiyalar dəyişir. Bununla əlaqədar olaraq ayrı-ayrı vəzifələr ixtisara düşür, bəziləri isə yenidən müəyyən edilir. Digər əsas məsələ sənəd dövriyyəsinin sistemləşdirilməsidir. Bunun üçün mövcud sənəd dövriyyəsi təhlil edilir, sənədlərin yeni forması tətbiq edilir.Hazırlanan yeni layihəyə müvafiq olaraq idarəetmə quruluşu layihəsi (ixtisara salmaq və yaxud artırılacaq ştat vahidləri; bunun nəticəsində əmək haqqı fondunun çoxalması və yaxud azalması) hazırlanır.
Təqdim edilən bütün materiallar təsərrüfatın rəhbər işçiləri, mütəxəssisləri və sıravi işçilərin iştirakı ilə müzakirə edilərək təsdiq edildikdən sonra qanuni qüvvəyə malik olurÜmumi mərhələnin vəzifəsi təsərrüfatın təşkilat-istehsalat quruluşuna daxil edilən konkret bölmələr haqqında əsasnamənin, idarə aparatı işçilərinin vəzifə təlimatının işlənib hazırlanmasıdır. Təkmilləşdirilmiş idarəetmə sisteminin tətbiqini həyata keçirən dördüncü mərhələ başlanır.Dördüncü mərhələnin əsas vəzifəsi idarəetmə quruluşuna müvafiq olaraq rəhbər işçi və mütəxəssislərin seçilməsi istehsal vahidləri arasında işçi qüvvəsi hər bir icraçının iş yeri ilə təmin edilməsi vəzifə təlimatları və istehsal vahidləri üçün əsasnamələrin tətbiqinə nail olunmasıdır. Menecment sisteminin iqtisadi səmərəliliyi aşağıdakı qaydada hesablanır:Bildiyimiz kimi, həyat iqtisadi ehtiyatların məhdudluğu şəraitində mövcuddur. Bu məhdudluq iqtisadiyyat elmini meydan gətirmişdir. Başqa sözlə desək, əgər iqtisadi ehtiyatlar sonsuz miqdarda olsaydı, onda iqtisad elminə ehtiyac olmazdı.Məhdudluq baxımından hər bir istehsalçı təsərrüfat fəaliyyətinin səmərəliliyini artıqmaq istəyirsə, gərək istifadə olunmuş iqtisadi ehtiyatların kəmiyyətinin ən əlverişli variantını seçsin. Təsərrüfat fəaliyyətinin səmərəli olması bəzi amillərdən asılıdır. Bu amillər arasında sahibkar gəliri, istifadə olunmuş iqtisadi ehtiyatların miqdarından asılıdır. Təsərrüfat fəaliyyəti bu amillərlə yanaşı istehsal olunan məhsulun satış qiymətindən də asılıdır. Məhsulun qiyməti isə bazarda məlum olunur. Əslində məhsulun qiymətini onu istehsal edən müəssisə əvvəlcədən təyin edir. Qiymətin müəyyən edilməsində əsas rolu istehsal xərcləri amili oynayır.İstehsal xərcləri dedikdə məhsulun istehsalı üçün zəruri olan iqtisadi ehtiyatların əldə edilməsinə sərf olunan pulun miqarını ifadə edən iqtisadi kateqoriya başa düşülür. Bu kateqoriya çox böyük əhəmiyyətə malik bir kateqoriya olub bir çox iqtisadi məktəblər tərəfindən tətqiq edilmişdir. Adam Smitin fikrini əsas götürən ingiltərə iqtisadları C.Mill və R.Torrens istehsal xərclərini yığılmış əmək məsrəfləri adlandırmışlar. Onlar istehsal xərclərini əmtəənin daxili dəyəri hesab edirdilər.faydalılıq dərəcəsi nəzərdə tutulur.Neoklassik məktəbininnümayəndəsi olan A.Marşal istehsal xərcləri kateqoriyası üzərində işləmişdir. O, bu kateqoriyanı fəhlələrin əziyyətinin və kapitalistlərin imtinasının cəm xərcləri kimi qələmə almışdır.Neoklassiklərdən fərqli olaraq marksist məktəb istehsal xərclərini əmək-dəyər nəzəriyyəsinə əsaslanaraq, bu kateqoriyanı əmtəə istehsalına sərf olunmuş əməyin məcmusu adlandırmışdır.Qərb iqtisadçıları isə XX əsrdə istehsalın inkişafında baş verən dəyişikliklərlə əlaqədar olaraq, istehsal xərclərinin digər iqtisadi məktəblərinkindən fərqlənən konsepsiyasını hazırlamışlar. Bu konsepsiyaya əsasən, müasir dövrdə istehsal xərclərinin böyük bir hissəsini qeyri-istehsalda çalışan işçilərin əmək məsrəfləri təşkil edir. Başqa sözlə desək, elmi-tədqiqat işləri, idarəetmə, reklam kimi işlərə daha çox pul xərclənilir.Bütün bu qeyd olunanları əsas götürərək belə bir qənaətə gəlmək olar ki, istehsal xərcləri hər hansı bir müəssisənin əmtəə (məhsul) istehsalı üçün zəruri olan bütün xərclərin cəmindən ibarət olan bir iqtisadi kateqoriyadır. Yəni istehsal xərcləri hər hansı bir firmanın binasının istismarına, dəzgahların alınmasına və quraşdırılmasına, işçilərin əmək haqqına, tələb olunan xammala, onun daşınması üçün lazım olan yanacağa, dəzgahların iş zamanı işlətdiyi enerjiyə və başqa proseslərinicrası üçün tələb olunan məsrəflərin cəmidir. Məhsulların istehsalı prosesində xammal, material, yanacaq, elektrik enerjisi, əməyin müxtəlif növləri sərf olunur, əsas kapital ünsürləri – maşın və avadanlıqlar, binalar istifadə olunduqca köhnəlir və öz dəyərlərinin bir hissəsini amortizasiya ayırmaları formasında istehsal edilən məhsulların üzərinə keçirirlər. Deməli, bu və ya digər məh-sulun istehsalına müəyyən miqdarda canlı və maddiləşmiş əmək sərf olunur və bunlar istehsal xərclərini əmələ gətirir.
Lakin istehsal xərcləri kateqoriyası ilə əlaqədar iqtisadçılar arasında fikir birliyi yoxdur. Demək olar ki, iqtisadi məktəblərin hamısının tanınmış nümayəndələri bu barədə fikir söyləmişlər. Məsələn, klassik burjua siyasi iqtisadının nümayəndələri A. Smit və D. Rikardo istehsal xərcləri haqqında öz mülahizələrini bildirir və onu istehsal qiyməti ilə eyniləşdirirlər. J. B. Seyin fikrincə istehsal xərcləri üç amildən – əmək, torpaq, kapital – əmələ gəlir. Fransız iqtisadçısı N. Senior istehsal xərclərinin izahının subyektiv variantını irəli sürmüşdür. Onun fikrincə dəyərin kəmiyyəti işçilərin və sahibkarların şəxsi istehlakdan imtina etmələrinin nəticəsidir.
K. Marksa görə əmtəələrin istehsalı üzrə cəmiyyətin və müəssisələrin istehsal xərclərini bir-birindən fərqlən-dirmək lazımdır. Məhsulların hazırlanması ilə əlaqədar sərf olunan bütün canlı və maddiləşmiiş (keçmiş) əmək məsrəfləri cəmiyyətin istehsal xərclərini əmələ gətirir. A. Marşall istehsal xərclərinin obyektiv və subyektiv variant-larını birləşdirməyə cəhd göstərmişdir. O, belə hesab edirdi ki, istehsal xərcləri işçilərin «əziyyəti» və sahibkarların «imtinasının» cəmidir. Müasir dövrdə Qərb ölkələrin-də istehsal xərclərini həm mahiyyət, həm də quruluş və terminologiya cəhətdən onun marksist konsepsiyasından fərqləndirirlər. Əgər əvvəllər istehsal xərclə-rinin əsas hissəsi istehsalda bilavasitə çalışan işçilərin əmək haqqından ibarət idisə, hazırda onun tərkibində qeyri-istehsal işçilərinin əməyi, marketinq, idarəetmə, reklam və s. əlaqədar xərclər çoxluq təşkil edir.
Kempbell R. Makkonnell və Stenli L. Bryunun «Ekonomiks» kitabında istehsal xərcləri belə səciyyələndirilir: «Istehsal xərclərinə mülkiyyətçiyə məxsus olan və istehsal prosesi üçün ehtiyatlardan kifayət qədər göndərilməsinə təminat verən bütün ödənişlər daxildir. Burada malgöndərənlərə ödənilən kənar (xarici) xərclər, habelə daxili xərclər nəzərdə tutulur. Daxili xərclərin ünsürlərindən biri sahibkarın yerinə yetirdiyi vəzifələrin müqabilində götürdüyü normal mənfəətdir».
Beləliklə, müxtəlif iqtisadi məktəblərin nümayəndə-lərinin fikrincə, hər bir məhsulun istehsalına müəyyən miq-darda iqtisadi ehtiyatlar və ya istehsal amilləri (əmək, kapital və s.) sərf olunur ki, bazar iqtisadiyyatı şəraitində bunlar dəyər forması alır və istehsal xərclərini əmələ gətirir.
Iqtisadi ədəbiyyatda istehsal xərcləri aşağıdakı kimi təsnifləşdirilir: 1) Kənar və daxili xərclər; 2) Alternativ xərclər; 3) Sabit, dəyişən və ümumi xərclər; 4) Orta və son hədd xərcləri.
2.İstehsal xərcləri və mənfəət arasında asılılıq.
Istehsal xərclərini hər şeydən əvvəl, firma miqya-sında nəzərdən keçirmək lazımdır. Bu, onunla əlaqədardır ki, ayrı-ayrı firmalar hər hansı bir məhsulu istehsal etməyi qarşılarına məqsəd qoyarkən birinci növbədə daha çox mənfəət əldə etməyə çalışırlar. Başqa sözlə, hər bir firma elə istehsal prosesi seçməli və təşkil etməlidir ki, bu, eyni miqdarda məhsul istehsal etmək üçün daha az istehsal amillərindən istifadə etməyə imkan versin, sahibkar üçün sərf... əli olsun.
Firmaların məhsul istehsalı ilə əlaqədar çəkdikləri xərcləri iki yerə bölmək olar: 1) Kənar (xarici) xərclər; 2) Daxili xərclər.
Məlum olduğu kimi, firmalar istehsal prosesini təşkil etmək üçün kənardan müəyyən iqtisadi ehtiyatları – xammal, yanacaq, elektrik enerjisi satın alır, muzdla tutulmuş işçilərə əmək haqqı verir, göstərilən nəqliyyat xidmətlərinin dəyərini ödəyir. Bütün bunlarla əlaqədar olan xərclər kənar (xarici) xərclər adlanır. Lakin firmalar özlərinə məxsus ehtiyatlardan da istifadə edirlər ki, bunlara da daxili xərclər deyilir. Məhsulların istehsalına çəkilən xərclər həm də onların «sərf olunduğu yerlər», məhsulların və xərclərin növləri üzrə qruplaşdırılır. Xərclərin sərf olunduğu yerlər dedikdə onla-rın sexlər,sahələr və digər bölmələr üzrə müəyyən edilməsi nəzərdə tutulur. Hər məhsul və yerinə yetirilmiş iş növü üzrə də xərclər hesablanır. Bununla əlaqədar olaraq xərclər, kalkulyasiya maddələri və xərc ünsürləri üzrə təsnifləşdirilir.
Bazar iqtisadiyyatına keçildiyi müasir şəraitdə kiçik və orta müəssisələrin çoxunda kalkulyasiya maddələrinə aşağı-dakı xərclər daxil edilir: maddi xərclər (xammallar, materi-allar, yanacaq və texnoloji məqsədlər üçün elektrik enerjisi); əmək haqqı xərcləri; idarəetmə və istehsala xidmət göstəril-məsi ilə əlaqədar xərclər (üstəlik xərclər). Geniş mənada isə kalkulyasiya maddələri üzrə xərclərə aşağıdakılar daxildir: 1)Xammal və materiallar (tullantılar çıxılmaqla); 2)koope-rasiya əlaqələrində olan müəssisələrdən satın alınmış məmu-lat və yarımfabrikatlar; 3) əsas istehsalat işçilərinin əmək haqqı; 4) istehsalat işçilərinin əlavə əmək haqqı; 5) istehsalat işçilərinin əsas və əlavə əmək haqqına görə hesablanmış so-sial sığorta ayırmaları; 6) istehsalın hazırlanması və mənim-sənilməsi ilə əlaqədar xərclər; 7)Avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan xərclər; 8) sex xərcləri; 9) ümumzavod xərcləri; 10) zay məhsula görə itkilər; 11) Istehsaldankənar xərclər.
MənfəətFirmaların fəaliyyətinə qiymət verərkən istifadə olu-nan göstəricilərdən biri də mənfəətdir.
Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir. Mənfəətin aşağıdakı növləri vardır: 1) iqtisadi və ya xalis mənfəət; 2) normal mənfəət.
Bazar iqtisadiyyatı şəraitində ən mühüm anlayışlardan biri iqtisadi və ya xalis mənfəətdir. Iqtisadi mənfəət dedikdə firmanın ümumi gəliri ilə ümumi xərcləri (daxili və kənar) arasındakı fərq nəzərdə tutulur.adi renta kimi sahibkarın mənimsədiyi normal mənfəət də istehsal xərclərinə daxildir. Bazar nəzəriyyəsinə uyğun olaraq bütün istehsal amilləri (əmək, kapital, torpaq və sahibkarlıq qabi-liyyəti) yeni dəyər yaradır, onun konkret formaları (əmək haqqı, faiz məbləği, renta və sahibkar gəliri) isə həmin mül-kiyyət sahiblərinin gəlirlərini təşkil edir. Beləliklə, hər hansı bir sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu qoruyub saxlamaq üçün lazım olan mənfəət məbləğinə normal mənfəət deyilir. Normal mənfəət daxili xərclərin tərkib ünsürlərindən biridir. Normal mənfəət təmin olunmadıqda hətta bəzi hallarda muzdla işləməyə üstünlük verir.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi mənfəəti marksist siyasi iqtisaddakı üstəlik izafi dəyər anlayışı ilə mü-qayisə etmək olar. Lakin müasir bazar iqtisadiyyatı nəzəriy-yəsindəki üstəlik mənfəətin əmələ gəlməsi başqa cür aydın-laşdırılır. K.Marksın irəli sürdüyü üstəlik mənfəət məhsul vahidinin istehsalına sərf olunan xərclərin azaldılmasına im... kan verən ən yeni texnika və mütərəqqi texnologiyaları tətbiq edən kapitalistin əldə etdiyi izafi dəyərdir. Əmtəələri az xərclə istehsal edən və bazar qiymətləri ilə reallaşdıran firmalar digər istehsalçılara nisbətən üstəlik mənfəət əldə edirlər ki, onun da mənbəyi muzdlu işçilərin əməyidir.Inhisar mənfəəti ehtiyatlardan istifadə olunması və ya təbii ehtiyatların məhdudluğu şəraitində məhsullara yüksək inhisar qiymətinin müəyyən edilməsi nəticəsində əldə edilə bilər. Ehtiyatlardan istifadə olunması ilə əlaqədar məhdu-diyyətlərə patent və lisenziyaları misal göstərmək olar. Bu, imkanlı şirkətlərin yeni texnika və texnologiyalardan başqa-larının istifadə etməmələri üçün təzyiq göstərmələri for-masında həyata keçirilir. Təbii ehtiyatların məhdudluğuna gəldikdə, çox nadir ehtiyatları çox az olan nadir resurslar öz sahibinə yüksək mənfəət, renta, faiz və əmək haqqı əldə etmək imkanı verə bilər.
Beləliklə, mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisi olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artırılmasına xüsusi diqqət yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Görün-düyü kimi, mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan istifadə etmək istehsalı təşkil edən hər bir sahibkarın başlıca məqsədidir. Və buna əsasən demək olar ki, mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynayır. Bu isə onun yerinə yetirdiyi vəzifələrdən irəli gəlir.
Mənfəətin başlıca vəzifələrindən biri, onun istehsal-da əmək məsrəflərinə qənaət edilməsinin ölçüsü olmasıdır. Bu, mənfəətin digər vəzifələrinin yerinə yetirilməsi üçün əsasdır. Çünki mənfəət əməyə qənaət olunduqda–əmək məhsuldarlığı yüksəldikdə, buraxılmış məhsulların hər va-hidinə çəkilən xərc aşağı salındıqda, kapitalverimi artırıl-dıqda–mümkündür. Mənfəətin kütləsinə təkcə əməyə qəna-ət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi də təsir göstərir. Buna isə həm işçilərin sayının artı-rılması (ekstensiv amil), həm də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nail olmaq mümkündür.Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqtisadi cəhətdən daha sərfəlidir. Çünki işçilərin sayının artırılması müəyyən həddə qədər mümkündür, digər tərəfdən isə əmək məhsuldarlığının yüksəldilməsi, həm də istehsal olunan məhsulların miqdarının artırıl-masına və onların istehsalına çəkilən xərclərin aşağı salın-masına imkan verir.
Mənfəət həmçinin, yalnız kommersiya hesablı müəssisələrin kollektiv iqtisadi mənafelərini deyil, həm də ümumxalq mənafelərini ifadə edir. Deməli, onun hamısı müəssisənin sərəncamında qala bilməz, bir hissəsi ümum-dövlət pul vəsaitləri fonduna daxil olmalıdır. Bununla əlaqədar olaraq mənfəətin ikinci vəzifəsi–ehtiyatların alterna-tiv istehsal növləri arasında, habelə milli gəlirin bölgüsü və yenidən bölgüsünü həyata keçirmək vəzifəsi meydana çıxır. Başqa sözlə, mənfəət milli gəlirin dövlət büdcəsi vasitəsilə bölgüsü və yenidən bölgüsü, ehtiyatların istehsal sahələri arasında bölüşdürülməsü vəzifəsini yerinə yetirir.
Ölkəmizdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar mənfəətin bölgü funksiyasında müəyyən dəyişik-liklər baş vermişdir. Bu, öz ifadəsini hər şeydən əvvəl müəs-sisələrin əldə etdikləri mənfəətdən dövlətə verdikləri vergi-də tapmışdır.
Mənfəətin vəzifələrindən biri də stimullaşdırmadır. Bu, onun ilk iki vəzifəsi ilə ələqadardır. Mənfəətin bu vəzifəsi öz əksini onun müəyyən nisbətdə bölüşdürülməsin-də, cəmiyyətin və müəssisələrin... mənafelərinin düzgün əla-qələndirilməsində tapır. Mənfəət cəmiyyətlə müəssisə arasında düzgün bölüşdürüldükdə əməyə qənaət olunur, istehsal xərclərinin azaldılması, istehsalın nəticələrinin yaxşılaşdırılması üçün kollektivdə stimul yaranır.
Dəyər kateqoriyası olmaqla, mənfəətin müəyyən çatışmazlıqları da vardır. Bunlardan biri ondan ibarətdir ki, mənfəətin artırılması iqtisadiyyatda istehsal şəraitinin dəyişməsi nəticəsində baş verə bilər. Başqa sözlə, mənfəət, qiymətlərin artması nəticəsində artırsa, bu, istehsalçı müəs-sisələrdə mənfəətin süni surətdə çoxalmasına, istehlakçı müəssisələrdə isə, əksinə, azalmasına səbəb olacaqdır. Bu isə o deməkdir ki, mənfəət müəssisələrin işinin səmərəliliyi göstəricisi kimi onu təhrif edəcəkdir.Mənfəət, müəssisə qiyməti daha yüksək olan məhsulların istehsalına «meyl» göstərdiyi hallarda da yanlış təsəvvür yaradır
Mənfəət firmaların işini ifadə edən başlıca göstəri-cilərdən olduğuna görə onun artırılması amillərinin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir.Mənfəətin artırılmasına istehsal amilləri (əmək məhsuldarlığı, istehsal sahələrində çalışan işçilərin sayı, iş gününün uzunluğu, investisiya ehtiyatlarından istifadə dərəcəsi, istehsalın üzvi quruluşu və i. a.), bölgü (məsələn, əmək haqqının artım sürəti) və mübadilə şəraiti də (qiymətlərin səviyyəsi, təklifin tələbə nə dərəcədə uyğun gəlməsi və i.a.) təsir göstərir. Lakin bunların içərisində istehsal amilləri həlledici rol oynayır. Digər amillərə gəldikdə, onlar mənfəətin kəmiyyətinə yalnız pul ifadəsində təsir göstərə bilər. Çünki bölgü və mübadilə mərhələsində nə dəyər istehlak dəyəri yaranmır.Müasir elmi-texniki inqilab şəraitində mənfəətin artırılmasında başlıca rolu əmək məhsuldarlığının yüksəldilməsi oynayır. Yuxarıda qeyd etmişdik ki, büdcə iki elementdən – gəlirlərdən və xərclərdən ibarətdir. Dövlət büdcəsi gəlirlərinin mahiyyətini və rolunu təhlil etdik. İndi isə ikinci elementi – onun xərclərini araşdıraq. Medalın bir üzü büdcənin gəlirləridirsə, o biri üzü onun xərcləridir. Dövlət büdcəsinin səmərəli təşkilində onun xərc hissəsi mühüm yer tutur. Ümumiyyətlə, dövlət xərcləri iqtisadiyyatın ən vacib sahələrindən biridir. Maliyyə elminin həm klassikləri, həm də müasir nümayəndələri dövlət xərcləri məsələsinə çox ciddi və məsuliyyətlə yanaşmışlar, lakin bu sahədəki fikirlər, yanaşmalar heç də həmişə üst-üstə düşməmişdir. Məsələn, klassiklər dövlət xərclərinə maliyyənin və iqtisadi siyasətin problemi kimi baxmamışlar. Onların fikrincə, dövlət xərcləri mahiyyət etibarilə idarəçilik və siyasət məsələsidir, yəni milli təhsilə, səhiyyəyə, milli müdafiəyə, hüquq və idarəçilik aparatına ayrılan büdcə vəsati və ya xərcləri, sadəcə olaraq, müəyyən qaydalardan və üsullardan bəhrələ-nərək ictimai tələbatın maliyyələşdirilməsinə yönəldilən pul vəsaitinin məcmuu kimi çıxış edir və adi siyasi məsələ kimi meydana çıxır. Maliy-yə elminin bəzi klassikləri isə dövlət xərclərinə böyük üstünlük verərək onları dövlətin maliyyə həyatının başlanğıc nöqtəsi sayırlar. Ardınca da qeyd edirlər ki, dövlət, hər şeydən əvvəl, öz xərclərini müəyyənləşdirir, yalnız bundan sonra həmin xərcləri örtmək üçün mənbələri konkretləş-dirib səfərbər edir, yəni dövlətin əvvəl gəlir toplayıb sonra xərcləri ona uyğun müəyyən etməsi vacib deyil. Belə ki, dövlət xərcləri imperativ, məcburi xarakter daşıyır. Məsələn, büdcə xərclərinin məqsədi dövlət xidmətlərini tez, nizamlı və mükəmməl şəkildə həyata keçirmək və təbii ki, dövlətin yaşamasını təmin etməkdir.
Zaman keçdikcə maliyyəçilərin dövlət xərclərinə münasibətləri tə-kamülə uğrayaraq daha mükəmməl forma aldı. Məsələn, indiki maliy-yəçilər dövlət xərclərinin rolunu mütləqləşdirməyə meylli deyillər, əsas diqqəti xərclərin həcminə yox, ilk növbədə tərkibinə və istiqamətinə yö-nəltməyə tərəfdardırlar. Onlar qəti əmindirlər ki, dövlət əvvəlcə öz gəlir-lərini müəyyən edib toplamalı, sonra isə öz xərclərini buna uyğun olaraq həyata keçirməli, obrazlı şəkildə desək, «ayağını yorğanına görə uzat-malıdır».
Müasir mütəxəssislər dövlət xərclərini müəyyən qaydalardan və üsullardan bəhrələnərək ictimai tələbatın maliyyələşdirilməsinə yönəl-dilən, ökənin iqtisadi və siyasi həyatına hökumətin müdaxiləsi üçün isti-fadə olunan pul vəsaitinin məcmuu kimi qəbul edirlər. Dövlət xərcləri müəyyən bir maliyyə vasitəsi kimi istifadə edilərkən bütün başqa maliy-yə məsrəfləri də nəzərə alınır və dövlət xərclərinin hansı miqdarda və hansı tərkibdə həyata keçiriləcəyi bu kontekstdə müəyyənləşdirilir.
İqtisadçıların buna dair müxtəlif mövqeləri var və göründüyü kimi, klassik və müasir maliyyəçilərin fikirlərindəki fərq əsasən bundan iba-rətdir ki, bir qrup maliyyəçi tədqiqatçılar dövlət xərclərinə ölkənin iqti-sadi və siyasi həyatına dövlətin müdaxiləsi və iqtisadiyyatın tənzim-lənməsi mexanizmi kimi baxırlar. Qeyd etmək lazımdır ki, büdcə xərc-lərinə baxışlarda müşahidə edilən belə təkamül iqtisadiyyatın idarə edil-məsi metodlarının inkişafı ilə bağlıdır. İqtisadiyyatın idarə edilməsi sis-teminin inkişafı, idarəetmədə iqtisadi metoda üstünlük verilməsi, iqtisa-di idarəçiliyin liberallaşdırılması ilə əlaqədar olaraq idarəetmədə iqtisa-di, o cümlədən maliyyə mexanizmlərindən daha geniş istifadə edilir. Bu zaman hökumətin iqtisadiyyata administrativ müdaxilə imkanları xeyli məhdudlaşır və o, məcbur olur ki, iqtisadi vasitələrdən daha çox istifadə etsin. Həmin vasitələr sırasında büdcə xərcləri üzrə potensial imkanlar – xərclərin tərkibi, strukturu, istifadə metodları və s. heç də az əhəmiyyət kəsb etmir. Bu zaman başlıca diqqət dövlət xərclərinin tərkibinə yönəl-dilir. Dövlət xərclərinin təkibindən danışarkən, öz xərcini çıxaran inves-tisiya layihələrinin maliyyələşməsinə sərf olunan xərclərlə yanaşı, ilk növbədə daim büdcədən ödənilən, yəni rentabelli olmayan xərclərin yeri və miqdarı nəzərdə tutulur. Bu məsələ müasir maliyyəçilərin daimi araşdırma və müzakirə predmeti və ümumiyyətlə, müasir dövlət maliy-yəsi nəzəriyyəsinin ən mühüm elementlərindən biridir.
Dövlət xərclərinə konkret olaraq belə tərif vermək olar: dövlət xərcləri hökumətin müəyyən qayda və üsullardan istifadə etməklə sosial ehtiyacları ödəmək, iqtisadi və sosial həyata müdaxilə etmək məqsədilə xərclədiyi pul vəsaitidir.
«Məcmu sosial ehtiyaclar» anlayışı idarəetmə doktrinası ilə bağlıdır və siyasi mahiyyət daşıyır. Uzun illər boyu ictimai tələbatın və ehti-yacların ödənməsi yolları müzakirələr predmeti olmuş, bazar iqtisadiy-yatı mexanizminin bu vəzifəni yerinə yetirməyə qadir olmaması və onu dövlətin imperativ qaydada təmin etməli olması barədə fikirlər irəli sü-rülmüşdür. Bu ictimai ehtiyaclar isə yalnız və yalnız hökumətin pul və-saitləri hesabına ödənilə bilər. Hazırda dünya iqtisadiyyatı dəyər mahiy-yəti daşıyır, yəni hər cür məhsul və xidmət pulla alınır ki, bu da müba-diləni asanlaşdırır, biznes bölməsinin inkişafını stimullaşdırır, ticarət və sənaye sahələrindəki hesablaşmaları sadə üsulla həyata keçirir. İqtisadi və sosial həyata müdaxilənin başlıca məqsədi iqtisadiyyatın müəyyən sahələrinin istiqamətini dəyişdirmək və onların fəaliyyətini möhkəmlən-dirməkdir. Dövlətin həyata keçirdiyi xərclərin bir qismi, məsələn, bəzi ölkələrdə (Türkiyə, Malayziya və s.) ixraca tətbiq edilən subsidiyalar, ixracat və bilavasitə ixrac edilən məhsulların istehsalını artıra bilər. Dövlətin iqtisadi və sosial sahələrə müdaxiləsi hər zaman istər inzibati-amirlik, istərsə də bazar iqtisadiyyatı şəraitində zərurətə çevrilir. İqtisadi fəaliyyətlərin bu və ya digər istiqamətlərinə təsir etmək üçün həyata keçirilən dövlət xərcləri lazım olmayan vaxtlarda kəsilərək subsidiya, yaxud investisiya qismində daha vacib sahələrə ünvanlana bilər və bu yolla da iqtisadi fəaliyyətin istiqamətləri və iqtisadi inkişaf meyilləri də-yişilmiş olar. Dövlət orqanlarının gerçəkləşdirdiyi xərclərin miqdarında hər hansı qeyri-müntəzəmlik yaranarsa, bu, təbii ki, xərclərin artdığını göstərir. Ümumiyyətlə, dövlət xərclərinin artması, daha dəqiq desək, bu artımın səbəb və nəticələri müasir maliyyəçiləri qayğılandıran ən vacib məsələ-lərdən biridir. Dövlət büdcəsi xərclərində mütləq və nisbi artımlar olur. Mütləq artım büdcə xərclərinin miqdarında baş verir. Məsələn, 1986-cı ildə ABŞ-da dövlət büdcəsi xərclərinin ümumi həcmi 1035.8 milyard dollar, 1995-ci ildə 1606.9 milyard dollar olub, yəni 55.1% artıb1. Xərclərin mütləq artımı nominal və real olmaqla iki yerə bölünür. Nominal artım xərclərin faktik dollarla, real artım isə inflyasiyanı nəzərə almaqla qaydaya salınmış, yaxud tutuşdurula bilən qiymətlərlə çoxaldı-ğını bildirir. Bu zaman xərclərin ümumi həcmi ilə adambaşına olan xərcləri fərqləndirməyi bacarmaq lazımdır. Adambaşına xərclər onların dəyişmə səviyyəsini daha dəqiq əks etdirir.
Hökumət büdcəsi xərclərinin nisbi artımı, adətən, müxtəlif göstə-ricilərə, qismən də ölkənin ümumi daxili məhsulunun həcminə nəzərən müəyyən olunur. Bu göstərici ÜDM-in və milli gəlirin bölüşdürül-məsində dövlətin iştirakını əks etdirir. Dövlət büdcəsi xərclərinin mütləq və nisbi artım vəziyyətini ABŞ-ın
xərclərinin artmasının səbəblərini aşağıdakı amillərlə izah etmək olar:
3.Xərclərin həddi və mənfəətin yüksəldilməsi.
Ölkədə və əhalinin tərkibində baş vermiş dəyişikliklərlə. Müha-ribə, yaxud birləşmə nəticəsində dövlətlərin əraziləri genişlənə bilər. Belə şəraitdə dövlət xərclərinin məcmuu ərazilərin böyüməsi ilə əlaqə-dar olaraq artır. Qərbi Almaniyanın Şərqi Almaniya ilə birləşməsi ölkə-nin həm ərazisinin, həm də əhalisinin çoxalmasına səbəb oldu. Ərazi 250 min kv. km-dən 350 min kv. km-ə, əhali 61 milyon nəfərdən 78 milyon nəfərə qədər yüksəldi. Bu, təbii ki, ölkə büdcəsi xərcələrinin nis-bi və mütləq artımı ilə müşayiət olunmalı idi. 1989-cu ildə büdcə xərc-ləri 654,9 milyard alman markı idisə, 1992-ci ildə bu rəqəm 1022,9 mil-yard markaya çatdı, ÜDM-də büdcə payı müvafiq olaraq 24.45% və 32.5% təşkil etdi. Bu zaman əhalinin sayının artması dövlət xərclərinin mütanasib yüksəlişi ilə müşayiət olunursa, onda adambaşına dövlət xərclərinin he-sablanmasında real artım olmayacaq. Əhalinin artım səviyyəsi dövlət xərclərinin artımından aşağı olduqda isə adambaşına artımın həcmi ço-xalır, yəni əhali artımı sosial-məişət, səhiyyə, kommunal xidmətlərə, təhsilə və başqa sahələrə çəkilən xərclərin böyüməsi ilə nəticələnir.
-
Ölkənin idarə edilməsinin iqtisadi və siyasi xüsusiyyətləri, eləcə də dövlət quruluşu büdcə xərclərinin dəyişilməsinin mühüm amillərin-dən biridir. Əhalini bəzi sosial xidmətlərlə təmin edəcəyi barədə daha çox öhdəlik götürən ölkələr büdcə xərclərinin həcmini artırmağa məc-burdurlar, çünki bu xərcləri maliyyələşdirməyin, demək olar, yeganə mənbəyi büdcə vəsaitidir.
-
Köhnə iqtisadi sistemdən bazar iqtisadiyyatına keçid cəmiyyətin həyatında çox önəmli bir prosesdir. Qeyd etmək lazımdır ki, Azərbaysan 2010 – cu ildən etibarən bazar iqtisadiyyatına keçmiş ölkə hesab olunur. İqtisadiyyatda pul vasitəsilə mübadiləni həyata keçirmək istehsalı, biz-nes bölməsinin inkişafını stimullaşdırır, mal mübadiləsini və bazarı ge-nişləndirir. Bu, keçid iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə daha qa-barıq nəzərə çarpır. Belə ölkələrin hamısında büdcə xərclərinin nisbi və mütləq artımında kəskin dəyişikliklər baş vermişdir. İndiki iqtisadi du-rumda dövlət gəlirləri pul vəsaiti şəklində toplanır və dövlətin xərcləri də pul vəsaitləri ilə həyata keçirilir.
4. Pulun alıcılıq qabiliyyətinin azalması. Pul dövlət xərclərinin ger-çəkləşdirilməsində hesablaşma ölçüsüdür. Bununla belə, o həm də mal-ların mübadilə dəyərinin müəyyənləşdirilməsində, bazar münasibətləri şəraitində qiymətlərin formalaşmasında dəyər ölçüsüdür. Buna görə də pulun alınma qiymətini və alıcılıq dəyərini qorumaq lazımdır. Əks halda pul dəyər ölçüsü və yığım vasitəsi funksiyasını yerinə yetirə bilməz. Pulun alıcılıq qabiliyyətinin kəskin surətdə və önəmli dərəcədə azalması iqtisadiyyatın böhran vəziyyətində olmasından xəbər verir. Dövlət xərc-lərindəki və gəlirlərindəki artım da buradan irəli gəlir.
Sadalananlardan başqa, dövlət xərclərini xeyli çoxaldan bir sıra di-gər amillər də var. Bunlara, məsələn, iqtisadiyyatın idarə olunmasına dövlət müdaxiləsinin güclənməsi, əvvəlcədən bilinməyən müxtəlif hadi-sələr, müharibələr, təbii fəlakətlər və s. misal ola bilər. xərclərinin düzgün planlaşdırılması onların səmərəli sistemi ilə sıx əlaqədardır. Dövlət xərclərinin təsnifləşdirilməsi eynitipli dövlət xərclərinin məbləğindən asılı olmayaraq onların qruplar, yaxud siniflərə ayrılması deməkdir. İqtisadiyyatın indiki inkişaf səviy-yəsində dövlət xərcərinin tərkibi çox rəngarəng və genişdir. Dövlət hə-mişə bu xərclərin bir qisminin azaldılmasına, bir qisminin artırılmasına, digər bir qisminin isə nəzarət altına alınmasına yönəlmiş siyasət yerit-məyə çalışır.
Dövlət xərclərinin təsnifatı daha mükəmməl formada xərc proqram-ları hazırlamağa, onların büdcə parametrlərinə daha yaxşı uyğunlaşdırıl-masının təmin olunmasına kömək edir. Buna görə də dövlət xərclərinin təsnifatı həm də dövlət xərclərini iqtisadi cəhətdən dəqiq təhlil etmək baxımından gərəkli və əhəmiyyətlidir. Dövlət xərclərinin təsnifləşdiril-məsinin bir neçə geniş yayılmış modeli var: idarəetmə prinsiplərinə görə, funksional təyinatına görə, iqtisadi mahiyyətinə görə və s.
İqtisadi artım investisiyaların cəlb edilməsi ilə bağlı olduğundan dövlət investisiya fondları yaratmaq və müvafiq vəsait toplamaq məcbu-riyyətində qalır. Söhbət investisiya xarakterli xərclərdən gedir. Dövlətin ümumidarəçilik xərcləri isə istehlak xarakterlidir. Dövlətin vəzifəsi döv-lət idarəçiliyinin təsir gücünü artırmaqdır. İdarəetmə aparatı mobil, sə-mərəli, ucuz mexanizm vəziyyətinə çatdırılmalıdır. Bu isə idarəetmə xərclərinə qənaət olunmasını tələb edir.
Dövlətin həyata keçirdiyi xərclərdən bəziləri gərəkli və önəmli, bə-ziləri isə aktual olmamaqla yanaşı, həm də zərərlidir. Gərəkli və önəmli xərclərin artırılması, lazımsız və zərərli xərclərin azaldılması, hətta heçə endirilməsi hökumətin ən ümdə vəzifəsidir.Bu model dövlət xərclərinin icra orqanlarına, onların funksiya və hüquqi tənzimləyi-cilərinə uyğun olaraq dərəcələnməsidir. Dövlət büdcəsindən xərclər dövlət xidmətlərini yerinə yetirən müxtəlif strukturlar arasında idarəçilik təsnifatına müvafiq şəkildə bölünür. Bu təsnifat tipi bölgü prinsiplərinə görə bir çox hallarda «xərclərin idarəçilikarası təsnifatı» adlanır.
Dostları ilə paylaş: |