Referat naxcivan 2014 Kapitalda dəyişikliklər haqqında hesabat



Yüklə 73,29 Kb.
tarix21.10.2017
ölçüsü73,29 Kb.
#7653
növüReferat

Azərbaycan Respublıkasının Təhsil Nazirliyi

Naxçıvan Özəl Universiteti

Fakültə: İqtisadiyyat

İxtisas: Mühasibat uçotu və audit

Kurs: III

Tələbə: Hünər Hüseynov

Fənn: “Maliyyə (mühasibat) uçotu”

Mövzu: “Kapitalda dəyişikliklər haqqında hesabat”
REFERAT

NAXCİVAN 2014

Kapitalda dəyişikliklər haqqında hesabat

Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununa əsasən yeni standartlara keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təsərüffat subyektləri ümumi maliyyə hesabatları tərtib etməli və nəzərdə tutulmuş müddətlərdə onlara yəni istifadəçilərə təqdim etməlidirlər. Maliyyə hesabatları müəssisə tərəfindən həyata keçirilən əməliyyatların və maliyyə vəziyyətinin strukturlaşdırılmış maliyyə təqdimatıdır . Maliyyə hesabatlarının məqsədi bu hesabatın istifadəçiləri tərəfindən düzgün idarəetmə qərarları qəbul edilməsi zamanı habelə geniş istifadəçi kütləsi üçün faydalı olan müəssisənin maliyyə vəziyyəti , maliyyə fəaliyyətinin nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında məlumatların təqdim edilməsidir . Maliyyə hesabatlarının təqdimatı üzrə kommersiya təşkilatları üçün 1 nömrəli Milli Mühasibat uçotu standartları maliyyə hesabatlarının tərkibinə daxil edilən hesabat formalarınan biri də kapitalda dəyişikliklər haqqında hesabat formasıdır Qeyd edilən bu hesabat forması kapitaldakı dəyişikliklər haqqında hesabatlar üzrə 2 nömrəli Milli Mühasibat Uçotu Standartları əsasında hazırlanır və dövlət orqanlarına və digər şəxslərə müəyyən edilmiş hallarda , qaydada və müddətlərdə təqdim edilir .Kommersiya təşkilatları üçün 2 nömrəli Milli Mühasibat Uçotu Standartlarında kapitaldakı dəyişikliklər haqqında hesabatda aşağıdakılar mütləq qaydada öz əksini tapmalıdır:

1.Ödənilmiş nizamnamə kapitalı

2.Emissiya gəliri

3.Geri alınmış kapital (səhmlər)

4.Kapital ehtiyyatları

5.Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

2 nömrəli Milli Mühasibat Uçotu Standartlarına müvafiq olaraq kapitaldakı dəyişikliklər haqqında hesabatın nümunəvi forması forma 5 kimi təsdiq edilmişdir. Göründüyü kimi bu hesabat formasında mövcud hesabat dövründə müəssisəyə məxsus bütün növlərdən olan kapitalların mövcudluğu və hərəkəti haqqında məlumatlar öz əksini tapır. Ümumiyyətlə kapital dedikdə öhdəliklər çıxıldıqdan sonra müəssisəyə məxsus aktivlərin dəyəri başa düşülür.Öz növbəsində nominal nizamnamə kapitalı qanunvericiliklə nəzərdə tutulan qaydalara müvafiq olaraq qeydiyyata alınmış müəssisələrin təsis sənədlərində göstərilən kapitalın ümumi həcmini ifadə edir.Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı bütün buraxılmış səhmlərin nominal dəyərinin cəminə bərabər olmalıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə müəssisələrin səhmdar cəmiyyətlərin nizamnamə kapitalı həmin müəssisələrin müvafiq orqanlarda qeydə alınanadək tam buraxılmalı və səhmdarlar tərəfindən ödənilməlidir.Ödənilmiş nizamnamə kapitalı isə müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər, səhmdarlar tərəfindən ödənilmiş hissəsidir.Müəssisədə buraxılmış səhmlər nominal dəyərdən artıq məbləğdə satıla bilər ki bu da dəyərlər arasındakı fərq emissiya gəlirləri adlanır və müəssisə kapitalının ayrıca müəyyən bir hissəsi kimi uçota alınmalı və hesabatda göstərilməlidir. Hesabata daxil edilən komponentlərdən biri də geri alınmış kapital hesab edilir ki bu da geri alınmış səhmlərin sonradan buraxılmaq və ya tam ləğv etmək məqsədilə həyata keçirilir. Bu səhmlər ödənilmiş nizamnamə kapitalı və emissiya gəlirinin cəminin azalması kimi göstərilirvə ayrıca uçota alınaraq hesabatda əks etdirilir. Maliyyə hesabatında öz əksini tapan kapital ehtiyyatları müəssisədə müəyyən məqsədlər üçün saxlanılan və xüsusi işlərin icrası üçün nəzərdə tutulan yığılmış xalis mənfəəti özündə əks etdirən və mülkiyyətçilər arasında bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalın bir hissəsidir. Kapital ehtiyyatları qanunvericiliyin tələblərinə müəssisələrin nizamnaməsinə və müəssisə rəhbərinin qərarına uyğun olaraq xalis mənfəətdən ayırmalar üzrə yaradılır. Kapital ehtiyyatları özündə yenidən qiymətləndirmə üzrə ehtiyyatlar məzənnə fərqi üzrə ehtiyyatları birləşdirir. Hesabata daxil edilən göstəricilərdən biri də bölüşdürülməmiş mənfəət göstəricisidir ki o mülkiyyətçilər arasında bölüşdürülməsi mümkün olan qazanılmış bir hissəsidir.Kapitalda dəyişikliklər haqqında 2 nömrəli Milli Mühasibat uçotu standartlarının tələblərinə uyğun olaraq tərtib olunmuş maliyyə hesabatı müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanır.

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 146 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:










Kapital bazarı. Kapital bazarı daha uzunmüddətli (ilkin ödəmə tarixi 1 il və daha çox olan) borc alətləri və səhmlərin satıldığı bazardır.

Səhm öz sahibinə müəssisənin mənfəətinin bir hissəsini əldə etmək, onun əmlakının bir hissəsinə sahib olmaq, habelə müəssisənin idarə edilməsində iştirak etmək hüququnu verən qiymətli kağız növüdür. Məsələn, əgər bir şəxs müəssisənin səhmlərinin 1%-nə malikdirsə, deməli o müəssisənin vergilər çıxıldıqdan sonra gəlirinin 1%-ni əldə etmək hüququna, habelə səhmdarların iclasında 1%-lik səs hüququna malikdir. Səhmin emitenti yalnız səhmdar cəmiyyət ola bilər. Səhmin üzərində müddəti yazılmadığından o uzunmüddətli qiymətli kağız hesab olunur.

Səhmlərin 2 növü bir-birindən fərqləndirilir: adi və imtiyazlı səhmlər. Adi səhmlər hər biri eyni nominal dəyərli olmaqla onun sahiblərinə eyni həcmdə hüquqlar verir. (əksər ölkələrin qanunvericiliyə görə onların xüsusi çəkisi 90%-dən çox ola bilməz). İmtiyazlı səhmlər imtiyazlı səhm sahibinin səsvermə hüququ yoxdur. Lakin, müəssisə iflasa uğradığı təqdirdə ilk növbədə imtiyazlı səhm sahibləri qarşısındakı öhdəliklər yerinə yetirilir.İmtiyazlı səhm eyni zamanda müəssisənin təsərrüfat fəliyyətinin nəticələrindən asılı olmayaraq ona sabit faiz şəklində dividendlər əldə etmək hüququ verir

Standartın tətbiqi sahəsi



  1. Bu stаndаrt ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları tərəfindən Milli Mühasibat Uçotu Standartlаrınа uyğun olaraq illik maliyyə hesabatlarının tərkib hissəsi kimi tərtib edilmiş Kapitalda dəyişikliklər haqqında hesabata və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına tətbiq edilir. Standartda istifadə edilən terminlər səhmdar cəmiyyətlərə aid edilir, digər müəssisələr isə ekvivalent olan terminlərdən istifadə etməlidir.

  2. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları öz seçimləri əsasında maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq təqdim edə bilərlər.

  3. Bu standartUçot Qaydaları və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə Şərhlər və Tövsiyələrdə öz əksini tapmış əlavə müddəalar nəzərə alınmaqla tətbiq olunmalıdır.

  4. Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir

  5. Digər müəssisənin alınması ilə birbaşa bağlı olan səhmlərin buraxılması üzrə məsrəflərbu standart ilə tənzimlənmir.

  6. Digər Milli Mühasibat Uçotu Standartlarında təqdim edilən kapitalın saxlanılması üzrə düzəlişlərin uçotu ilə bağlı məsələlər bu standart ilə tənzimlənmir.

ƏSAS ANLAYIŞLAR

Bu stаndаrtda istifadə еdilmiş əsas аnlayışlar аşаğıdakı mənaları ifadə еdir:

Каpital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir.

Kapital aləti – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hansı müqavilədir.

Müəssisənin nizamnamə kapitalı – qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq qeydiyyata alınmış təsis sənədlərində müəyyən edilmiş müəssisənin kapitalının miqdarıdır. Səhmdar cəmiyyətin nizamnamə kapitalı bütün təyin olunmuş səhmlərin müvafiq nominal dəyərlərinin cəminə bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, müəssisənin nizamnamə kapitalı bu müəssisə qeydiyyata alınanadək tam buraxılmalı və ödənilməlidir.

Ödənilmiş nizamnamə kapitalı – müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir.

Emissiya gəliri – buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir.

Emissiya güzəşti – səhmlərin buraxılış qiymətinin nominal dəyərindən aşağı olduğu halda, bu məbləğlər arasındakı fərqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1077.2-ci bəndinin tələblərinə əsasən, səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.

Geri alınmış kapital (səhmlər) –sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış öz səhmləridir.

Ödənilmiş kapital – mülkiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır. Səhmdar cəmiyyətlər üçün ödənilmiş kapital ödənilmiş nizamnamə kapitalının və emissiya gəlirinin cəmindən geri alınmış kapital çıxıldıqdan sonra qalan məbləğdir.

Qazanılmış kapital – müəssisənin mövcud olduğu bütün dövrlər ərzində hesabat tarixinə yığılmış aşağıdakılar hesab olunur:

    • müvafiq Milli Mühasibat Uçotu Standartının müddəalarına uyğun olaraq, kapitalda birbaşa tanınan sair gəlirlərdən kapitalda birbaşa tanınan sair xərclər çıxıldıqdan sonra qalan məbləğ;

    • müəssisənin xalis mənfəətindən dividendlər və digər bölüşdürülmələr çıxıldıqdan sonra qalan məbləğ.

Kapital ehtiyatları – müəssisədə müəyyən məqsədləri üçün saxlanılan və mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalın hissəsidir.

Bölüşdürülməmiş mənfəət – mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olan qazanılmış kapitalın hissəsidir.

Səhmlərin buraxılması üzrə məsrəflər – müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir.


Ədəbiyyat siyahısı
1.T.Abbasov Mühasibat uçotunun beynəlxalq və milli standartlarının əsasları . Bakı 2010

2.T.Abbasov M.S.Bağırov Müasibat(idarəetmə) uçotu (dərs vəsaiti) Bakı.ADPU.2007

3.T.Abbasov M.Bağırov . “Mühasibat (maiyyə) hesabatları və audit işinin təşkili ” Bakı 2005

4.Bağırov M.S. Mühasibat uçotu nəzəriyyəsi. Bakı 2009

5.M. Bağırov “Mühasibat (maiyyə) hesabatı” .Bakı 2012

6.Vaqif Quliyev.Radil Fətullayev “Beynəlxalq uçot hesabata giriş”

Bakı 2012

7.Bağırov M.S. Mühasibat uçotu nəzəriyyəsinin beynəlxalq təcrübəsi. Naxçıvan 2009

8.www.ilkaddımlar.com

9.www.kitab.az
Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin