Elmi tədqiqatlarda DATA MINING-in tətbiqi Bioinformatika sahəsində DATA MINING genetik informa-
siyanın analizi və sistemləşdirilməsi üçün modellərin və alqo- ritmlərin yaradılmasına xidmət edir. Həmin modellərdən və al- qoritmlərdən müxtəlif bioloji hadisələri izah etmək məqsədilə makromolekulların strukturunu və funksiyalarını təyin etmək üçün istifadə edilir.
Tibb sahəsinin konservativliyinə baxmayaraq, son illərdə DATA MINING texnoloqiyasından tibbdə aktiv istifadə edilir. Ənənəvi olaraq tibbi diaqnostikada ekspert sistemlərindən istifa- də olunur. Bu sistemlər simptomları və xəstəlikləri təsvir edən simvolik qaydalar əsasında qurulurlar.
DATA MINING-dən istifadə etməklə şablonların köməyilə ekspert sistemi üçün biliklər bazasını yaratmaq olar.
Əczaçılıq sahəsində DATA MINING metodlarından geniş is- tifadə olunur. Buraya müəyyən preparatların klinik tətbiqinin səmərəliliyinin tədqiqi, konkret qrup xəstəliklərin müalicəsi üçün müəyyən qrup preparatların seçilməsi və onların tətbiq me- todlarının təyini və s. aiddir. Dərman pereparatlarının bazarda hərəkəti məsələsi də aktual hesab edilir.
Molekulyar genetika və gen mühəndisliyi sahəsində DATA MINING texnoloqiyasının «mikro-massiv!ərdə verilənlərin ana- lizi» adlanan ayrıca istiqaməti mövcuddur. Bu istiqamətin əsas məsələlərinə aşağıdakılar aiddir: -ilkin və daha dəqiq diaqnostika; -terapiya üçün yeni molekulyar metodlar; -müalicənin yaxşılaşdırılmış və fərdi seçilmiş növləri; -fundamental bioloji kəşflər.
Bu istiqamətdə DATA MINING-in tətbiqinə aid misal- lar:bəzi ağır xəstəliklərin molekulyar diaqnozu; xəstəliyin ehti- malının xəbər verilməsi üçün genetik koddan istifadə edilməsi, yeni dərmanların və preparatların kəşf edilməsi və s.
Kimya. DATA MINING texnoloqiyasından üzvi və qeyri- iizvi kimyəvi tədqiqatlarda aktiv istifadə edilir. Məsələn, minlər- lə elementdən ibarət olan birləşmələrin quruluşunun spesifık xiisusiyyətlərinin üzə çıxarlması.
Dostları ilə paylaş: |