DATA MİNİNG-in verilənlərin analizinin digər metodlarından fərqi
Verilənlərin ənənəvi analiz metodları (statistik metodlar) və OLAP əsasən əvvəlcədən formalaşmış hipotezlərin yoxlanmasına yönəlirlər. DATA MİNİNG-in əsas müddəalarından biri isə görünməyən qanunauyğunluqların axtarışına yönəlir. DATA MİNİNG-in instrumental vasitələri bu cür qanunauyğunluqları sərbəst tapa bilir və qarşılıqlı asılılıqlar haqqında sərbəst hipotezlər qura bilirlər. Asılılıqlar baxımından hipotezlərin formalaşdırılması cox mürəkkəb məsələ olduğundan, DATA MİNİNG-in digər analiz metodlarından üstünlüyü şübhəsizdir.
Statistik metodların əksəriyyətində qarşılıqlı əlaqələri üzə çıxarmaq üçün mövcud olmayan kəmiyyətlər üzərində əməliyyat aparmaqla orta qiymət konsepsiyasından istifadə edilir. DATA MİNİNG isə real qiymətlərlə əməliyyat aparır. OLAP retrospektiv verilənlərin təsviri üçün daha yararlıdır, DATA MİNİNG isə retrospektiv verilənlər əsasında gələcək haqqında suallara cavab verir.
Dostları ilə paylaş: |