Referat Qrup: m 1433 ae magistr: Bayramova Ceyran. Bakı- 2014 MÜNDƏRİcat giriş



Yüklə 37,93 Kb.
səhifə5/13
tarix10.01.2022
ölçüsü37,93 Kb.
#109391
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   13
l. Sərbəst axtarış (Discovery). Bu mərhələdə gizli qanunauyğunluqları axtarıb üzə çıxarmaq məqsədilə verilənlər massivi tətbiq edilir. Qanunauyğunluqların növü barəsində ilkin hipotezlərə burada baxılmır.

Qanunauyğunluq müxtəlif hadisələrin və ya proseslərin təşəkkülü və inkişafı prosesinin mərhələlərini və formalarını təyin edən mühüm və daima təkrarlanan qarşılıqlı əlaqələrdir. Qanunauyğunluqları tapmaq üçün DATA MINİNG şablonlar təyin edir.

Sərbəst axtarış aşağıdakı əməliyyatlarla yerinə yetirilir: -şərti məntiq qanunauyğunluqlarının tapılması; -assosiativ məntiq qanunauyğunluqlarının tapılması; -meyletmələrin və variasiyaların (trends and variations) aş- karlanması.

Sərbəst axtarış zamanı sistemin özü qanunauyğunluqları axtarır, bunun üçün yalnız məqsəd dəyişənini vermək lazımdır. Qanunauyğunluqların axtarışı nəticəsində sistem «əgər ... onda» məntiqi qaydaları formalaşdırılır.

Baxılan əməliyyatlar sərbəst axtarış çərçivəsində aşağıdakı vasitələrlə yerinə yetirilir:

-şərti məntiq qaydalarının induksiyası ilə (təsnifat və klasterləşdirmə məsələləri, yaxın və ya oxşar obyektlər qruplarının yığcam formada təsviri):

-assosiativ məntiq qaydalarının induksiyası ilə (assosiasiya və ardıcıllıq məsələləri);

-meyletmələrin (trendlərin) və variasiyaların təyini ilə (proqnozlaşdırma məsələsinin ilkin mərhələsi).

Sərbəst axtarış mərhələsində həmçinin qanunauyğunluqların validasiyası yerinə yetirilir, yəni onların qanunauyğunluqların formalaşdırılmasında iştirak etməyən verilənlər üçün doğruluğu yoxlanılıır. Verilənlərin «öyrədilən» və «yoxlanan» kimi iki hissəyə ayrılmasından ən çox neyron şəbəkələri və həll ağacları metodlarında istifadə edilir.




Yüklə 37,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin