2. Proqnostik modelləşdirmə (Predictive Modelling). Bu mərhələdə 1-ci mərhələnin nəticələrindən istifadə edilir və üzə çıxarılan qanunauyğunluqlar proqnozlaşdırma üçün tətbiq edilir. Proqnostik modelləşdirmə aşağıdakı əməliyyatları nəzərdə tutur: -naməlum qiymətlərin proqnozlaşdırması; -proseslərin inkişafının proqnozlaşdırılması. Proqnostik modelləşdirmə prosesində təsnifat və pronozlaşdırma məsələləri həll edilir. məsələnin həlli zamanı 1- ci mərhələnin nəticələrindən (induksiya qaydalarından) məlum qiymətlər əsasında yeni obyektin müəyyən əminliklə əvvəlcədən bəlli olan siniflərdən birinə aid edilməsi üçün istifadə edilir. Proqnozlaşdırma məsələsinin həlli zamanı 1-ci mərhələnin nəticələri (meyletmələr və variasiyalar) məqsəd dəyişəninin naməlum qiymətləri haqqında əvvəlcədən xəbər vermək üçün istifadə edilir.
Sərbəst axtarış induktiv xarakter daşıyır, bu mərhələdə üzə çıxarılan qanunauyğunluqlar xüsusidən ümumiyə doğru formalaşdırılır. Nəticədə müəyyən sinfin nümayəndələrini tədqiq etməklə, həmin sinfə aid obyektlər haqqında ümumi bilik alınır.
Pronostik modelləşdirmə isə, əksinə, deduktiv xarakter daşıyır. Bu mərhələdə alınan qanunauyğunluqlar ümumidən xüsusiyə doğru formalaşdırılır. Burada tədqiq olunan obyektin məxsus olduğu sinfı və həmin sinif çərçivəsində qüvvədə olan ümumi qaydanı bilməklə, hər hansı obyekt və ya obyektlər qrupu haqqında yeni biliklər alınır. Alınan qanunauyğunluqlar bəzən şəffaf ola bilər, yəni analitik onları izah edə bilər (məsələn, yuxarıda baxılan qaydalar), bəzən isə «qara qutu» kimi qeyri-şəffaf ola bilər. Sonuncu neyron şəbəkələrə aiddir.
Dostları ilə paylaş: |