Biznes məsələlərin həllində DATA MINING- in tətbiqi
Bankişi.
DATA MINING texnoloqiyasından bank işində bir sıra tipik məsələlərin həlli üçün istifadə edilir.
Müştərinin kredit imkanlarınm təyin edilməsi. Bu məsələ bi- nar təsnifat məsələsi kimi həll edilir. Bankın müştəriləri iki sinfə ayrılır: kredit qaytaran və qaytarmayan. Kredit qaytarmayan sin- fınə aid müştərilər və yeni müştərinin verilənləri əsasında müştərinin sinfı təyin edilir.
Banka yeni müştərilərin cəlb edilməsi. Bu məsələ də binar təsnifat məsələsi kimi həll olunur. Müştərilər haqqında verilən-
lərin analizi əsasında onlar iki sinfə bölünür: «münasib» və «qey- ri-münasib» müştərilər. «Münasib» müştərilər arasında aktiv marketinq siyasətini aparmaqla onları banka cəlb etmək olar.
Müştərilərin seqmentləşdirilməsi. DATA MINING instru- mentlərinin köməyilə müştəriləri müxtəlif qruplara ayırmaqla bank özünün marketinq siyasətini daha məqsədyönlü qura bilər.
Müştərilərin hesablarmdakı qalıqlırın proqnozlaşdırılması.
Əvvəlki müddətlər ərzində müştərilərin hesablarındakı qa- lıqlar haqqında verilənləri analiz etməklə gələcəkdə müəyyən vaxt ərzində hesablarındakı qalıqları proqnozlaşdırmaq və bu- nunla da bankın pul ehtiyatını qiymətləndirmək olar.
Kredit kartları ilə fırıldaqçılıq haUarınm aşkarlanması.
Kredit kartları ilə şübhəli əməliyyatları təyin etmək məqsə- dilə müəyyən vaxt intervah üzrə aparılan əməliyyatlar analiz edi- lir. Əgər növbəti əməliyyat şübhə doğurursa, həmin kartla əmə- liyyatlar bloklaşdırılır. Sığorta.
Sığorta biznesi müəyyən riskə bağlıdır. Burada həll olunan məsələlər bank işindəki məsələlərə oxşardır.
Müştərilərin qruplara ayrılması nəticəsində alınan informa- siyadan müştərilərin qruplarını təyin etmək üçün istifadə edilir. Nəticədə sığorta kompaniyası yüksək səmərə və kiçik risklə konkret qrup müştərilərə müəyyən xidmətlər təklif edə bilər.
Sığortalanan fırıldaqçmm aşkarlanması məsələsi fırıldaqçı müştərinin ümumi stereotipinin təyin edilməsi ilə həll edilir.
Telekomminikasiya.
Telekommunikasiya sahəsində DATA MINING daimi müştəriləri cəlb etməyə, həmin müştərilərin loyallığım təyin et- məyə yönəlmiş məsələlərin həlli üçün tətbiq edilir. Bu məsələ- lərin vacibliyi telekommunikasiya bazarında sərt rəqabətin olma- sı və müştərilərin bir kompaniyadan digərinə miqrasıyası ilə izah edilir. Müştərinin saxlanması, onun geri qayıtmasından ucuz başa qəlir. Odur ki, müştəriləri qruplara ayırmaq və hər bir qrup üçün cəlbedici xidmətlər seçib, təqdim etmək lazım qəlir.
Elektron kommersiya.
Bu sahədə DATA MINING təqdimat sistemlərinin hazırlan-
ması və WEB-sayt istifadəçilərinin təsnifatı məsələlərinin həlli üçün tətbiq edilir. Elektron kommersiyası üçün DATA MINING texnoloqiyası WEB MINING texnologiyası ilə sıx əlaqəlidir. Sənaye istehsalatı.
Sənaye istehsalatının və texnoloji proseslərin xüsusiyyətləri aşağıdakı istehsalat məsələlərinin həllində DATA MINING tex- noloqiyasından istifadə edilməsinə imkan verir: -istehsalat situasiyalarının sistemli analizi; -istehsalatın inkişafının uzunmüddətli və qısamüddətli pro- qnozu;
-optimal qərarların variantlarının seçilməsi; -texnoloji proseslərin müəyyən parametrlərindən asılı olaraq məhsulun keyfiyyətinin proqnozlaşdırılması;
-istehsalat proseslərinin inkişafının görünməyən tendensiya- lannın və qanunauyğunluqların üzə çıxarılması;
-istehsalata təsir edən görünməyən faktorların üzə çıxarılma-
sı;
-istehsalat prosesləri və proqnozlar arasındakı qarşılıqlı əla- qələrin analizi;
-istehsalat proseslərinin idarə edilməsi üzrə tövsiyyələrin ha- sil edilməsi;
-analiz nəticələrinin vizuallaşdırılması, ilkin hesabatlann və mümkün qərarların layihələrinin hazırlanması və s. Marketinq.
Marketinq sahəsində DATA MINING geniş tətbiq edi- lir.Marketinqin «Nə satılır?»,«Necə satılır?»,«İstehlakçılar kim- dir?»kimi sualları əhatə edən bütün məsələlərini DATA MINI- NG instrumentləri vasitəsilə həll etmək mümkündür. Məsələn, klaster analizindən istifadə etməklə istehlakçıların qruplara ay- rıiması, satışın səmərəliliyinin artirilması üçün assosiativ qayda- lardan istifadə edilməsi və s. Fondbazası.
DATA MINING vasitəsilə fond bazasında həll oluna bilən əsas məsələlərə aşağıdakılar aiddir:
-malivyə göstəricilərinin əvvəlki qiymətlərinə əsasən onla- rın gələcək qiymətlərinin proqnozlaşdırılması;
-maliyyə instrumentinin gələcəkdə dəyişmə istiqamətinin və onun tempinin proqnozlaşdırılması;
-müəyyən xarakteristikalar dəstinə görə bazarın, sahənin, sektorun qruplara ayrılması;
-fond zəmbilinin dinamik idarə edilməsi; -risklərin qiymətləndirilməsi;
-böhranın yaxınlaşmasının və onun inkişafının proqnozlaşdi- rilması;
-aktivlərin seçilməsi və s.
Göstərilən məsələlərdən əlavə, DATA MINING biznesin verilənlərin analizi tələb olunan və retrospektiv informasiya to- planan müxtəlif sahələrində tətbiq edilə bilər. Müştərilərlə mütıasibətin idarə olunması. DATA MINING texnoloqiyasının tətbiqinin prespektiv isti- qamətlərindən biri müştərilərlə münasibətin idarə olunması- dır.Bu zaman biliklərin üzə çıxarılması texnoloqiyası ilə pulların üzə çıxarılması texnoloqiyası birlikdə istifadə olunur. Bu məq- sədlə müştərilər haqqında tam informasiya (müştərilərin xüsu- siyyətləri, xarakteristikaları, gəlirləri və s.) toplanır və analiz edi- lir.
Dostları ilə paylaş: |