Referat tələbə: Bayramova Ceyran Bakı- 2014 MÜNDƏRİcat



Yüklə 161.92 Kb.
tarix21.10.2017
ölçüsü161.92 Kb.


“AZƏRBAYCAN HAVA YOLLARI”

QAPALI SƏHMDAR CƏMİYYƏTİ

MİLLİ AVİASİYA AKADEMİYASI

HİDROSFER OBYEKTLƏRİNİN

EKOLOJİ VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULLARI VƏ VASİTƏLƏRİ

mövzusunda

REFERAT

Tələbə: Bayramova Ceyran

Bakı- 2014

MÜNDƏRİCAT

GİRİŞ..............................................................................................................




I FƏSİL. SU OBYEKTLƏRİNIN ÇİRKLƏNMƏSİNƏ NƏZARƏT.......
1.1 Hidrosfer tərkibi. Hidrosferin mənbələri və çirkləndirilməsi......


4
4

1.2 Hovuzlarda su keyfiyyətinin normallaşdırılması........................


8

II FƏSİL. SU KEYFİYYƏTİNƏ NƏZARƏTİN TƏŞKİLİ.....................


12

2.1 Su nümunələrının seçilməsi........................................................


16

2.2. Seçilən nümunələrın tipləri........................................................


17

2.3. Nümunə və nümunə seçilməsi növləri......................................


18

III FƏSİL. SEÇMƏ ÜSULLARI. .................................................................
3.1. Nümunələrin seçməsi üçün qurğular........................................


20
20

3.2. Nümunələrın saxlanması üçün hazırlıq. Nümunələrın nəqli......


24

3.3. Su obyektlərinin çirklənməsinin nəzarət üsulları.....................


25

NƏTİCƏ...........................................................................................................


27

ƏDƏBİYYAT .................................................................................................

29







GİRİŞ
Su təbiətdə kimyəvi təmiz maddələr şəklində heç bir yerdə rast gəlinmir.

Həll olunmuş duzlar, ionlar, üzvi və mineral mənşəli kolloidlərin bütöv mürəkkəb kompleksi təbii suların tərkibi anlayışı kimi qəbul edilir. Təbii sularda D.İ.Mendeleyevin periodik cədvəlinə daxil olan kimyəvi elementlərin yarısına qədər olması aşkar edilib. Qarışıqların keyfiyyət və kəmiyyət müxtəlifliyinə görə çirkab sular fərqlənir; bu qarışıqların tərkibi bütünlükdə istehsalatın xüsusiyyətləridən asılıdır.

Suyun keyfiyyətinin araşdırılması zamanı müəyyən yerdə və ya müəyyən vaxtı seçilmiş nümunələrdəki maddələrin qatılığı haqqında məlumatları vacibdir. Bundan asılı olaraq nümunələr sadə, (nöqtəvi, tək, birdəfəlik) və qatışıq (birləşdirilmiş, tərkibi, orta) nümunələrə ayrılır.

Nümunələrin götürülməsi zamanı texniki vasitələrin seçilməsi yerli şəraitlə təyin edilir. Ən çox nümunələrin körpülərdən götürülməsi tətbiq edilir. Belə götürülmənin üstünlükləri və noqsanları vardır. Adətən körpülərə yaxşı yol tapılır, nümunənin götürülmə hissəsini dəqiq təyin etmək olar, seçmə nöqtəsini həm şaquli xətt üzrə, həm də üfüqi xətt üzrə idarə etmək olar. Hər bir hava şəraitində nümunələrin seçilməsi təhlükəsiz həyata keçirə bilər. Narahatlıq yol nəqliyyatının, eləcə də gəmilərin çayla hərəkəti ilə bağlıdır.

Qısa müddətdə dəyişən çirklənmə göstəricilərinin (məsələn, temperatur, pH, həll edilmiş oksigen) götürülmə vaxtı bilavasitə nümunə götürüldükdən sonra müəyyən edilməlidir.

Bir sıra hallarda nümunələrin ayrılması zəruridir. Bu əməliyyat nümunə götürülən zaman keçirilməli və ekstratları laboratoriyaya göndərilməlidir.



I FƏSİL.

SU OBYEKTLƏRİNIN ÇİRKLƏNMƏSİNƏ NƏZARƏT

1.1 Hidrosfer tərkibi. Hidrosferin mənbələri və çirkləndirilməsi
Təbii və eləcə də çirkab sular qarışıqlarının tərkibi təmizləmə üsulunun seçməsində həlledici əhəmiyyətə malikdir. Suyun tərkibində olan bütün maddələri həll olmuş və çəkilmişlərə bölmək olar. O.A.Alyonikə görə təbii suların həll olmuş qarışıqlar öz növbəsində, üzvi maddələr, əsas ionlar (makrokomponentlər), mikroelementlər, biogen madələr və həll olmuş qazlara bölünürlər.

Çəkilmiş maddələr. Çayın bir vaxt vahidi ərzində keçirdiyi çəkilmiş maddələrin miqdarı Rm ifadə edilir. Çəkilmiş maddələrin lm sudakı tərkibi (q/m3 və ya mq/dm3 ilə ifadə olunur) bulanğıclıq adlanır və çəkilmiş çökmələrin sərti ilə

.

nisbəti ilə əlaqələndirilir. Burada Q-suyun sərfi, m3 /s və ya t/s.

Su axını ilə gələn zərrəcik kütləsinin (m) axma sürətində asılılığı Eri qanununa tabedir:

,

burada A – mütənasiblik əmsalıdır.

Çay sularında çəkilmiş maddələrin ümumi miqdarı da axma sürətin və çayda suyun şərfi ilə bilavasitə asılıdır.

Çay sularının tərkibində çəkilmiş maddələrin olmasının əsas səbəbi istiqamətin və enişin erroziyasıdır. Erroziyanın kəmiyyəti səthin axına qarşı

müqaviməti və su axınının enerjisindən E asılıdır. Hansı ki, L sahəsində asılılığı

.

ilə hesablana bilər. Burada H-verilən sahə üçün hündürlüyün eniş-qalxışı., m.



Üzvi maddələr. Belə maddələr qrupuna müxtəlif üzvi birləşmələr daxildir: üzvi turşular, spitrlər, aldehid və ketonlar, (lipedlər), fenollar, aromatik birləşmələr, karbohidratlar, azottərkibli birləşmələr (zülal, amin turşuları, aminlər) və s.

Üzvi maddələrin hovuzlara daxil olmasının iki əsas mənbələri vardır. Birincisi, kənardan daxil olması, əsasən leysan və ərimiş suların toplandığı yerdən. Ikincisi, hovuzun özündən üzvi maddələrin metobalizm və orqanizm qalıqlarının biokimyəvi dağılmaı nəticəsində əmələ gəlməsi .

Əsas ionlar. Təbii suların tərkibində ionların miqdarı geniş hüdudlarda dəyişir. Onların minerallaşma kəmiyyətini müəyyən edək. Minerallaşma kəmiyyətinə görə suların bölünməsi aşağıdakılardır: şirin – tərkibində 1 q/dm3 duzun olması, şor – tərkibində 1 ...25 q/dm3 çox duzun olması.

Şirin suların səthi üçün kiçik minerallaşma 200 mq/dm3 qədər, orta – 200 ...500 mq/dm3 və yüksək – 500 ...1000 mq/dm3 seçilir. Adətən təbii suların tərkibində H+, Na+, H+, NH, Ca2+, Mg2+, Mn2+,Al3+ və anionlar OH+, HCO, CO, Cl-, SO, HS, NO, NO,F-, PO, Br-, HSiO.

Bir qayda olaraq daha çox miqdarda yedd ionların iştirak edir: Na+, K+, Ca2+, Mg2+, NHCO, Cl-, SO.

Buna uyğun olaraq təbii suların üç sinfə bölünməsi təsnifatı təklif edilmişdir: hidrokarbonat və karbonatlı, sulfat və xloridli, onların duzların tərkibində hansı anionun üstün olmasından asılı olaraq. Hər bir sinif artıq üstün olan kationa görə üç qrupa bölünür – kalsium, maqnezium və natriumlu.

Əsas ionlar dağ suxurlarından, minerallardan, torpaqlardan, eləcə də insanın istehsal fəaliyyəti nəticəsində təbii sulara daxil olur.

Çirkab suların hovuzlara axıdılması bir sıra hallarda təbii sularda duzun artırılmasına və ion tərkibin dəyişməsinə gətirib çıxarır.

Mikroorqanizmlər. Bu qrupa baş ionlar və dəmirdən (mis, sink, manqan və keçid metalların başqa ionları), eləcə də anionlar, brom, ftor, yoddan başqa bütün metallar daxildir.

Biogen elementlər, əsasən azot və fosfor birləşmələrdir. Onların qatılığı şirin səthi sularda çox geniş hədlərdə dəyişir, 10 mq/dm3-a qədər. Biogen elementlərə suda kolloid şəklində olan silisium birləşmələri və ya silisium və yarımsilisium turşuların əsl həll olunmuş şəklində, mikrokalloid hidroksid şəklində təbii sularda olan dəmirlər aid olunur.

Tez-tez suda NHvə NO olması suyun yaxın zamanda çirklənməsi əlamətidir, NO olması isə suyun lap erkən çirklənməsinin əlamətidir.

Həll edilmiş qazlar (O2, CO2, N2,H2S, CH4 və s.) . Qazın suda həll olması onun təbiəti, parsial təzyiq və temperaturundan asılıdır.

Oksidləşmə, tənəffüs və fotosintez prosesləri suyun tərkibində O2 və CO2-nin olmasının qarşılıqlı əlaqəsini müəyyən edirlər. Təbii səthi sularda hidrogen sulfid və ya metanın yaranması hovuzda oksigenin məhdud daxil olmasına görə çürüdücü proseslərin mövcudluğunu göstərir. Hidrogen sulfid, eləcə də metana təbii şəraitdə yeraltı sularda rast gəlinir. Lakin belə qazların suda mövcudluğuna səbəb təmizlənməmiş çirkab su tullantıları ola bilər. Belə ki, kağız-selluloz istehsalatında ürəkbulandırıcı çirkab suların tərkibində hidrogen sulfiddən başqa onun üzvi törəmələri də vardır: metilmerkaptan, dimetilsulfid, dimetildisulfid. Bütün bu birləşmələr yüksək zəhərləmə qabiliyyətinə malikdirlər və su faunası və florasına məhvedici təsir göstərirlər.

Hovuzların çirklənməsinin əsas səbəbi suyun keyfiyyətinin pisləşməsinə və hidrobionatların həyat fəaliyyətinin normal şəraitinin pozulmasına gətirib çıxaran çirkab məişət-təsərrüfat və sənaye suların tullanmasıdır. Xüsusilə hovuzlara böyük ziyan vuran əsas işlədilən sənaye sahələrinin axmalarıdır. Onların arasında birinci növbədə kimyəvi, mədən metallurgiyası, neft və kömür emalı və kağız-sellüloz sahələri aiddir. Çirkləndirici qatışıqlar üzvi və mineral, həll olmuş və olmamış, zəhərli və zəhərsiz ola bilər. Onların gölə daxil olması müxtəlif nəticələrə gətirib çıxarır: hovuzun xoşagəlməz həllolmayan maddələrlə çirklənməsi, suyun fiziki-kimyəvi xassələrinin və oksigen rejimcə pisləşməsi, pH dəyişməsi, tərkibində üzvi maddələrin və minerallaşmanın çoxalması, nəhayət suda yaşayanların zəhərləyici maddələrlə zəhərlənməsi.

Beləliklə, bütün çirkab sular çirkləndirici tərkibinə, hovuzlara və orda olan canlı orqanizmlərə təsir xüsusiyyətlərinə görə dörd qrupa bölünürlər:



  1. tərkibində spesifik zəhərli xassəli qeyri-üzvi qatışıqlar olan;

  2. tərkibində spesifik zəhərsiz xassəli qeyri-üzvi qatışıqlar olan;

  3. tərkibində spesifik zəhərli xassəli üzvi qatışıqlar olan;

  4. tərkibində spesifik zəhərsiz xassəli üzvi qatışıqlar olan.

Birinci qrupa sulfat turşusu, soda, qara metallurgiya zavodlarının, maşınqarırma müəssisələrinin və s. çirkab suları aiddir.

Bu qrup çirkab suların əsas çirkləndiriciləri – həll olmuş və olmamış qeyri-üzvi maddələr (duzlar, qələvi, turşular, arsen, mis, qurğuşun və s. ağır metallar, metal oksidlər və hidroksidləri, hidrogen sulfid, sulfid, sulfid birləşmələri), hansılar ki, bunların bir çoxu zəhərli xassəyə malikdirlər.

Belə çirkab suların təsiri altında suyun rəngi, şəffafığı və iyi dəyişir, hovuzların dibində həll olmamış çöküntülər əmələ gəlir, hansı ki, sudibi faunanın inkişafını çətinləşdirir. Çəkilmiş maddələr balıqların qəlsəmini kəsib zədələyir, qəlsəm xəstəliklərinə səbəb olur.

Ikinci qrup çirkab suları (spesifik zəhərli xassəsi olamayan) kömürü zənginləşdirici fabriklər, kvars və manqan filizləri zənginlədirici fabriklər və s. tərəfindən tullanır. Əsas çirkləndiricilər – çəkilmiş mineral maddələr və boş kiçik zərrəciklərdir.

Üçüncü qrupa maya, pivə, kartof nişastası zavodlarının çirkab suları aid edilir. Əsas çirkləndiricilər – zəhərsiz üzvi maddələrdir. Bu maddələr suda həll olmuş oksigeni udaraq hovuzlarda oksigen defisiti yaradırlar. Bundan başqa, çirkab suların tərkibində olan üzvi çirkləndiricilər bakteriya, göbələk və bəsitlərin təsiri altında qaz halında olan dağılmış zəhərli qaz şəklində olan məhsulları çıxararaq mürəkkəb biokimyəvi çevrilmələrə məruz qalır.

Hovuzda belə çirkab suların təsirindən oksidləşmə artır, pH, şəffaflıq, rəng dəyişir, yəni normal hidrokimyəvi rejim pozulur. Çirkab suların həll olmamış üzvi maddələr, suyun dubinə çökərək tədricən suda həll olmuş oksigeni udaraq tədricən parçalanaraq dağılmış və dağılmış qaz məhsulların çıxardaraq bəzən balıq və başqa suda yaşayan orqanizmlərin məhvinə gətirib çıxarır.

Üzvi çirkləndirici maddələrin hovuza daxil olması tez-tez yosunların coxlu inkişafına imkan yaradır. Inkişafda olan yosunların sayından və təbiətindən asılı olaraq suyun çirklənməsi həm suyun öz-özünə təmizlənməsini sürətləndirərək müsbət rol, həm də suyun xüsusiyyətlərini pisləşdirərək mənfi rol oynayır. Kütləvi çirklənmə zamanı su bulanlıq, yaşıl olur, xaşagəlməz qoxu, dad əmələ gəlir, bu su əhalinin su ilə təmini üçün yararsızdır. Yosunların kütləvi məhvi zamanı sudakı oksigeni udan müxtəlif parçalanma məhsulları və zəhərli maddələr əmələ gəlir. Hansı ki, bunların hamısı hovuzun ikinci dəfə çirklənməsinə səbəb olur.

Çirkab suların dördüncü qrupuna kimyəvi, koks-kimya, qaz, şist zavodların sənaye axınları aiddir. Bunların tərkibində zəhəsiz çirkləndiricilərlə yanaşı zəhərli maddələr də vardır: boyaq maddələri, qatranlar, fenollar, spirtlər, neft məhsulları, sulfid birləşmələr və s.

Üzvi maddələrin əsas kütləsi kifayət qədər oksidləşmə və mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində kifayət qədər tez minerallaşmağa malikdir.
1.2 Hovuzlarda su keyfiyyətinin normallaşdırılması
Su mühitində kimyəvi maddələrin normallaşdırılmasının xüsusiyyətləri aşağıdakı amillərlə şərtləndirilib.

1. Gigiyenik mövqedən içməli təsərrüfat və mədəni-məişət əhəmiyyətli suyun çirklənmə səviyyəsi qiymətləndirilir.

2. Suyun keyfiyyət normativləri bütün su obyektnə yox, yalnız əhalinin sudan istifadə nöqtələrinə yayılır.

3. Əhali tərəfindən su nəinki içmək, qida hazırlanması, şəxsi gigiyena, eləcə də məişət–təsərrüfat və tənəffüs məqsədi ilə istifadə olunur.

4. Əhalinin istifadə etdiyi su obyektləri üçün vahid gigiyena normativləri təyin edilir.

Suyu çirkləndirən maddələr üçün, atmosfer havada qatışıqlar üçün olduğu kimi su keyfiyyətinin ayrılmış normallaşdırılması təyin olunmuşdur. Burada bölmə prinsipi su okyektin üstünlüyünə görə təyin edilməsi və ya sudan istifadə kateqoriyası ilə bağlıdır. Su istifadəsi təsnifatı şəkil 3.1-də verilmişdir.



Şək. 3.1 Su istifadəsinin kateqoriyaları

(Q.V. Stadnitski, a.k.Rodionova görə 1996)
Mədəni-məişət və içməli-təsərrüfat təyinatlı su obyektlərin normallaşdırılması prioritetinin əsasını çox vaxt sanitar-toksikoloji, ümumi sanitar və orqanoleptik limitlər təşkil etmişdir, balıq təsərrüfat su obyektlərinin isə - toksikoloji.

Mövcud təsnifata uyğun olaraq su mühitinin çirkləndiriciləri dörd təhlükə sinfinə bölünür. I və II qrupa aid birləşmələr üçün mümkün olan qatılıq həddinin artırılması zamanı insana arzuedilməz təsirin inkişafı təhlükəsi çox mühümdür.

Hovuzların və axınların içməli təsərrüfat, kommunal-məişət və balıq təsərrüfatı istifadəsi yerlərində suyun tərkibi və xüsusiyyətləri fiziki, kimyəvi və bioloji-stasionar göstəricilərlə qiymətləndirilir. Fiziki göstəricilərə temperatur, rəng, qoxu,dad və s. aid edilir.

Suyun kimyəvi tərkibi ion tərkibi, codluq, qələvilik, turşulanma, hidrogen sulfid və başqaları ilə xüsusiyyətləndirilir.

Su keyfiyyətinin əsas bioloji sanitar göstəriciləri koli-titr (koli-indeks)-dir, ümumi mikrob say, patogen bakteriyalar v\ə virusların mövcudluğu (olması).

Su ehtiyatların keyfiyyət qiyməti əsas göstəricilər sistemi vasitəsilə həyata keçirilir.

Hovuz suyunda çirkləndirici maddələrin mümkün olan maksimal qatılığı, mq/dm3.

Hovuzların suyunda çirkləndirici maddələrin mümkün olan müvəqqəti qatılığı, mq/dm3. normativlər üç il müddətində hesab yolu ilə müəyyən edilir.

Mümkün olan tullama həddi, q/saat (kq/sut). Hovuza tökülən çirkab suların tərkibində çirkləndirici maddələrin kütləsini nizama salır. Müvafiq orqanların təyin etdiyi müddətə hesab yolu ilə müəyyənləşdirilir.

Oksigenə biokimyəvi ehtiyac – nümunə inkubasiyasının müəyyən müddətdə (2,5,10 və ya 20 sutka) üzvi maddələrin oksidləşməsinin biokimyəvi proseslərində (nitrifikasiya istisna olmaqla) istifadə edilən oksigenin miqdarıdır.

Bixromat üsulu ilə müəyyən edilmiş oksigenə kimyəvi ehtiyac – suyun tərkibində olan bütün bərpaedicilərin oksidləşməsi üçün lazım olan sərf olunan oksidləşdiricinin miqdarına ekvivalent olan oksigenin miqdarıdır. Milliqramla maddənin milliqramlarına O2.

Su ilə orqanizmə daxil olan kimyəvi maddənin hüdudaltı (həddaltı) qatılığı (təsir etməyən maksimal qatılıq), mq/dm3.

Su ilə orqanizmə kimyəvi maddələrin daxil olduğu zaman hüdudalt doza (təsir etməyən maksimal doza), mq/dm3.

Su təchizatı mənbələrinin suyun tərkibində eyni limitləyən 1 və 2-ci dərəcəli zərərli göstəricilər təhlükə sinfinə daxil olan kimyəvi maddələr tapıldıqda suda tapılmış hər bir maddənin qatılığının hədd qatılığına olan nisbətinin cəmi birdən çox ola bilməz. Bu aşağıdakı düsturla hesablanır:



,

burada ci – hovuzun hesab çərçivəsində olan i saylı zərərin limitlənmiş göstəricilərinin maddə qatılığı; KH – i saylı maddənin həddi mümkün olan qatılıq.

Mədəni-məişət və içki təyinatlı su hovuzları üçün üç bərabərsizlin yerinə yetirilməsi yoxlanılır, balıq təsərrüfat təyinatlı hovuzlar üçün – beş bərabərsizlik. Bu zaman hər bir maddə yalnız bir bərabərsizlikdə bir dəfə hesaba alına bilər.
II FƏSİL.

SU KEYFİYYƏTİNƏ NƏZARƏTİN TƏŞKİLİ
Su hovuzları və su axınları keyfiyyətinin nəzarət məntəqələri I,II,III və IV kateqoriyalara bölünür:

Məntəqələrin kateqoriyaları və onların yerləşdirilməsi kompleks amilləri nəzərə almaqla müəyyən edilmiş qaydada təyin edilir. su obyektlərinin xalq təsərrüfatı əhəmiyyəti, suyun keyfiyyəti, ölçüsü və axının sululuğu, yaşayış məntəqəsində əhalinin sayı və başqa amillər.

Nəzarət məntəqələrinə bir və ya bir neçə çərçivə aiddir. Çərçivə - suyun tərkibi və xüsusiyyətləri haqqında məlumat almaq üçün kompleks işləri həyata keçirən hovuzun və ya axının eninə kəsiyidir. Çərçivələr hovuzun və ya axının hidrometroloji və morfoloji xüsusiyyətlərini, çirklənmə mənbələrinin yerləşdiyi yeri, tullanan çirkab suların həcmi və tərkibi nəzərə alınmaqla quraşdırılır. Iki və daha çox çərçivə çirkab suların mütəşəkkil axıdılması halında quraşdırılır. Onlardan biri çirklənmə mənbəyindən təsir zonasından qıraqda 1 km yuxarı məsafədə, başqaları – çirklənmə mənbəyindən aşağı məsafədə quraşdırılır.

Nümunə götürmək üçün dəqiq yeri seçmək üçün nümunə reprezentatı (həmin yerdə su obyektinə adekvat olan) olmalıdır. Yəni su üfüqi və şaquli profillərdən tam dəyişən çərçivədən götürülməlidir.

Hər bir hava şəraitində, əsasən sərt iqlim şəraiti olan rayonlarda nümunə götürmə əlverişli yerdə olmalıdır.

Götürülən suyun nümunəsi saxlanmasına görə tərkibində üç öyrənilən göstərici olduğuna görə: 1) konservator, uzun müddət qalan (xloridlər, sulfatlar və s. 2) qeyri-konservativ; 3) qalmayanlar (oksigen və s.) burada nümunə götürülən yer analiz keçirilən laboratoriyadan uzaq məsafədə olmamalıdır. Birinci və ikinci növ göstəricilər üçün nümunə 24 saata qədər yerinə çatdırılmalıdır.

Nümunənin götürülmə yerini seçərkən təhlükəsizlik məsələsinə fikir verilməlidir, yəni nümunənin götürülməsi həyat üçün təhlükəli olmamalıdır. Nümunənin götürülməsi məsələlərini aşağıdakı proqramların tərkibi müəyyən edir.

1) keyfiyyət nəzarəti proqramlarına çirkləndirici maddələrin mümkün olan qatılıq həddinə və (və ya) tullantıların mümkün olan normasına uyğun maddələrin qatılığı və suyun tərkib və xassələri daxildir.

2) keyfiyyət xüsusiyyətləri proqramlarına verilən müddət ərzində bir sıra parametrlərin qiymətləri daxildir. Proqramlar epizodik – konkret tətbiq üçün nəzərdə tutulan (tək-tək, artma, sistematik müşahidələr üçün) və uzunmüddətli müntəzəm sistematik müşahidələr üçün.

3) Çirklənmə səbəblərinin tətbiqi üçün proqramlar çirklənmə mənbələrinin müəyyən edilməsinə, çirkləndirici maddələrin qatılığı və onların su obyektinin hərəkətinə yönəlmişdir.

Proqramların bütün növlərinə xarakterik parametrlərin, onların təhlil üsullarının siyahısı və nümunə götürülmənin proqramı (nümunəgötürmə punktlarının yerləşdiyi məkanlar, nümunəgötürmənin periodikliyi, nümunələrın növləri, nümunəgötürmə üsulları, nümunəgötürmə qurğuları, nümunələrın emal üsulları) daxil olunmalıdır.

Parametrlərin qiymətlərinin müəyyənləşdirilməsi üçün nə qədər çox miqdarda nümunə istifadə olunubsa, bir o qədər müşahidə olunan və həqiqi qiymətlər arasındakı mümkün olan fərqin həddi dar olacaq.

Nümunəgötürmənin tezliyini təyin etmək üçün ilkin müayinələr lazımdır. Birinci etapda suyun keyfiyyətinə təsir edən bütün amillər haqqında, eləcə də müəyyən yerdə olan suyun keyfiyyətinə təqdim edilmiş tələblər haqqında informasiya toplanmalıdır.

Əgər yığılan məlumatlar kifayət deyilsə, onda aşağıdakı sxemə uyğun tədqiqat aparılır:



  1. Il ərzində hər həftə nümunəgötürülmə;

  2. Arası kəsilmədən həftə ərzində hər 13-cü həftə hər gün nümunəgütürmə;

  3. 13 həftə dövriliyi ilə sutka ərzində hər saatda nümunəgötürülmə;

4) 13 həftə dövrililiyi ilə (1 dövr 42 nümunə) həftə ərzində hər dörd saatdan bir nümunəgötürmə.

Təklif edilən tədqiqatların variantları ən çox dəyişikliklərə meyli olan çaylar üçün tövsiyyə edilir.

Göllər üçün ilkin tədqiqatların aşağıdakı variantları tövsiyyə olunur:

- ilin ən isti vaxtlarında beş ardıcıl gün;

- hər 13 həftədən bir beş ardıcıl gün;

Əgər müəyyən bir səbəbə görə ilkin tədqiqatlar keçirilmirsə, onda müşahidələrin birinci ili üçün nümunəgötürmənin aşağıdakı tezliyini qəbul etmək olar:

- çaylar üçün - hər iki həftədən bir;

- göl üçün – hər iki aydan bir;

- yeraltı sular üçün – hər üç aydan bir.

1 kateqoriyasının nəzarət nöqtələri orta, böyük hovuzlarda və ya xalq təsərrüfatı əhəmiyyətli axınlarda yerləşdirilib:

- əhalisi 1 mln. artiq olan şəhər sahələrində;

- ovluq orqanizmlərin xüsusilə qiymətli növlərinin kürütökmə və qışlama sahələrində;

- çirkləndirən maddələrin təkrarlanan avariya tullantıları sahələrində;

- suyun yüksək dərəcədə çirkləndiyi zaman çirkab suların tullantısı təşkil edilmiş sahələrdə.

1 kateqoriyalı nəzarət nöqtələri kiçik hovuz və axın yerlərində yerləşdirməsinə imkan verir. 1 kateqoriyalı nöqtələrdə hidrokimyəvi və hidroloji göstəricilərə görə müşahidələr aşağıdakı qaydada keçirilır:

- hər gün çirkab sular buraxıldıqdan sonra birinci çərçivədə (qısaldılmış proqram 1 üzrə). Bundan başqa 5l həcmindən az olmayan su götürülür.

Fövaəladə hadisələr zamanı hidrokimyəvi müayinəyə ehtiyac olduğu halda (balıqların məhvi və s.) beş sutka qalması üçün 5l həcmindən az olmayan suyun nümunəsi götürülür:

- hər on gün (qısaldılmış 2 proqram üzrə);

- hər ay (qısaldılmış 3 proqram üzrə);

- su rejiminin əsas fazalarına (məcburi proqram üzrə).

2 kateqoriyalı nəzarət nöqtələri aşağıdakı hovuz və su axınlarında yerləşdirilir:

- əhalisi 0,5-1,0 mln.sakinə qədər olan şəhər sahələrində;

- ovluq orqanizmlərin bahalı növlərinin kürütökmə və qışlanma sahələrində;

- çayın balıq təsərrüfatı üçün vacib olan sahələrdə;

- suvarılan ərazilərdən çirkab drenaj suların və sənaye çirkab suların mütəşəkkil tullama sahələrində;

- çayların dövlət sərhəddinin kəsişdiyi zaman;

- orta dərəcəli çirkli sular sahələrində;

Hidrokimyəvi və hidroloji göstəricilərə görə 2 kateqoriyalı nöqtələrdə müşahidələr aşağldakı qaydada keşirilir:

- hər gün (vizual müşahidələr);

- hər on gün (qısaldılmış proqram 1 üzrə );

- hər ay (qısaldılmış proqram 3 üzrə ).

- su rejiminin əsas fazalarında (məcburi proqram üzrə).

3 kateqoriyalı nəzarət nöqtələri aşağıdakı hovuz və su axınlarında yerləşdirilir:

- əhalisi 0,6 mln. sakindən az olan şəhər sahələrində;

- böyük və orta çayların tamamlayan sahələrində;

- böyük çaylar və hovuzların çirkab axınların ağızlarında;

- aşağı dərəcəli çirkab suların mütəşəkkil tullama sahələrində.

3 kateqoriyalı nöqtələrdə hidrokimyəvi və hidroloji göstəricilərə görə müşahidələr aşağıdakı qaydada keçirilir:

- hər ay (qısaldılmış proqram 3);

- su rejiminin əsas fazalarına (məcburi proqram üzrə).

4 kateqoriyalı nöqtələr hovuz və axınların çirklənməyən sahələrində, eləcə də dövlət qoruqları və təbii milli parkların ərazilərində yerləşən hovuz və su axınları sahələrində yerləşdirilir.

4 kateqoriyalı nöqtələrdə hidrokimyəvi və hidroloji göstəricilər üzrə müşahidələr su rejiminin əsas fazalarında keçirilir (məcburi proqram üzrə).

Əksər su axınlarında məcburi proqram üzrə müşahidələr ildə 7 dəfə keçirilir: daşqın zamanı – suyun qalxdığı yerdə pikdə və suyun enməsi yerdə, yayın ortasında - ən kiçik yağış daşqını zamanı; payızda buz örtüyündən qabaq, qışın ortasında.

Ayrı-ayrı su axınlarında müşahidə dövrülüyünün öz su rejimi ilə bağlı öz xüsusiyyətləri ola bilər:

- su axınında uzun müddət (bir aydan çox) daşqın zamanı müşahidələrin sayı ildə səkkiz dəfəyə artır. (nümunələr suyun qalxması, pikdə və daşqının azalmasının əvvəli və axırında);

- orta səviyyəli sabit su axınında, (suyun payızdakı qalxması zəif göstərilən zaman). Müşahidələrin sayı ildə beşə-altıya düşür-enir.

- ötürücü su axınlarında müşahidələrin sayı üçə-dördə enir;

- il ərzində sel rejimi ilə xarakterik olunan su axınlarında müşahidələrin sayı şəkkizdən yuxarı olmalı;

- dağ rayonlarında yerləşən su axınları müşahidələrin sayı 4-dən 11-ə qədər enib-qalxa bilər və su axını tipində müəyyən edilir.

Hidroloji və mikrobioloji göstəricilərin qiymətlərinə görə suyun keyfiyyəti altı sinfə ayrılır:

I – çox təmiz;

II – təmiz;

III – təqribən çirklənmiş;

IV – çirklənmiş;

V – çirkli;

VI sinif – çox çirkli.


2.1 Su nümunələrının seçilməsi
Su nümunələrının seçilməsinə olan ümumi tələblər ГОСТ Р 51597-2000-ə uyğun olaraq nizamlanır.

Su nümunələrı - tərkib və xassələrin tədqiqi üçün seçilmiş suyum müəyyən həcmidir.

Su nümunəsinin məqsədi – tədqiq edilən suyun keyfiyyətini əks etdirən diskret nümunənin əldə edilməsi:

1)Qısa müdət xarakterlə dəyişikliklərin aşkar edilməsi zamanı düzəliş tədbirlər inin həyata keçirilməsi üçün suyun keyfiyyətinin tədqiqi üçün;

2) suyun uzunmüddətli xüsusiyyətini təyin etmək üçün onun keyfiyyətinin tədqiqi;

3) normativ sənədlərdə nizamlanmış göstəricilərə görə suyun xassəsini və tərkibini müəyyən edilməsi üçün;

4) su obyektinin çirklənmə mənbəyinin eyniləşdirlməsi üçün
2.2. Seçilən nümunələrın tipləri
1. Suyun nöqtə şəklində nümunəsi – numunələrin seçilmə nöqtəsində lazım olan su həcminin birdəfəlik seçmədən alınan su nümunəsidir. Tətbiq etmə sahəsi: suyun axını qeyri-həmçinsdir; təyin edilən göstəricilərin qiymətləri qeyri-sabitdir; tərkib nümunənin istifasdəsi ayrı-ayrı nümunələr arasındakı fərqləri qeyri-müəyyən edir. Nöqtəvi nümunələr üstündür, əgər nümunələrın məqsədi – suyun keyfiyyətini və tərkib göstəriciləri normativlərinə qiymətləndirilməsidir.

2. Dövri nümunələr:

- vaxtdan asılı: qeyd edilmiş vaxtda (nümunənin əvvəl və son vaxtını hesablayan qurğudan istifadə edərək)

- axın asılılığı: müxtəlif həcmlərin nümunələri dəyişməz vaxt intervalında götürülür, həcm axından asılıdır (axın surəti ilə suyun tərkibindəki dəyişiklikləri qarşılıqlı əlaqəli olmadığı halda bu üsul tətqiq edilir).

- həcm asılılığı – su axının həcmin hər bir vahidi üçün nümunə vaxtdan asılı olmadan götürülür (axın surəti ilə suyun tərkibindəki dəyişikliklər qarşılıqlı əlaqəli olmadığı halda bu üsul tətbiq edilir)

3. Aramsız seşmə (artma)

- sabitsurətli axında;

- qeyri-sabit surətli axında

4. Nümunələrin silsilə şəklində seşilməsi

- dərin profilli nümunələr: konkret yerdə tədqiq olunan suyun müxtəlif dərinliklərdə seçilmiş nümunələrin silsiləsi;

-sahə profilin nümunələri. Müxtəlif yerlərdə tədqiq olunan suyun müəyyən dərinlikdə seçilmiş nümunələr silsiləsi.

5. Tərkib nümunə - suyun və ya onun hissələrinin iki və ya daha artıq nümunələri verilmiş proporsiyalardan qarışdırılmış

Nümunə seçilməsinin üsullarından asılı olmayaraq avtomatik və ya əl ilə alına bilər. Tərkib nümunə suyun tərkibinin orta rəqəmləri tələb olunmuğu halda tətbiq edilir.

6.Böyük həcm nümunələri – 50 dm3-dək bir neçə kub metrə qədər olan nümunələridir.
2.3. Nümunə və nümunə seçilməsi növləri
Suyun keyfiyyətinin araşdırılması zamanı müəyyən yerdə və ya müəyyən vaxtı seçilmiş nümunələrdəki maddələrin qatılığı haqqında məlumatları vacibdir. Bundan asılı olaraq nümunələr sadə, (nöqtəvi, tək, birdəfəlik) və qatışıq (birləşdirilmiş, tərkibi, orta) nümunələrə ayrılır.

Sadə nümunə müəyyən vaxt və müəyyən yerdə olan suyun tərkibini təsvir edir. Bu nümunəni suyun tələb olunan miqdarda birdəfəlik seçilməklə alınır.



Sadə nümunələr.

Suyun qeyri-həmcins olduğu və parametrlərin qiymətləri qeyri-sabit olduğu halda istifadə edilir. Sadə nümunələr qeyri-sabit komponentlərin miqdarını müəyyən etmək üçün vacibdir (həll edilmiş qazlar, əridilmiş sulfidlər və s.).

Qarışıq nümunə suyun müəyyən müddət və müəyyən həcmdə orta tərkibini xarakterizə edir. Bu nümunəni eyni zamanda müxtəlif su həcmli yerlərdən götürülmüş sadə nümunələrin qarışığından və müxtəlif vaxtda eyni yerdən götürülmüş nümunələrdən alınır. Adətən qarışıq nümunəni nümunələrin bərabər vaxt müddəti keçdikdən sonra eyni həcmli qarışıqlardan alınır.

Qatışdırılmış nümunəni ayırmaq üçün bir gün müddətindən artıq tövsiyyə edilmir. Uzun müddət saxlanması üçün nümunə konservləşdirilməlidir.

Dəyişikliklərə asan uğrayan (əridilmiş qazlar, pH və s.) suyun xüsusiyyətləri və kimponentlərinin təyini üçün qarışıq nümunəni tətbiq etmək mümkün deyil. Belə müəyyən etmələr nümunənin hər tərkibində ayrıca edilir.

Su həcmin növündən asılı olaraq su nümunəsinin seçilməsi aşağıdakı kimi ola bilər:



  • Açıq hovuzdan;

  • Açıq su axından;

  • Boru kəmərindən;

  • Yağmurdan;

  • Yeraltı sulardan.

  • Nümunə seçmənin hər bir növünün öz xüsusiyyətləri vardır. Ən çox birinci və ikinci növ tez-tez istifadə olunur. Zamandan asılı olaraq nemunələr seçilməsi dövri, müntəzəm, qeyri-müntəzəm ola bilər.

  • Dövri seşmə zamanı nümunələr müəyyən zaman müddətində seçilir (xrometrdən istifadə edərək) nümunələrin müntəzəm seçmə üsulu suyun tərkibi və xassələri zaman-məkan xüsusiyyətləri haqqında məlumat almaq üçün aparılır.

Nümunələrin qeyri-müntəzəm seçmə üsulu suyun tərkibi və xassələrində gözlənilən və ya mümkün olan dəyişikliklərin müəyyən edilməsi lazım olduğu halda aparılır (qəza vəziyyəti zamanı və s.)
III FƏSİL. SEÇMƏ ÜSULLARI.

3.1. Nümunələrin seçməsi üçün qurğular
Nümunələrin götürülməsi zamanı texniki vasitələrin seçilməsi yerli şəraitlə təyin edilir. Ən çox nümunələrin körpülərdən götürülməsi tətbiq edilir. Belə götürülmənin üstünlükləri və noqsanları vardır. Adətən körpülərə yaxşı yol tapılır, nümunənin götürülmə hissəsini dəqiq təyin etmək olar, seçmə nöqtəsini həm şaquli xətt üzrə, həm də üfüqi xətt üzrə idarə etmək olar. Hər bir hava şəraitində nümunələrin seçilməsi təhlükəsiz həyata keçirə bilər. Narahatlıq yol nəqliyyatının, eləcə də gəmilərin çayla hərəkəti ilə bağlıdır.

Nümunələrin gəmilərdən götürülməsi elastik seçmə formasıdır, çünki çayın uzununa və ya eninə kəsiyin istənilən nöqtəsində həyata keçirilə bilər. Lakin nümunələrin seçmə nöqtəsini yerüstü istiqamətə dəqiq başlı olmalıdır. Əmin olmaq lazımdır ki, gəmi sudibi çökmələr pırtlayıb və onlar nümunəyə düşməyib (daxil olmayıb). Nümunələrin ensiz və dayaz çay keçidi sahəsində seçilməsi zamanı sudibdə olan su qatların pozulması qaçılmazdır. Buna görə də operator seçmə nöqtəsininin axınından aşağı suyuna daxil olmalıdır.

Nümunələrin sahildən (qurudan) seçilməsi başqa imkanların olmadığı halda tətbiq edilməlidir. Nümunəni iti axın və ya çayın xarici sahilindən (burada su dərin və surətlidir) götürmək məsləhətdir.

Kanat keçidlərinin istifadəsi ilə nümunənin götürülməsi zamanı axının surəti ölçülür. Bunlar kiçik çaylarda tətbiq olunur.

Nümunələrin helikokteyllərdən seçilməsinin üstünlükləri ondan ibarətdir ki, nümunəni çayın və ya gölün istənilən nöqtəsindən götürməyə imkan yaradır. Burada vaxta qənaət və yüksək məhsuldarlıq əldə olunur. Işin yüksək xərcli olması bu seçilmə üsulunun qüsurudur.

Nümunələrin bölüşdürücü şəbəkəyə daxil olmamasından qabaq nümunələrin resurslarla seçilməsi kranlardan xüsusi nümunəgötürən cihazların vasitəsilə keçirilir. Nümunələr rezervuara yaxın olan yerlərdən seçilir.

Nümunənin seçilməsindən qabaq uzun zaman qalmış su 10 dəq. qədər az olmadan boşaldılmalıdır.

Su hazırlama texnoloji prosesinin sabitliyinin nəzarəti zamanı nümunənin seçilməsi. Su hazırlamanın müxtəlif mərhələlərinin nəzarəti üçün uyğun olan qabaq və sonrakı mərhələdə nümunələrın dezinfeksiyaya nəzarəti zamanı seçilməsi keçirilməlidir (koaqulyasiya, süzmə).

Dezinfeksiya üçün ötürülən nümunələrin dezinfeksiya qurğusunun girişində su kranından seçmək lazımdır. Düzinfeksiya qurğusundan çıxan su nümunələrının normativ sənədlərə görə müəyyən edilmiş su və dezinfeksiya maddəsinin birləşməsi prosesi müddətinin qurtardığı zaman qurğunun çıxış hissəsindən seçilir.

Nümunənin bölüşdürümü şəbəkədən seçilməsi əsas magistral xətlərdə onun qalan hissələrində küçə supaylaşdırıcı qurğularda keçirilir.

Nümunələrın seçilməsi paylaşdırıcı şəbəkənin müxtəlif yerlərindən girişdə olan suyun istifadəçiyə çatmamış baş verir. Nümunələrın su ilə birləşmiş hidrantlarda seçilməsi zamanı dezinfektanın nümunənin tərkibində olmaması üçün bir neçə dəfə müayinə tədqiq edilən su ilə yaxalanıb təmizlənib dezinfeksiya edilməlidir. Suyu krana çatdıran ütürücünün uzunluğu mümkün qədər qısa olmalıdır.

Görkəmli nümunələrın alınması üçün su komponentləri bərabər paylanmış nöqtədən seçilməlidir.

Nümunələrın boru kəmərinin dalan hissələrindən seçmək ehtiyacı olduqda uzun müddət qalmış suyun boşaldılması 30 dəqiqəyə çata bilər.

Nümunələrın seçilməsi zamanı çöküntü bulandırılmasına yol verilməməlidir.

Nümunələrın istifadəsi kranlarından seçilməsi nümunələri seçilməsi evlərin daxili su kəmərləri şəbəkə kranların çıxışında aparılır.

Istifadəçi kranından nümunələrın seçilməsi seçmədən qabaq suyun boşaldılma müddəti nümunələrın seçilməsinin məqsədindən asılıdır. Əgər nümunələr seçilməsinin məqsədi suda olan təsirin qiymətləndirilməsidirsə, onda nümunələrı suyu qabaqcadan seçmək lazımdır. Digər məqsədlər üçün isə tarazlıq şəraitini qurmağa nümunələrın seçilməsindən qabaq suyun əvvəlcədən boşaldılması 3 dəqiqə kifayətdir.

Nümunənin mikrobioloji göstəricilərini müəyyən etmək üçün seçilməsi zamanı metal kranlar əvvəlcədən bişmə yolu ilə strilizə edilməlidir, plasmas kranlar isə dezinfeksiya edilməlidir və kranı tam açıq qoyub 10 dəqiqədən az olmadan suyu boşaltmaq lazımdır. Həcmdə çəkilmiş, eləcə də qatarlarda, təyyarələrdə, gəmilərdə saxlanması üçün ayrılmış böyük konterynlərə tökülən su nümunələrinin seçilməsi su konteynlərdəki su nümunələrinin rezervuardakı seçilməsi su nümunələrin seçilməsi tələbləri ilə uyğun baş verir.

Su nümunələrin içki və qida məhsullarının hazırlanması üçün seçilməsi. Burada nümunələrin götürülməsi texnoloji proseslərin sabitliyinin nəzarəti prosesindəki kimi baş verir.

Nümunələrin su keyfiyyətinin kimya-analitik və radioloji nəzarəti üçün seçilməsi. Nümunələr kip bağlanan probkalı kimyəvi davamlı şüşədən hazırlanmış həcmlərdə seçilir.

Nümunələrin seçilməsi üçün istifadə olan həcmlər seçmə prosesindən qabaq analiz lazım olan su ilə 2 dəfə az olmadan yaxalanır və həmin su ilə ağzına qədər həcm doldurulur.

Nümunələri həcmdə saxlamaq üçün seçdikdə həcmin ağzından bir az su boşaldılmalıdır ki, probkanın altında hava qatı qalsın və nəqliyyat zamanı probka islanmasın. Müəyyən dərinlikdə olan nümunələrin seçilməsi üçün müxtəlif konstruksiyalı xüsusi nümunəkagötürən cihazlardan istifadə edilir. Bu cihazların əsas hissəsi iki tərəfi buraxıcı qurğu ilə fiksə edilmiş qabaqla başlanmış (plasmas, metallik) silindrik qabdır. Buraxıcı qurğular köməkçi tros və ya yük zərbəsi vasitəsilə hərəkətə gəlir. Qapağı açıq vəziyyətdə fiksə edilmiş qab lazım olan dərinlikdə suya salınır. Həmin dərinliyə çatdıqdan sonra qapaqlar buraxıcı qurğu vasitəsilə bağlanır və qab suyun üzünə qaldırılır. Nümunəni buraxma kranından böyük butulkaya tökülür. Nümunəgötürən cihazı eyni zamanda termometrlə təchiz etmək olar.

Ən çox yayılmış nümunəgötürənlər (babometr). Butulka – batometr ГР-16 litrlik uzun müddət 4m-ə qədər axından doldurulmuş ölçülmüş su nümunələrini götürmək üçün metal başlıqlı litrlik şüşə butulkadır.



  • Moleanov batometri ГР-18 – temperaturla eyni zamanda ölçülərək su nümunələrini götürmək üçün nəzərdə tutulmuşdur.

  • БП-1 batometri – kiçik qabaritli, portativ 10m-ə qədər dərinlikdən hiddətlənməmiş qatıda su nümunəsinin götürülməsi üçündür.

- qradiyent barometr BГ-5x1-eyni zamanda bir neçə yerdən (5 ədədə qədər) bir-birindən istənilən masafədə 2...3m parçasında olan hiddətlənməmiş qabdan su nümunələrinin götürülməsi üçün nəzərdə tutulmuşdur.

- stanqlı barometr – su nümunənin çətin yerlərdən götürülməsi üçün nəzərdə tutulmuşdur. (stanqla kompleksləşdirilmiş (5m) cihazdır.

CП-2 su nümunəgötürücü – təbii və çirkab tərkibində duz, neft məhsulları və s. çirkləndirici maddələrin olub-olmamasına görə nümunələrin götürülməsi üçün nəzərdə tutulmuşdur.

Nümunəgötürücü cihazlara ümumi tələblər aşağıdakılardır:

- nümunəgötürən cihazlar probkalı qabın germetikliyini təmin etməlidir;

- nümunəgötürən cihazın materialı kimyəvi davamlı olmalı və qabın içində olduğu vaxtı seçilmiş nümunənin tərkibin dəyişmısi imkanı istisna edilməlidir.

Bəzi maddələrin müəyyən edilməsi üçün butulkanın içindən çıxan atmosfer hava ilə olan əlaqədən seçmə zamanı nümunənin qorunulması vacibdir. Bunun üçün xüsusi qarmaq istifadə olunur. Rezin qapağın içinə iki şüşə trubkaları taxılmışdır. Biri böyük turubkanın dibinə çatır, digəri isə qabağ tərəfə. Belə qarmaqla butulka içinə hava girmədən bərabər şəkildə su ilə doldurulur. Seçilmiş nümunəni qarmaqlı butulkadan siton trubka (rezin şlanq) vasitəsilə saxlama qabına tökülür.

Itiaxan çaylardan, kiçik göllərdən və ya dibin özündən nümunə götürüldükdə üfiqi konfiqurasiyalı nümunəgötürücülərdən istifadə edilir.

Dib çöküntülərdən nümunə götürülməsi üçün bu nümunəgötürücü sistemlərdə işlədilir. Dib götürücüləri, draqlar, müxtəlif konstruksiyalı trubkalar. Su obyektini dərinliyi dib çöküntülərin xarakter və xüsusiyyətlərindən asılı olaraq əl və ya mexanikləşdirmə üsulları tətbiq edilir. Dəniz, eləcə də kiçik göl buzlarından üzvi və qeyri-üzvi çirkləndirici maddələrin müəyyən edilməsi üçün nümunə götürülmə dövrəsi qol buru ilə aparılır. Atmosfer yağıntılardan nümunə götürmə qol və atmosfer üsullarla aparılır. Qol üsulunda yağıntılar olduğu dövründə quraşdırılmış qurğulardan istifadə olunur. Nümunənin avtomatik götürülməsi zamanı istifadə olunan qurğunun yağıntılar başlanan dövrü yığıcı həcm üzərində qapağı avtomatik açılır və yağıntı qurtardığı zaman bağlanır. Nümunələrın saxlanmasına görə yığılma həcmi və qablar kimi kimyəvidavamlı materiallardan olan qablar istifadə olunur, məsələn, politilen.
3.2. Nümunələrın saxlanması üçün hazırlıq. Nümunələrın nəqli
Qısa müddətdə dəyişən çirklənmə göstəricilərinin (məsələn, temperatur, pH, həll edilmiş oksigen) götürülmə vaxtı bilavasitə nümunə götürüldükdən sonra müəyyən edilməlidir.

Bir sıra hallarda nümunələrin ayrılması zəruridir. Bu əməliyyat nümunə götürülən zaman keçirilməli və ekstratları laboratoriyaya göndərilməlidir. Əgər bu mümkün deyilsə, onda biokimyəvi, kimyəvi və fiziki proseslərin ləngetməsini təmin edən ölçülər götürülməlidir. Belə bir tədbirlərdə biri kifayət qədər olmasa da, qablar düzgün doldurulmalıdır. Qabla elə doldurulmalıdr ki, heç bir qədər hava qalmasın. Bu üsul nümunələrın nəqletmə zamanı çalxalanmadan qoruyur və rəngin dəyişməsi, dəmirin turşuması, karbonat çökməsi kimi proseslərin qarşısını alır.

Nümunələrı saxlamanın ən effektiv və geniş tətbiq olunan üsullarından biri onların soyudulması və dondurulmasıdır. Soyudulma 2...50C temperatura qədər olmalıdır, nümunələr qaranlıq yerdə saxlanılmalıdır. Amma bu üsul yalnız nümunələrin laboratoriyaya göndərilməsi zamanı və müayinədən qabaq kişik müddətdə istifadə olunur. Nümunələrin dərin dondırılması (-200c qədər) saxlama dövrünün çoxalmasına imkan verir. Bir çox komponentlər üçün ümumi tərkibdə (uçucu birləşmələr, silekatlar və duzların olması) qəbul olunmur.

Su nümunələrinin saxlanması üçün konservləşdirmə münasibdir. Amma yadda saxlamaq lazımdır ki, konservləşmiş nümunələr mümkün qədər qısa müddətdə təhlil edilməlidir.

Universal konservləşdirici maddə mövcud deyil. Bu məqsəd üçün ən çox turğu, qələvi və ya üzvi həlledicilərdən istifadə edilir, sonralar isə bunlar ekstragent kimi tətbiq olunur.

Nümunələrin nəql edilməsi xüsusi taralarda həyata keçirilməlidir. Hansı ki, qabların qırılması və tökülməsi imkanını istisna edilir. Bu məqsədlə hər nümunə üçün dəlikləri yumşaq materialla örtülmüş taxta yeşiklərdən istifadə olunmalıdır. Nümunələr qısa müddət də nəql edilməlidir.

Su nümunələrının götürülməsi zamanı bütün məlumat cədvəl 3.3 şəklində tərtib edilməlidir.

Cədvəl 3.1

Nümunələrın götürülməsi zamanı məlumatları qeydə alma forması

Nazirlik (idarə)




Kötük (talon)№




Göl (axın)




stansiya (post)

Nümunə götürmənin vaxtı və tarixi




suyun xərci

m/s

Suyun səviyyəsi, m




axın surəti

m/s

Nümunənin götürülmə yeri ______

(çərçivə, sol sahildən çayın məsafəsi)



nümunənin götürülmə dərilnliyi, m


Nümunənin növü: nöqtəvi cəmləşmiş

nümunəgötürənin növü

Nümunənin ümumi həcmi, dm3

Suyun fiziki xassələri

Qoxu




ballar

Temperatur

0C

Rəngi




dərəcəli

şəffaflılığı

cm

Oksidləşmə-bərpa potensialı (Eh)




mB

Hidrogen göstəricisi (pH)




Koloremetrik üsul üçün

Indikator




Şkala verilənləri




Bufer temperaturu

0C


3.3. Su obyektlərinin çirklənməsinin nəzarət üsulları
Su obyektlərinin çirklənməsinin nəzarət üsulları hava mühitinin çirklənməsinin nəzarət üsullarından daha müxtəlifdir, çünki su keyfiyyətinin nəzarəti göstəricilərin müxtəlif qrupları üzrə keçirilir. Eyni zamanda qeyd etmək lazımdır ki, hava, eləcə də su mühitlərin kimyəvi analizinin yayılmış üsulalrı bir-birinə çox bənzəyir, çünki bunlar maye fazanın analizinin tətbiqinə yönəlmişdir. Bir qayda olaraq qaz mühiti tərkibinin tədqiqatları təhlil edilən inqrediyentlərin maye uducu (absorbent) ilə ilkin absorbsiyasından sonra götürülür.

Hava nümunələrindən fərqli olaraq təbii və istehsal suların tərkibinin nəzarəti üçün maye xromatoqrafiya, atom emissiya, spektrofotometriyası istifadə edilir. Suyun kimyəvi kəmiyyət təhlili (analizi) üçün müxtəlif standart nümunələr istifadə olunur.

Maddə (material) tərkibinin standart nümunələri – kəmiyyətlərin qiymətləri qurulmuş maddədə müəyyən komponentlərin miqdarını xarakterizə edən müəyyən edilmiş qiymətləri olan kəmiyyəti ilə standart nümunədir.

Maddələrin (materilalların) xassələrinin standart nümunələri (SN) – maddənin fiziki, kimyəvi, bioloji və başqa xassələrini xarakterizə edən müəyyən qiymətin kəmiyyəti olan standart nümunədir.

Vahid ölçülərin təmini sistemlərində tətbiqi üçün SM:


  • Ölçü vahidlərinin yoxlanması, kalibrləşmə, dərəcələrə bölməsi, eləcə də onların sınaq zamanı metroloji xarakteristikalarının nəzarəti üçün;

  • ölçülərin yerinə yetirilməsi üsullarının metroloji attestasiyası üçün;

  • ölçülərin yerinə yetirilməsi üsullarının təbiqi proseslərində xətaların nəzarəti, metroloji nəzarətin başqa növlərinə nəzarəti üçün təmin edilməlidir.

Tətbiq sahələri və təsdiq səviyyəsinə görə SN aşağıdakı kateqoriyalara bölünür:

  • dövlətarası;

  • dövlət;

  • müəyyən sahələrə aid olan;

  • təşkilat (müəssisə) SM-ləri.

SN aşağıdakı metroloji xarakteristikaları olan sənədi var:

  • SN-nin attestasiya edilən xarakteristikasının qiyməti (mənası);

  • Həmcins olmayan materialdan (maddədən) SN-nin xətası;

  • SN-nin nüsxəsinin yararlıq müddəti.

NƏTİCƏ
Təbii və eləcə də çirkab sular qarışıqlarının tərkibi təmizləmə üsulunun seçməsində həlledici əhəmiyyətə malikdir. Bütün çirkab sular çirkləndirici tərkibinə, hovuzlara və orda olan canlı orqanizmlərə təsir xüsusiyyətlərinə görə dörd qrupa bölünürlər:

Birinci qrupa sulfat turşusu, soda, qara metallurgiya zavodlarının, maşınqarırma müəssisələrinin və s. çirkab suları aiddir.

Ikinci qrup çirkab suları (spesifik zəhərli xassəsi olamayan) kömürü zənginləşdirici fabriklər, kvars və manqan filizləri zənginlədirici fabriklər və s. tərəfindən tullanır.

Üçüncü qrupa maya, pivə, kartof nişastası zavodlarının çirkab suları aid edilir.

Nümunənin götürülmə yerini seçərkən təhlükəsizlik məsələsinə fikir verilməlidir, yəni nümunənin götürülməsi həyat üçün təhlükəli olmamalıdır. Nümunənin götürülməsi məsələlərini proqramların tərkibi müəyyən edir.

Proqramların bütün növlərinə xarakterik parametrlərin, onların təhlil üsullarının siyahısı və nümunə götürülmənin proqramı (nümunəgötürmə punktlarının yerləşdiyi məkanlar, nümunəgötürmənin periodikliyi, nümunələrın növləri, nümunəgötürmə üsulları, nümunəgötürmə qurğuları, nümunələrın emal üsulları) daxil olunmalıdır.

Əksər su axınlarında məcburi proqram üzrə müşahidələr ildə 7 dəfə keçirilir: daşqın zamanı – suyun qalxdığı yerdə pikdə və suyun enməsi yerdə, yayın ortasında - ən kiçik yağış daşqını zamanı; payızda buz örtüyündən qabaq, qışın ortasında.

Su nümunələrı - tərkib və xassələrin tədqiqi üçün seçilmiş suyum müəyyən həcmidir.

Su nümunəsinin məqsədi – tədqiq edilən suyun keyfiyyətini əks etdirən diskret nümunənin əldə edilməsidir.

Nümunələrin götürülməsi zamanı texniki vasitələrin seçilməsi yerli şəraitlə təyin edilir. Ən çox nümunələrin körpülərdən götürülməsi tətbiq edilir. Nümunələrin gəmilərdən götürülməsi elastik seçmə formasıdır, çünki çayın uzununa və ya eninə kəsiyin istənilən nöqtəsində həyata keçirilə bilər. Nümunələrin sahildən (qurudan) seçilməsi başqa imkanların olmadığı halda tətbiq edilməlidir. Nümunəni iti axın və ya çayın xarici sahilindən (burada su dərin və surətlidir) götürmək məsləhətdir.

Nümunələrın seçilməsi paylaşdırıcı şəbəkənin müxtəlif yerlərindən girişdə olan suyun istifadəçiyə çatmamış baş verir. Nümunələrın su ilə birləşmiş hidrantlarda seçilməsi zamanı dezinfektanın nümunənin tərkibində olmaması üçün bir neçə dəfə müayinə tədqiq edilən su ilə yaxalanıb təmizlənib dezinfeksiya edilməlidir. Suyu krana çatdıran ütürücünün uzunluğu mümkün qədər qısa olmalıdır.

Nümunənin mikrobioloji göstəricilərini müəyyən etmək üçün seçilməsi zamanı metal kranlar əvvəlcədən bişmə yolu ilə strilizə edilməlidir, plasmas kranlar isə dezinfeksiya edilməlidir və kranı tam açıq qoyub 10 dəqiqədən az olmadan suyu boşaltmaq lazımdır. Nümunələrı saxlamanın ən effektiv və geniş tətbiq olunan üsullarından biri onların soyudulması və dondurulmasıdır.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə