Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə institutudur.
NƏTİCƏ
Xarici valyutalarla əməliyyatlar aparmaq sahəsində lisenziyaya malik olan milli kommersiya bankları vasitəsilə maliyyə biznesinin bütün subyektləri valyuta əməliyyatları həyata keçirirlər. Valyuta lisenziyası olmayan digər banklar, həmçinin dilinq şirkətləri və broker firmaları öz valyuta əməliyyatllarını iri kommersiya banklarının vasitəsi ilə aparırlar, demək olar ki, tabeçilik rolu oynayırlar. Banklararası valyuta bazarı kommersiya banklarının kommersiya və istehsalat müştəriləri adlanan hüquqi şəxslərin pul öhdəliklərinin ödənilməsilə əlaqədar bütün ödəmə dövriyyəsinə xidmət edir.
ƏDƏBİYYAT
Kazımlı X.H.,Bayramov Q.S.,Sadıdıqov B.S
Quliyev İ.Q,Hümbətova S.İ,Məmmədov İ.N
BBU Makroiqtisadiyyat
https..//az.vikipedia.org
M.C Atakişiyev,H.M Abbasov,N.H Abbasova
Dostları ilə paylaş: |