Referat tələbə Əli Əliyev Elmi Rəhbər dos. Babayev Turqan Bakı -2021 plan giriş



Yüklə 26,24 Kb.
səhifə3/12
tarix18.02.2022
ölçüsü26,24 Kb.
#114583
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   12
Əli Əliyev makroiqtisadiyyat

Valyuta bazarı

Dünya ölkələri arasında təsərrüfat əlaqələrinin daim genişlənməsi beynəlxalq valyuta sisteminin inkişafı və təkmilləşdirilməsinə təsir göstərir.1944-cü ildə Beynəlxalq Valyuta Fondunun (BVF) yaradılması, Avropa Valyuta sisteminin təşkil edilməsi dünya ölkələrinin nüfuzlu valyutalarının konvertləşdirilməsi prosesində mövcud olan çətinlikləri aradan qaldırdı. Hazırda dünya ölkələri milli valyutalarla yanaşı beynəlxalq əməliyyatlarda kollektiv valyutalardan da istifadə edirlər. Kollektiv valyuta (EKYI) 1979-cu ildən Avropa iqtisadi birliyinə daxil olan ölkələr arasında hesablama pul vahidi kimi fəaliyyət göstərir.Beynəlxalq valyuta bazarında valyuta məzənnəsi formalaşır. Valyuta məzənnəsi (kursu) dedikdə bir ölkənin pul vahidinin digər ölkələrin pul vahidlərində ifadə olunmuş qiyməti nəzərdə tutulur. Valyuta məzənnəsi müxtəlif amillərin valyuta bazarına təsirindən asılı olaraq dəyişir. Valyuta bazarında valyuta kursu müəyyən edilərkən dünya bankının metodikası əsas götürülür. Yəni bu metodikaya görə 15 adda məhsulun hər iki ölkədə satış qiymətləri müqayisə olunur və onun əsasında valyuta kursu müəyyən edilir. 15 adda məhsulların adları dünya təcrübəsinə əsasən qəbul olunur və onların adları dəyişdirilir.Ümumdünya təsərrüfatı sisteminin formalaşmasına uyğun olaraq beynəlxalq valyuta sisteminin inkişafının dörd mərhələsi vardır. Birinci mərhələsi XIX-XX əsrlərdə kortəbii surətdə qərarlaşan «qızıl standart» valyuta sistemidir. Bu dövrdə beynəlxalq valyuta-kredit sistemində mərkəzi yeri qızıl tuturdu.Qızılın nadir (nəcib) metal olması, tədavüldə hərəkətinin çətinlik törətməsi, pul kütləsinin azalması və s. amillərlə bağlı olaraq kağız pulların dövriyyəyə buraxılması obyektiv zərurətə çevrildi.Beynəlxalq valyuta sisteminin ikinci mərhələsi XX əsrin 30-cu illərindən başlayaraq 50-60-cı illərdə başa çatmışdır.Bu sistemin Bretton-Vuds valyuta sistemi (tənzimlənən valyuta məzənnəsi) adlanır. 1944-cü ildə dünya ölkələrinin beynəlxalq valyuta sisteminin tənzimləmək məqsədilə ABŞ-ın Bretton-Vuds şəhərində beynəlxalq konfrans keçirilmişdir. Konfransda köhnə sistemin üstünlüklərini saxlamaq yolu ilə nəzərə çarpan çatışmazlıqları aradan qaldırmaq haqqında qərar qəbul olunmuşdur. Bu sistemə əsasən ABŞ dolları və ingilis funt sterlinqi beynəlxalq ödəniş vasitəsi kimi qəbul edildi, ehtiyat valyutanın qızılla rəsmi məzənnəsi müəyyən edildi. Bretton-Vuds Konfransının qərarı ilə Beynəlxalq Valyuta Fondu (BVF) yaradıldı və kapitalist ölkələri arasında valyuta məzənnələrini tənzimləməklə məşğul olmağa başladı. ABŞ dolları qızıla və başqa ölkələrin milli valyutaları ilə mübadilə olunmaq funksiyasına malik oldu. Bretton-Vuds valyuta sistemi ABŞ iqtisadiyyatında bir sıra geriləmələrə səbəb oldu. Xüsusilə, 50-60-cı illərdə ABŞ-ın tədiyyə balansı mənfi soldaya malik olmuş, xarici nümayəndələrin daha çox dollara malik olması ABŞ qızılının başqa ölkələrə axmasına səbəb olmuşdur\ Beləliklə, 1971- 1973-cü illərdə tənzimlənən valyuta məzənnəsi sistemi tamamilə dağıldı.





  1. Yüklə 26,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin