Valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya limitləşdirilməsi nəzərdə tutulur.
Diskont siyasəti-Mərkəzi bank tərəfindən kreditlər üçün ssuda kapitalının tələb və təklifinin tənzimlənməsi məqsədli faiz dərəcələrinin azalmazı və artması ilə müşayiət olunan uçot pul-kredit siyasəti. Faiz dərəcəsini artırmaqla Mərkəzi bank kredit pulu üzrə tələbin azalmasına təsir göstərir, azaltmaqla isə tələbi fəallaşdırır. Milli valyutanın məzənnəsini tənzimləmək məqsədilə Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün xarici valyuta ehtiyatlarından istifadə edir.