Valyuta məhdudiyyətləri - Valyuta məhdudiyyətləri valyuta dəyərləri ilə bağlı əməliyyatlarda qadağalar, limitləşmə, nizama salma, ləngimə və ya onların sərəncamları şəklində istifadə olunur. Valyuta nəzarətinin və valyuta məhdudiyyətlərinin əsas məqsədləri kimi aşağıdakıları göstərmək olar:
iqtisadi təhlükəsizliyin təmin edilməsi;
xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması;
ölkənin valyuta ehtiyatlarının formalaşması;
ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi.
Valyuta məhdudiyyətləri aşağıdakı faktorların nəzərə alınması ilə tətbiq olunur:
ölkənin iqtisadi inkişaf səviyyəsinin və onun valyuta bazarının nəzərə alınması;
Valyuta nəzarətinin əsas tələbi valyuta qanunvericiliyinə riayət olunmasıdır. Bu qanunvericilik, bir qayda olaraq, kapitalın hərəkəti ilə əlaqədar olan (ödəniş balansının strukturu üzrə) əməliyyatların və cari əməliyyatların yerinə yetirilməsinə nəzarət üzrə tədbirlər kompleksini nəzərdə tutur. Valyuta nəzarətinin və valyuta məhdudiyyətlərinin formaları uyğun olaraq bu əlamətə görə cari (mal sövdələşmələri və «görünməz» sövdələşmələr) və maliyyə (kapitalın ixracı, idxalı və neytral sövdələşmələr) formalarına bölünürlər.