Sərfəli sazişlər mədəniyyəti orta və yüksək dərəcədə maliyyə riskli müvəffəqiyyətli müəssisənin tez əks əlaqəli olması ilə xarakterizə edilir. Bu növ mədəniyyətə qiymətli kağızlarla, ödəmə vəsaitlərlə, xammalla və ilaxır sərfəli sazişlər edildikdə rast gəlinir. Bu mədəniyyətin elementlərinə moda, kosmetika, peşəkar idman, reklamlar və riskli müəssisələrlə maliyyələşmə sahələrində rast gəlinir.
Investisiya mədəniyyəti əsasən istehsalatda xüsusən də yanacaq sahələrində və istehsalat vasitlərinin istehsalında , tikintidə, investisiya banklarında və s. özünü göstərir.
Mədəniyyətin bu növü gələcəyə olan açıq-aydın orientasiyaya malik olması ilə xarakterizə olunur. Burada yüksək dərəəcli risk şəraitindən iri sərmayə qoyuuşu həyata keçirilir. Bu sahənin işçiləri diqqətli ,ehtiyatlı , səbirli və dözümlü olurlar. Işçilər tez-tez ünsiyyətdə olurlar, bütün aspektləri detallarına qədər müzakirə edirlər. Birgə iclaslarda hamı nəzakətli, xoşrəftarlı olurlar, belə ki, bir-birindən asılı olduqları hamıya aydındır.
Sahibkarlıq mədəniyyətinin əsas prinsiplərini götürək-ümumiləşdirilmiş təsəvvür onları nəzərə alana imkan verir ki, öz davranışlarını nəyəsə münasibətlərini, öz hərəkətlərini düzgün formalaşdırsınlar. Bunlar aşağıdakılardır:
Əsas və ya qızıl standart
Kim tərəfindən və ya harada yol verilməsindən asılı olmayaraq etik səhvləri düzəltmək.
Xidməti fəaliyyət üçün lazimi resursları əməkdaşlara verilməsində ədaləti təmin etmək.
Işgüzar münasibətlərin işləməsində və qərarların qəbul edilməsində bir əsas kimi fərdi və kollektiv mənşəyə riayət etmək.
əməkdaşın xidməti davranışı və hərəkətini etik saymağı təşkilatın və ya şöbənin mənəvi nöqteyi – nəzərdən inkişafına təkan verən və ya heç olmasa etik normaları pozmayan hallarda.
Tabeçiliyindəklərə qarşı heç vaxt güc tətbiq edilməsinə yol verməmək.
Işgüzar məsələlərin həllində öz fikrini söyləməkdən çəkinməmək.
Istehlakçıya, kollektivə, əməkdaşa təsir edərkən ola biləcək qarşılıqlı əks təsiri nəzərə almaq.
Təşkilatda etik standartları yalnız rəhbərliyin və işçilərin köməyi ilə tətbiq və istifadə etmək.
Münaqişəsizliyə can atmaq.
Digərlərinin azadlığını məhdudlaşdırmayan azadlığa yol vermək.
Etibara görə avans vermək , o cümlədən əməkdaşın səlahiyyətlərinə və onun məsuliyyət hissəsinə görə.
Tək özün etik davranmamalı, həm də həmkarlarının davranışlarına təsir etməlisən.
Rəqibini tənqid etməmək.
ədəbiyyat siyahısı
V.Niftullayev. “ Sahibkarığın əsasları”
Qasımov.F.H., Qasımova .L.F.”Sahibkarlığın əsasları”
Dostları ilə paylaş: |