Proqramla bağlı layihə ərəfəsindəki işlərin və hazırlıq mərhələlərinin genişləndirilməsi
Layihənin iştirakçıları , onun icraçıları arasında risklərin bölüşdürülməsi
Sığorta ilə bağlı məsələlərin vaxtında yerinə yetirilməsi
Gözlənilməz risklərin aradan qaldırılması üçün vəsait ehtiyatının hazırlanması və s.
Sahibkarlıq təcrübəsində risklərin aşağıdakı növləri formalaşır: maliyyə (kredit), investisiya və bazar. Istehsal riskləri məhsul istehsalı və satışı , istehsal fəaliyyətinin hər hansı növünün həyata keçirilməsi ilə bağlıdır. Risklərin bu növünə məhsul istehsalı və satışının həcminin ixtisar edilməsi , planda nəzərdə tutulmuş maddi və əmlak məsuliyyətinin yüksəldilməsi, qiymətlərin aşağı düşməsi və s. olduqca əhəmiyyətli təsir edir.
Kommersiya riskləri məhsulun satışı və xidmətləin göstərilməsi prosesində yaradılır. Kommersiya risklərinə təsir edən mühüm faktorlara aşağıdakıları göstərmək olar ki, onlara da kommersiya əməliyyatları zamanı nəzərə almaq zəruridir.
Maliyyə riskləri maliyyə sahibkarlığının həyata keçirilməsi və ya maliyyə (pul) əməliyyatları zamanı tərəflərdən birinin ödəniş qabiliyyətinin olmaması valyuta əməliyyatlrının məhdudlaşdırılması da nəzərə alınmalıdır.
Investisiya risklərinin ən mühüm xüsusiyyətlərindən biri cəlb edilmiş qiymərli kağızlardan ibarət investisiya –maliyyə portfelinin qiymətdən düşməsidir.
Bazar riskləri isə bazarda faiz dərəcəsinin , milli pul vahidinin və ya valyutanın xarici kurslarının ayrı-ayrılıqda mümkün olan tərəddüdləri ilə əlaqədardır. Bu faktorların təsiri eyni zamanda baş verə bilər.
Sahibkarlıq risklərinin hər bir növü əməliyyatların iştirakından daha çox asılıdır. Layihələrin həyata keçirilməsi zamanı potensial partnyorların iştirakının məqsədəuyğunluğu ilə bağlı qərarların qəbul edilməsi üçün təhlili aparılır.
Dostları ilə paylaş: |