Referati 2023 Mündəricat Xülasə Giriş Əsas hissə


Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı



Yüklə 55,43 Kb.
səhifə3/5
tarix09.12.2023
ölçüsü55,43 Kb.
#138516
növüReferat
1   2   3   4   5
Hüseynova Münəvvər

Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı

Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin potensialının səmərəli istifadəsi üçün Tədbirlər planı hazırlanır. Tədbirlər planı yüksək Günəş və külək enerjisi potensialı olan rayonlarda ölçü-müşahidə stansiyalarının qurulması, eləcə də bərpa olunan enerji potensialının dəqiq hesablanması üzrə işləri əhatə edir. Hazırda azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyalarının bərpası və inventarlaşması üzrə işlər başlayıb.Tərtər və Həkəri çaylarının su ehtiyatları işğalçılar tərəfindən hər hansı ekoloji normaya əməl olunmadan istismar edilirdi.nƏldə olunan enerjinin bir hissəsi Ermənistana nəql edilirdi. Amma 44 günlük müharibədən sonra ermənilər atəşkəs rejimindən istifadə edərək kiçik su elektrik stansiyalarını söküb və avadanılqları məhv ediblər. Həmin stansiyaların ümumi gücü 140 meqavatt səviyəsində qiymətləndirilir və onların tikintisi Azərbaycanın ekoloji təmiz enerji ilə təmin olunması xüsusi töhfə verəcək.



Qarabağda “yaşıl enerji” zonası


Qarabağ və Şərqi Zəngəzurun enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə edilməsinin və enerji dəyər zənciri mərhələlərində ekoloji təmiz, enerjisəmərəli, müasir və innovativ texnologiyaların tətbiqinin nəzərdə tutulduğu bildirilib. Enerji tələbatı və təchizatı ssenarisinin müəyyən edilməsi məqsədilə konsepsiya çərçivəsində 3 ssenari üzrə təhlillər aparıldığı vurğulanıb.
Qeyd edək ki, Qarabağda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar konsepsiya və baş planının hazırlanması üçün Yaponiyanın “TEPSCO” şirkəti cəlb edilib.
Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycanın enerji sektorunun sahəvi təhlilini qeyd etmək olar.
3 may 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar işlərin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən Energetika Nazirliyinə 1 milyon 391,04 min ABŞ dolları ayrılıb.



Yüklə 55,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin