Tədqiqatın informasiya bazası və işlənməsi metodları – tədqiqatın informasiya bazasını mövcud elmi, pedaqoji-psixoloji, metodiki tədqiqat və qabaqcıl müəllimlərin iş təcrübəsi təşkil edir. Tədqiqatın metodoloji əsasını elmi idrakda nəzəriyyə ilə praktikanın dialektik vəhdəti və vahidlik prinsipi təşkil edir.
Tədqiqatın elmi yeniliyi – tədqiqatın elmi yeniliyini aşağıdakı kimi xarakterizə etmək olar?
Praktik məsələ anlayışının mahiyyəti məntiqi baxımdan açıqlanır və onun ümumi riyazi məsələ anlayışı ilə ümumi və spesifik cəhətləri qabarıq şəkildə aşkar edilir.
Praktik məzmunlu məsələlərin didaktik fuksiyaları, pedaqoji mahiyyəti və həll üsulları haqqında yeni metodiki yanaşmalar təklif edir.
Praktik məzmunlu məsələ tipləri seçilir və onlar üçün xüsusi həll metodları təklif edilir. Belə çalışmalar sistemi hazırlanır.