Filippin plitəsi Sakit okeanın kənar dənizləri içərisində ən böyüyü olan Flippin dənizi sahəsinə müvafiq gəlir. Onun qərb və şərq hissələrində okean tipli yer qabığının səthi müəyyən qədər enməyə
məruz qalmışdır. Burada dərinlik 5 km- dən artıq deyildir. Plitənin şərq kənarı qalxmaya məruz qalmışdır. Plitənin geniş sahəsində yer qabığı okean tipli quruluşa malikdir. O bir növ Avroasiya və Sakit okean plitələri ilə əhatəyə alınmışdır.
QİTƏ MASSİVLƏRİNİN
İRİ STRUKTUR ELEMENTLƏRİ Qitə massivləri yer qabığının müsbətən iri strukturlarına aid edilir. Bu massivlər yer səthində qeyri bərabər paylanmış və yer qabığının şərq və şimal yarımkürələrində müəyyən qədər enməyə məruz qalmışlar. Bu əlamətlərə əsaslanaraq bir sıra tədqiqatçılar yerin desimmetriyasından bəhs edirlər. Qitə massivlərinə Şimali Amerika, Cənubi Ameri-ka, Afrika, Avroasiya, Avstraliya və Antarktida qitələrnin quru sahələri aid edilir.