Şərqi Avropa platforması Rusiya federasi-yasının şimali- qərbində Norveç kalidonidləri ilə məhdudlanır. Cənubi- qərbdə və cənubda Skif, cənubi- şərqdə isə Turan plitəsinin kənarlarına söykənir. Qərbdə onun sərhədləri şimali- cənub istiqamətində Polşa və Ruminiya içərilərindən keçir. Platformanın cənub sərhəddi isə Rumıniyanın Dobruci şəhərindən başlayan və Ukraynanın Karkitinsk rayonunundan keçərək Rusiyanın Don çayı üzərindəki Rostov şəhərinə qədər uzanan qraben tipli dərinlik qırılmaları ilə təyin edilir.
Platformanın iri müsbət strukturları Ukrayna və Baltik qalxanları, mənfi strukturu isə Rus plitəsidir.
Rus plitəsinin qərb və şimali- qərb hissəsi uzun müddətli qalxmalar nəticəsində bir qədər qaldırıl-mışdır, cənubi- şərq hissəsi isə enməyə məruz qalmı-şdır. Burada böyük ərazini tutan Xəzəryani sinekliz yerləşir.
Platforma bünövəsinin kembriyəqədərki dövrdə svekoven qırışıqlıq mərhələsində formalaşdığı ehti-mal olunur. Nüvə geoxronologiyası məlumatlarına görə bünövrənin yaşı 1,7- 1,6 milyard ilə qədərdir. Bünövrə dərinlik çatları ilə çox sayda bloklara parşalanmışdır.
Platforma örtüyü iki kompleksə bölünür: alt və üst. Alt kompleks paleoproterozoy və mezopro-terozoy, üst kompleks isə neoproterozoy yaşlı çöküntü qatlarından ibarətdir. Örtüyün çöküntüləri bütün sahələrdə eyni yaşlı deyil. Onun kəsilişində demək olar ki, fanerozoyun bütün çöküntüləri iştirak edir.
Dostları ilə paylaş: |