Qondvana qrupu qədim platformalar
Qondvana qrupu platformalarına cənub kürrə-sində yerləşən beş platforma aid edilir: Cənubi Amerika, Afrika- Ərəbistan, Hindistan, Avstrali-ya və Antarktida. Hesab edilir ki, bu platformalar Mezozoyda Qondvana superplatformasının bütöv bir sahəsini təşkil etmişlər.
Cənubi Amerika platforması Cənubi Amerika materikinin əsas sahəsini əhatə edir və özünü Qond-
vananın Mezozoy erasında parçalanmaya məruz qalmış qərb fraqmenti kimi göstərir. O qərbdə Sakit okean hərəkətli- orogen qurşağının And dağları seq-menti ilə sərhədlənir.
Cənubi Amerika platforması bünövrənin yaşına görə iki hissəyə ayrılır: qərb- erkənkembriyə qədər və şərq- geckembriyə qədər yaşlı. Platforma bünövrəsinin qərb hissəsində yerləşın Amazon kratonu transamazon fazasında konsalidasiyaya uğramışdır.
Platformanın şərqində gec proterozoy qırışıqlı-ğının submeridian istiqamətində qədim masivləri ilə qeyd olunan Braziliya kratonu yerləşir. Şərq hissənin bünövrəsi olan qərb zona çökmə və vulkan- çökmə kompleksləri ilə qurulmuşdur. Burada çöküntülərin üst yaş həddi 1,4- 1,0 milyard il he-sablanır. Bünövrənin son konsolidasiyası kembridə
baş vermişdir. Bu vaxtda eyni zamanda platfor-manın bünövrəsi submeridional və suben istiqamətli çatlarla bloklara ayrılmışdır.
Platforma örtüyü bir neçə qapalı hövzələrdə silur- kaynazoy zaman kəsimində toplanmışdır. Amazon sineklizi sahəsində bünövrə çox dərinə
düşmüşdür və onu qərbdən şərqə doğru kəsir. Mezozoy- kaynozoy kompleksi adətən qeyri- uyğun yataraq qitə çöküntüləri ilə başlayır. Bəzi hallarda üst yura- alt təbaşirin vulkan mənşəli çöküntüləri ilə əmələ gətirilir.
Platformanın Parana sinklezində vulkan mənşə-li trapp kompleksləri mövcuddur. Burada onun qalınlığı 1,5 km- ə çatır. Üst təbaşir- kaynozoy kompleksləri okeanyani kənar çökəkliklərdə, və eləcədə And dağları yaxınlığında yayılmışdır. Platforma kompleksində qələvi və qələvi- ultraəsasi süxurların çox saylı massivləri məlumdur.
Dostları ilə paylaş: |