Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Afrika- Ərəbistan platforması



Yüklə 0,75 Mb.
səhifə24/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Afrika- Ərəbistan platforması. Bu nisbətən daha geniş ərazini tutan platformadır. Qondvana qru-

pu platformaları içərisində sahəsinə görə ən böyüyü hesab olunur. Afrika qitəsinin böyük hissəsini və Ərəbistan yarımadasını, eləcədə Madaqaskar adasını özündə birləşdirir. Bu platforma şimali- qərbdən Məqrib strukturlarının paleozoy qırışıqlıq sistemi ilə məhdudlanır. Şimalda və şimali- şərqdə Alp qırı-şıqlıq sisteminin kənar çökəklikləri ilə sərhədlənir.

Platformanın cənubunda Kanar dağlarının erkən kimmeriy strukturları zonaları qeyd olunur. Qərbdən, şərqdən, şimali- şərqdən platformaya Cənubi Atlantikanın, Hind okeanının və Aralıq dənizinin dərin su çökəklikləri söykənir. Platfor-manın şimalında Saxara plitəsi hüdudlarında plat-forma bünövrəsi böyük massivlərdə açılmışdır. Cənubda bünövrə iki istiqamətdə uzanan meridional zolaq şəklində şaxələnən çökəkliklər zonası kimi bir- birilə birləşir. Bunlar Konqo, Okovanqo, Kalaxari və Karru çökəklikləri zonasıdır. Platformanın kembriyə qədərki bünövrəsi izolə edilmiş ayrı- ayrı bloklardan təşkil olunub. Burada Cənub və Şərq tektonik vilayətləri ayrılır. Həmin vilayətlər yaşca bir- birin-dən fərqlənir. Platformanın quruluşunda protokra-tonlar xüsusi maraq kəsb edir. Arxey protokratonla-

rının bünövrəsi kəsilişində nisbətən qədim qneys və qranitoidlərin tonalitlərindən və digər qarışıqlardan ibarət olan və yaşı 3,5 miluyard ilə çatan çöküntü qatları qeyd olunur.

Platformanın qərb hissəsində bünövrə arxeydə konsolidasiyaya uğramışdır. Bu prosses erkən proterozoyda da davam etmişdir. Gec paleozoydan

başlayaraq örtüyün formalaşmasında yeni mərhələ qeyd olunur. Örtüyün şimalında iki en dairəsi hüdudlarında Şimali Saxara və Cənubi Saxara zonalarında bir sıra massivlər peyda olur. Platformanın cənubunda submeridian istiqamətində üst paleozoy yaşlı örtük formalaşmışdır ki, burada da bir- neçə çökəklik qeyd olunur. Platformanın inkişafında ən yeni mərhələ nəhəng Şərqi Afrika rift zonasının formalaşması hesab edilir.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin