Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə26/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Antarktida platforması eyni adlı qitənin şərq hissəsini tutur. Elə buna görədə bəzi ədəbiyyatlarda adı Şərqi Antarktida platforması kimi verilir. Platformanın əsas ərazisi qalın buzlaq örtüyü ilə basdırılmışdır. Bu platformada Qondvana qrupu platformalarına aid edilir. O qərbdə transantarktida

sisteminin qırışıqlıq tikililəri ilə sərhədlənir. Həmin qırışıqlıq tikililəri Avstraliyada mövcud olan dağ tikililərının strukturlarının davamı kimi qəbul edilır. Platforma örtüyü şimali- şərqə və cənubi- şərqdə Atlantik və Hind okeanlarının dərinsu çökəklikləri ilə yarılmışdır. Həmin sahədə xətti strukturlar qeyd olunur. Platformanın qərb sərhədləri boyu Trans-atlantik dağlarının xətti strukturları qeyd olunur. Qeyd olunan struktur kompleksləri kembri və ordovik dövrləri ərzində formalaşmışdır. Antarktida platformasının bünövrəsi əsasən kəskin metamor-fizmə məruz qalmış arxey kompleksləri ilə qurul-muşdır. Alt proterozoy qatları en dairəsi boyunca yerləşən istiqamətlənmiş zonaya aid edilir. Bunların süxurları metabazitlərlə, yaşıl gillərlə və s. qurulmuşdur. Kembriyəqədərin sonunda və paleozo-yun əvvəlində Antarktida platformasında qranitoid-lərin daxil olması ilə müşaiyət olunan tektonik termal aktivləşmə baş vermişdir. Platformanın paleozoy örtüyü özündə silur- devon, üst paleozoy və yura çöküntülərini cəmləşdirir.





Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin