Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Geoloji öyrənilmə tarixi haqqında



Yüklə 0,75 Mb.
səhifə3/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Geoloji öyrənilmə tarixi haqqında

İnsanlar üçün gərəkli olan dağ süxurları və minerallar haqqında biliklərin rüşeyimi çox- çox qədim zamanlara gedib çıxır. Arxeoloji tapıntılar gıstərir ki, qədimdə- paleolitdə ilk əvvəllər insanlar ov və əmək alətləri kimi bərk daşlardan istifadə edərək, həmin alətlərin hazırlanmasında xüsusi vərdişlərə yiyələnmişdilər. Bu zaman bir çox daş materiallarının (kvars daşları və s.) yayılması və


xassələri haqqında onlarda təsəvvürlər yaranmışdı. Daha sonralar insanlar mineral- xammalın müxtəlif növlərindən özləri üçün yaşayış yeri (koma) tikmək üçün və bədii yaradıcılıqda (daşlar üzərində şəkillər çəkmək üçün, rəngli daşları bər- bəzək kimi, daşlarda oyuq açmaq s.) istifadə etməyə başlamışdılar. Daha sonralar- neolitdə, mineral- xammalın tətbiq sahəsi daha da genişlənir və emal qaydaları daha da təkmilləşir.

İnsanlar tərəfindən mineral- xammalın istifadə-sində növbəti mühüm addım, metalların çıxarlması və istifadəyə başlanması olmuşdur. Belə ki, Azərbaycanda hələ eramızdan 2,5 min il əvvəl insanlar mis filizinin çıxarılması və emalı ilə məşğul olmuşlar. Bu dövrdə bürünc və digər lazımi ərintilər hazırlamaq üçün qurğuşun, sink, qalay, sürmədən istifadə etmişlər. Bununla yanaşı səpinti və digər şəkildə olan qızıldan bəzək işlərində istifadə edilmişdir. Orta Asiyada mis polimetal filizlərinin çıxarılması və əridilməsi eramızdan əvvəl ikinci minilliyə, dəmir filizinin istehsalı isə e.ə. birinci minilliyə təsadüf edir.

Daha sonralar filiz yataqlarının istifadəsi və primitiv metallurgiya Şimali Qafqazda, Ukraynada, Cənubi Uralda, Qazaxstanda, Altayda, Zabaykal və b. regionlardada peyda olur. Faydalı qazıntıların bu dövrdəki axtarışı, çıxarılması və emalı, onların coğrafi yayılması, tapılma şəraiti, tərkibi və xassələri haqqında olan məlumatlar bu sahədə biliklərin toplanmasına geniş imkan yaradır. Həmin dövrdəki mineroloji və ümumgeoloji səciyyəli qiymətli məlumatlar və maraqlı fikirlər XI əsrin alimi İbn- Sina (Avisenna) və bir çox digər şərq alimlərinin əsərlərində verilmişdir. Zaman keçdikcə xammala olan təlabat artır və bununla əlaqədar xüsusi geoloji işlərin aparılmasına zərurət yaranır. Artıq XVIII XIX əsrlərdə insan-lar bu məsələ ilə daha geniş məşğul olmağa başla-yırlar. Artıq XIX əsrin 20- 40- cı illərində mühən-dis- geoloqlar İngiltərənin, Fransanın, Belçikanın, Almaniyanın və Rusiyanın geoloji kəsilişlərinin paleontoloji göstəricilərinin öyrənilməsi əsasında paleozoyun, mezozoyun və kaynozoyun bütün stratiqrafiya bölgülərinin sxemini vermiş oldular. Buda, ilk sxematik geoloji xəritələrin tərtibi üçün geniş imkanlar yaratdı.


Zaman keçdikcə müxtəlif tədqiqat üsulları meydana gəlir, Yer kürrəsinin ayrı- ayrı rayonları üçün müxtəlif miqyaslı geoloji xəritələr tərtib olunur və yeni- yeni faydalı qazıntı yataqları kəşf olunur.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin