Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə33/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Ümumi geotektonika (nəzəri, dinamik, genetik) zaman və məkan daxilində tektonik hərəkətlərin baş

verməsini və bütün dərəcə­lərdən olan tektonik struk-turların əmələ gəl­mə­si qanunauyğunluqlarını nəzər-dən keçirir. O həmçinin yerin geoloji tarixində tektono­sferin təkamülü istiqamətlərini aydınlaşdırır.

Bundan başqa, geotektonikanın tektonofizika və tətbiqi tek­tonika bölmələri də vardır. Son illər geofizika və geotektonikanın tə­ma­sında yaranmış geodinamika bölməsi də meydana gəlmişdir. Bu bölmə geofiziki, riyazi və fiziki modelləşdirmə üsulları ilə ümumən yerin strukturlarının yenidən formalaşmasında endogen aktivliyi, eləcə də digər prosseslərin xüsusiyyətini və prosseslərin getmə qanuna­uyğunluqlarını modelləşdirir.

Keçən əsrdə (XX əsr) geodinamika və seysmo-­lo­giyanın təmasında seysmotektonika bölməsi əmələ gəlmişdir ki, buda hal- hazırda zəlzələlərin baş ver­məsinin tektonik şəraitini öyrənir.

Geotektonikanın praktiki əhəmiyyəti çox böyük-dür. Yer qabığında yerləşən elə bir fay­dalı qazıntı yatağı yoxdur ki, o tektonik prosseslə müşaiət olunmasın. Ona görə də tek­tonik xəritələrin tərtib edilməsi istənilən faydalı qazıntıların proqnozlaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir.

Bundan başqa, geotektonikanın məlu­mat­ları, xüsusən,- regional tektonikanın, neotekto­nikanın və seysmotektonikanın məlumatları ərazinin mü­həndi-si- geoloji rayonlaşdırması zamanı, yəni iri tikintilə-rin - su və atom elektrik stansiyalarının, böyük su ambarlarının və suvarma sistemlərinin qurulması və s. zamanı xüsusi əhəmiyyət kəsb edir.

Geotektonikaın tətbiqi geotektonika böl­mə­si, apa-rılan işlərin xüsusiyyətindən asılı ola­raq filiz, neft və qaz yataqlarının geotekto­ni­kası, mühəndisi geotektonika və s. elm sahələrinə bölü­nür.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin