Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə37/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Litosfer və astonosfer

Litosfer adı altında yer qabığı və üst mantiyanın cəmi başa düşülür. O üst hissədə elastik, alt hissədə isə elastik- plastik xüsusiyyətə malikdir. Bu yer qa-bığlnın üst qatında yerləşən nisbi kövrək pərdədir. Onun içərisində zəlzələ ocaqları yerləşən çox sayda parçalanmalar (çatlar) mövcuddur.

Astenosfer daha elastikdir və az özüllüdür. Əv-vəllər astenosfern mövcudluğu haqda olan fikirlərin söylənməsindən sonra, hesab edilirdi ki, onun xassə-ləri üfüqi olaraq az dəyişir, yatım meylliliyi ol­duq­ca dəyişkəndir, yatım dərinliyi okeanlar altında 100- 200 km- ə qədərdir. Ancaq sonralar məlum oldu ki, həqiqi mənzərə daha mürəkkəbdir. O Şərqi Sakit-okean qalxıntısı al­tında aralıq- okean silsilələrinin tavan hissə­sində rift zonaları altında 2- 3 km dərin-likdə yer­ləşir.

Okeanların kənarına doğru getdikcə astenosfe-rin ya­tım dərinliyi 80-100 km- ə qədər artır. Qitələ-rin struktur elementi olan platformalar altında daha


dərində, (xüsusən qalxanlar altında) 150- 200 km- ə qədər dərinlikdə yerləşir.

Müəyyən edilmişdir ki, cavan dağ tikili­lərinin mürəkkəb qurulmuş hissələrində astenosferin ta­vanı yer səthindən 20- 25 km dərinlikdə yatır.

Qi­tə yamacının mərkəz hissələrində astenosfe-rin 200- 250 km- ə qədər olan dərinlikdə aşkar edilməsi onun yerin pərdəsi kimi qəbul edil­mə­sində şübhə yaradır. Ancaq, astenosferin ya­­tım dərinliyi nə qədər çoxdursa, litosferin həcmi də o qədər böyük-dür. Hesab edilir ki, onun ayrı- ayrı laylardan ibarət olan dabanı 400 km dərinliyə qədər düşür.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin