Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Yer qabığının və litosferin əsas struktur elementləri



Yüklə 0,75 Mb.
səhifə38/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Yer qabığının və litosferin əsas struktur elementləri

Yer qabığının əsas struktur elementləri qitə­lər və okeanlardır. Bunlar geofiziki mənada ba­şa düşülən qitə qabığı zonası ilə qitə ətəyinə görə təyin olunur. Yer səthinin 2/5 hissəsini qitələr, 3/5 hissə-sini isə okean­lar təşkil edir. Okeanların sahilə yaxın böyük mə­­safələrə uzanan zonalarında, xüsusən Sakit okeanda, qitə- okean sərhəddi iri dərinlik çatları ilə təyin edilir ki, bu da Benyof zonası adlanır. Bu zona

bəzi yerlərdə çox dərində, üst və alt mantiya arasında qeyd olunur.

Litosfer lateral istiqamətdə geodinamik prinsip əsasında ayrı- ayrı plitələrə, litosfer plitələrinə ay-rılr. Yerin müasir strukturunda yeddi əsas iri litosfer plitəsi ay­rı­lır: Şimali Ame­rika, Cənubi Amerika, Avro­a­siya, Afrika, Hin­distan- Avstraliya, Antar-k­tida, Sakitokean. Sa­kit­­okean istisna olmaqla bu plitələr özündə həm qitə, həm də okean sa­hələrini birləşdirir. İri plitələrlə yanaşı çox sayda xır­da plitə-lər də ayrılır. Qitə və okean hü­dudlarında plitələrin əsas sahəsi qabığın və litosferin stabil blok­larına müvafiq gəlir.

Müasir okeanlarda litosfer plitələri arasın-dakı sər­həddə hərəkətli ortaokean dağ silsilələri yerləşir. Okeanların sərhədləri boyu, okean­larla qitələr ara-sında keçid zonalarında, yəni, Benyof zonası arxa-sında kənar qitə tipli hərəkətli- orogen qurşaqlar yerləşir. Qurşaq­ların digər bir tipi isə qitələr arası ilə uzanır. Buna misal olaraq Avroasiya və Afrika qitələri arasında yerləşən Aralıqdənizi hərəkətli- orogen qurşağını və Ural- Monqol qurşağı- cavan platformanı göstərmək olar.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin