YER QABIĞININ MÜASİR VƏ ƏN YENİ HƏRƏKƏTLƏRİ, ONLARIN ÖYRƏNİLMƏSİ-NİN ÜSULLARI VƏ NƏTİCƏLƏRİ
Yer qabığının ən müasir hərəkətlərinin öyrənil-məsi ilə geotektonikanın bir qolu olan neotektonika məşğul olur. Bu əsasən yer qabığında gedən müasir tektonik prosseslərlə əlaqədar olub, son 40 milyon illik bir zaman kəsimini əhatə edir. Hesab edilir ki, müasir yerin strukturlarının və relyefinin əsas cizgi-lərinə oliqosenin cizgiləri uyğun yaxındır.
Ən yeni hərəkətlər mərhələsindən müasir bəzən isə cavan hərəkətlər xüsusən seçilir.
Müasir hərəkətlər adı altında Yer tarixinin son üç geoloji əsrinin hərəkətləri nəzərdə tutulur. Bu hə-rəkətlərin öyrənilməsi üçün geodeziya üsulundan istifadə olunur. Ən yeni və müasir hərəkətlərlə yana-şı, bəzən daha yeni hərəkətlər mərhələsi də ayrılır. Bu mərhələ holosendən bu yana olan 10-12 min illik bir epoxanı əhatə edir. Həmin hərəkətlərin öyrənil-məsi üçün tarixi- arxeoloji üsuldan istifadə olunur. Üsul ona əsaslanır ki, bir çox antik tikililər dəniz kə-narında tikilmişdir. Bunlardan bəziləri tektonik hərə-
kətlərin təsiri altında aşağı enərək su altında qalmış, digərləri isə qalxaraq su səviyyəsindən xeyli yuxarı-da dayanmışdır.
Dostları ilə paylaş: |