REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021
PALEOTEKTONİK ANALİZİN ÜSULLARI Müxtəlif geoloji dövrlərin paleocoğrafi xəritə-lərində ən çox sahəni dəniz çöküntüləri və qitədaxili su hövzələrinin çöküntüləri tutur. Yerin keçmiş tari-xinə doğru getdikcə tektonik hərəkətlərin tədqiqi-nin geomorfoloji üsulları öz əhəmiyyətini itirir. Bu əsa-sən yura dövrünə qədər olan tarix üçün ikinci plana çəkilir. Artıq aparıcı rolu paleotektonik analiz üsul-ları oynamağa başlayır. Burada çökmə- vulkan qat-larının yayılmasının, tərkibinin, qalınlığının, qarşı-lıqlı münasibətinin, onların fasiyala-rının analizi, qalınlığı, həcmi, formasiyaları, fasilələr və qeyri uyğunluqlar aparıcı rol oynamağa başlayır.