Fasiyaların analizi. Müasir tədqiqatçıların çoxu fasiya adı altında müəyyən fiziki- coğrafi şəraitdə əmələ gəlmiş çökmə süxurların bəzi tiplərini qeyd
edirlər. Məs: çay yatağı qumları, göl əhəngdaşıları, sahil çaqılları və s. Bəzən litofasiya adlanan və sü-xurların genezisindən asılı olmayan litoloji fərqliliyi ayırmaqla da kifayətlənirlər.
Fasiyaların paylanması qədim hövzələrin dibini və onun sahillərinin topoqrafiyasını əks etdirir, eyni zamanda bu zaman kəsiminin quru sahələrini müəy-yən edir. Relyef və xüsusən sualtı relyef öz zama-nının strukturunu və hərəkətlərini əks etdirir. Qitə-daxili iri su hövzələriin çöküntütoplanması həmişə tektonik enmə zonalarını, quru sahələri isə tektonik qalxmaları göstərir.
Fasiyaların paylanması analizinin tətbiqi məq-sədilə təbii açılışların və həmçinin qazma quyula-rının öyrənilməsinə əsaslanan xüsusi xəritələr hazır-lanır. Burada adi stratiqrafik bölgülər - mərtəbə, yarımmərtəbə, bəzi hallarda daha xırda - horizont, lay və daha iri bölgülərdir.
Dostları ilə paylaş: |