REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021
Okean tipli yer qabığının tektonik rayonlaş-dırılması baçlıca olaraq 2 prinsp əsasında aparılır. Bunlar struktur- geomorfoloji vəgeoloji- tarixi prinsipləridir. Struktur- geomorfoloji prinsp okean dibi relyefin və ərazidəki tektonik strukturların sıx əlaqəsinə əsaslanır. Bununla əlaqədar olaraq müxtəlif okean kənarları və onların elementləri, həmçinin okean dibinin müasir strukturları ayrılır. Bu prinsplərin tətbiqi ilə Rusiya alimləri daha geniş məşğul olmuşlar. Okean dibinin rayonlaşdırılması zamanı istifadə edilən tarixi- geoloji prinsp bu və ya digər dərəcədə ayrı- ayrı okeanların yer qabığının yaşının və quruluşunun öyrənilməsinə, həmçinin müxtəlif yaşlı vulkan- çökmə zonaları laylarının gərilmələrinin, vulkan tikililərinin və s. materiallarına əsaslanır.