REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021
GEOSİNKLİNAL VİLAYƏTLƏRİN VƏ SİS-TEMLƏRİN İNKİŞAFI Hərəkətli- orogen qurşaqlar öz təkamülü döv-ründə 300- 400 mln. ildən (daha əvvəlki) 150- 200 mln. ilə qədər (daha sonrakı) davamlılıqla bir sıra mərhələlər və ya fazalar keçmişdir. Ayrı- ayrı vilayətlər üçün və xüsu-sən qurşaqları təşkil edən sistemlər üçün, nisbətən aktiv inkişaf dövrü sonuncu mərhələ, nadir hallarda isə sonuncudan əvvəlki mərhə-lədir. Ancaq bundan sonra qırışıqlıqlar dağ ölkələrinə- yəni, vilayətə çevrilir. Qırışıqlıq dağ tiki-liləri ardınca platforma rejimi gəlir. Bu mərhələ, daha doğrusu onun ilkin mərhələ-sinin birinci yarısı, baş geosinklinal mərhələ, ona müvafiq gələn dağ sü-xurları kompleksi isə, baş geosinklinal kompleks ad-lanır. Baş geosinklinal mərhələ adətən iki hissədən ibarət olur: erkən və gec. Erkən və gec geosinklinal inkişaf dövrü ardınca orogen mərhələ başlayır. Oro-
gen mərhələnin özündə də erkən və gec dövr ayrılır.