Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Platformaların inkişafının pillələri



Yüklə 0,75 Mb.
səhifə65/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Platformaların inkişafının pillələri

Qədim platformaların inkişafının ilkin pil­ləsi kratonlaşmadır. Bu qalxmaların, üstün­lük təşkil etməsi və maqmatizmin intensivliyi ilə səciyyələnir. Onun üçün qabbro- anortozit- qranit plutonlarının iri laylarının toplanması tipikdir.

Kratonlaşma pilləsi tədricən erkən avla­kogen pilləsi ilə əvəz olunur. Bu şimal plat­formaları cərgə-sində nisbətən özünü tipik gös­tərimişdir. Qondvana superplatformasında bu pillə özünü bir qədər zəif formada göstərib.

Kembriyəqədərin sonunda, əsasən Neopro-terozoyda, avlakogenlər çökəkliklərə, sonra isə tez bir zaman ərzində sineklizlərə çevrilmişdir. Sonda isə çö­kək­liklər və sineklizlər birləşərək antekliz üzə­rindən keçən bütöv çökmə örtüklü plitələri əmələ gətirib.



Nəhayət, platformaların inkişaf pilləsinin nis-bətən uzun müddətli əsas pilləsi başlayır. Bu praktiki olaraq fanerozoy ərzində mövcud olmuş bütün qə-dim platformaları əhatə edir. Əksər cavan platfor-malar üzərində qitə pil­ləsinin başlanğıcı yura dövrü-nün başlanğıcına aid edilir. Plitə pilləsinə nisbətən,

bütün əv­vəlki platforma inkişafını, çox vaxt plitəyə qədərki pillə kimi qeyd edirlər.

Plitə mərhələsində toplanan örtük adətən dəqiq fazalarla qurulmuş komplekslərə ayrılır. Bu da geo-sinklinal qurşaqların asas tektonik fazalarına müva-fiq gələn və bir- birindən de­mək olar ki, çöküntü-toplanmadakı ümumi fa­si­lələrlə ayrılan formalarına uyğun gəlir.

Ümumən, platformalar üzərində qitə və dayaz-dəniz çöküntüləri üstünlük təşkil etdi­yindən, onların tərkibinə və formasiya təbiə­tinə iqlim şəraiti böyük təsir gşstərmişdir. Bu isə platformalar üçün iki formasiya sırasının qəbul edilməsinə imkan yaradır: birinci hu­mid, ikincisi isə, arid iqlim üçün. Çökmə örtüyün formasiya sırasının bünöv­rəsində qitə qırıntı formasiyası durur. Dənizin qurunu basması ilə qırıntı formasiyaları laqun formasiyası ilə əvəz olunur.

Qeyd olunan for­ma­siyalarla yanaşı platforma-lar üzərində həmçinin aşağıdakı formasiyalar da qeyd olunur: trans­qres­siv terrigen, karbonat, trapp, qələvi- bazalt, kim­­berlit və s. Platformaların tektonik- maqmatik aktivləş­məsi, xüsusən, yeni oliqosen- dördüncü dövr epo­xalarında özünü açıq

göstərmişdir ki, buda aktivləşmə pilləsi adını al-mışdır.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin