TƏKRARİ OROGENLƏR VƏ QİTƏ RİFTLƏRİ
Geoloqların çoxu uzun zamanlar hesab edirdilər ki, dağ tikililəri həmişə birbaşa geosinklinalların davamıdır və onlar inkişafını başa çatdıran qırışıqlıq deformasiyaları nəticəsində əmələ gəlir. Doğrudur hələ XX əsrin əvvəllərində amerika geomorfoloqu U.M.Devis geosinklinal prosseslərlə müşaiət olun-mamış dağ tikililərin mövcudluğu haqqında fikir söyləmişdi. Ancaq, sonralar geoloqlar bu fikirdən yan keçmişdilər. Yalnız mərkəzi Asiyada Tyan- Şanda və Altayda sovet geoloqlarının tədqiqat-lqrından sonra belə bir nəticəyə gəlinmişdir ki, uzun zaman platforma rejimində inkişaf etmiş dövrdən sonra da ərazi təkrar dağəmələgəlməyə cəlb edilə bilər. S.S.Şults 1962- ci ildə iki tip orogen ayırmağı təklif etdi: epigeosinklinal və epiplatforma (epi yunanca “sonra”). Bir qədər sonra bu məfhumlar V.V.Belousov tərəfindən tektonik aktivləşmə kimi qeyd edildi. O qeyd etmişdir ki, bu aktivləşmə nəti-cəsində platformalar yenidən dag tikililərinə çevrilir.
Dostları ilə paylaş: |