Epiplatforma (təkrari) orogenlərinə o dağ ti-kililəri aid edilir ki, onun peyda olduğu ərazi hüdudlarında uzun zaman platforma mövcud olmuş-dur. MDB hüdudlarında bu kateqoriyaya Tyan- Şan, Altay, Sayan, Pribaykal, Zabaykal və Mərkəzi Asi-yaya keçən dağ tikililəri aid edilir. Onlar qırışıqlığın baykal, kaledon və hersin fazalarında sonuncu geosinklinal deformasiyaları və ilkin orogenezi keç-mişlər.
Rusiyanın Pribaykal və Zabaykal vilayətlərin-də həqiqi platforma rejimi gec təbaşirdə və erkən paleogendə müşahidə olunub. Baykalid, kaledonid və hersinidlərdən ibarət olan bu region aktivləşmə-nin bir neçə fazasını keçirmişdir: kaledon və hersin mərhələlərinin sonunda- baykalidlər, hersin və kim-meriy mərhələsinin sonunda- kaledonidlər, kim-meriydə- hersinidlər əmələ gəlmişdir.
Geosinklinaldan kənar orogenezin geniş təzahürü bəzi sovet tədqiqatçılarını (V.V.Belousovu) belə bir fikirə gətirdi ki, orogenez geosinklinal prosseslərdən və onun digər dərinlik amillərindən asılı deyil. Sonralar bu fikir bir qədər mübahisə yaratdı, V.Y.Xain və b.- rı bu fikirlə razılaşmadı.
Dostları ilə paylaş: |