Müasir litosfer plitələri
Hal- hazırda materiklər və okeanlar üzərində aşağıdakı iri və xırda ölçülü litosfer plitələri ayrılır: Şimali Amerika, Şimali Amerika plitəsi Şimali Amerika qitəsini, Qrelandiyanı, Atlantik okeanının
şimali qərb hissəsini, Şimal Buzlu okeanın çox hissəsini, həmçinin Asiya qitəsinin şimali şərq kənarını tutur. Şərqdə və cənubişərqdə bu qlitənin sərhədləri şimali Atlantikanın rift zonaları hesab edilir. Şimali Amerika plitəsi özünün qərb hissəsində Avrasiya qitəsi ilə müəyyən məsafədə sərhəd təşkil edir. Şimali Amerika litosfer plitəsi cənubda dərinlik çatları və dərin su çökəklikləri ilə Karib plitəsindən ayrılır. Bu plitənin əsas qitə hissəsini Şimali Amerika qədim platforması təşkil edir.
Afrika plitəsi Afrika qitəsi massivinə müvafiq gəlir. Onun qərb, cənub və şərq kənarları cənubi Atlantikanın və Hind okeanının kənarlarında yerləşir. Plitənin qərb sərhəddi cənubi Atlantika silsiləsinin rift dərəsinin ox xəttinə görə verilir. Bu plitə cənubi şərqdə Antarktika plitəsi ilə sərhədlənir. Hindistan-Avstraliya plitəsi ilə Ərəbistan- Hindistan silsiləsinin rift sistemi ilə sərhədlənir. Bir sıra tədqiqtçılar Afrika plitəsinin şərq hissəsini sərbəst Somali plitəsi kimi ayırırlar.
Dostları ilə paylaş: |