REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021
Dərinlik çatlarının geoloji vəziyyəti müxtə-lifdir. Bir çox tədqiqatçılara görə dərinlik çatları üç qrupa bölünür:
Birinci cərgə çatlar iri litosfer plitələrinin sərhədlərini təyin edir. Bunlar divergent (okean riftlərinin yer dəyişməsi), konvergent (Vadati- Zavaritski- Benyof zonası) və trasform (magistral çatlardan ən böyüyü) çatlardır.
İkinci cərgə çatlar xırda və mikroplitələri sərhədləndirir (məhdudlaşdırır). Bunlara qitə və litosfer plitələrinin okean meqabloklarını bərabər tutmaq olar. Qitələr üzərində ikinci cərgə çatlara əsas rift sistemlərinin çatlarını aid etmək olar. Bu çatlar litosfer plitələrinin qitə hissəsini kiçik plitələrə bölür. İkinci cərgə çatlar qitə və okeanların içərisin-də olan bütün çatları əmələ gətirir.