Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə76/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Planetar çatlılıq

Dərinlik çatlarının qlobal şəbəkəsi Yer qa­bı­ğı-nın və ümumən litosferin hər yerində bö­lgülərə ay-rılmanın açıq təzahürüdür. Çatlar müxtəlif miqyas-lıdır. İrili- xırdalıdır. Hətta geoloji kə­si­lişlərdə və karxanalarda xırda çatlar izlənilir. Bu çatlılıq daha təmiz, təhrif olunmuş üstəgəlmə deformasiyaları şəkilində platforma örtüyünün kəsilişlərində görünür. Qırışıqlıq vilayətlərində bu çatlar həm çökmə süxur qatlarında, həm də püskürmə və meta­morfik süxurlarda iştirak edir. Planetar miq­yasda çatlılığın öyrənilməsi kosmosdan çəkil­miş fotoların deşifrə edilməsi yolu ilə aparılır və bunun əsasında iri regionların çatlılıq xəri­təsi tərtib edilib. Çoxdan müəyyən edilmişdir ki, məhz dağ süxurlarının çatlılı-


ğı çay və yar­ğan şəbəkəsi mənzərəsinə nəzarət edir. Uzaq geoloji keçmişdə də bu belə olmuşdur.

Toplanmış materialların statistik işlənilməsi gö-stərir ki, planetar çatlılıq öz səmtinə görə or­to­qonal və periqonal iki cüt sistemlərə cavab verir. Bu qanunauyğunluq həm Aya həm də di­­gər Yer qrupu planetlərə aid edilir.

Qitə platformaları üzərində çəkilmiş kos­mik foto şəkillər çatlar yığımının xətti zona­larını aşkar etmişdir. Bu xüsusən Şərqi Avro­pa platforması üzə-rində daha yaxşı izlənilir. Yüksək məsaməlilikli bu zonaların mənşəi hə­lə aydınlaşdırılmamış qalır. Hesab edilir ki, bu çatlar şəbəkəsi flyuidlərin miqrasiyasına nəzə­rə çarpacaq dərəcədə təsir edə bilər və bir sıra faydalı qazıntı yataqlarının formalaşmasına sə­bəb olar.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin