Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə8/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Avroasiya plitəsi özünün çox hissəsi ilə Avropa qitəsinə, həmçinin şimali Atlantika və Şimal Buzlu okeanın kənar hissələrinə müvafiq gəlir. Bu

plitənin qərb sərhəddi Şimali Amerika qitəsi ilə sıxılmışdır. Onun Şimali Amerika ilə olan qərb sərhəddi Şimali Atlantika silsiləsinin rift dərəsi, şimal sərhəddi isə Qakkel dağ silsiləsinə görə təyin edilir. Plitənin şimali- şərq sərhəddi, bəzi tədqiqatçılara görə, Mom riftinə görə keçirilir.ancaq bu mübahisəlidir. Şərqdə Sakit okean və Filippin litosfer plitələri ilə sərhəddi Kuril- Kamçatka, Yapon, Nansey, Filippin çuxurları düzümünə müvafiq gələn Zavaritsk- Benyof zonası ilə; cənub sərhəddi isə, Afrika litosfer plitəsinin şimalı ilə keçirilir. Burada Cənubi Tavr və Mesopotamiya kənar çökəkliyi Avroasiya ilə Ərəbistan plitəsi arasindakı sərhəddi təyin edir. Plitənin Hindistan- Avstraliya plitəsi ilə sərhəddini Suleyman, Kirtxara, Himalay, Arakanönü kənar çökəklikləri və Zond və Timor dərinsu təknələrinə görə müəyyən olunur.

Son zamanlar bəzi tədqiqatçılar Avroasiya plitəsi hüdudlarında bir sıra sərbəst Oxot, Çin, Hindi- Çin, İran və s., plitələr və Mərkəzi Asiya və Tyan- Şanda isə mikroplitələr ayırırlar; sonuncular V.Xainə görə bir qədər mübahisəlidir.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin