Geologiyaya qədərki mərhələnin yaşı 4,6-4,0 mld il hesablanıb. Bu mərhələdə Yerin səthində, Ay-da və digər planetlərdə olduğu kimi əsasən havasız və sussuz mühit olmuşdur. Bu müqayisə ilk dəfə A.P.Pavlov tərəfindən verilmışdır.
Tədqiqatçılar hesab edirlər ki, Yer özünün il-kin formalaşması dövründə Ay inkişaf mərhələsini keçmişdir. Yəni ilkin formalaşma zamanı onun üzə-rində su və qaz pərdəsi olmamışdır. Bu ancaq sonralar mantiyanın deqazasiyası nəticəsində baş vermişdir. Yerin qorunmayan səthi güclü meteorit bombardmanına məruz qalmışdır. Bombardman nəti-cəsində əmələ gələn kraterlər bazalt lavaları ilə dolmuşdur. Bunlar Ay dənizlərini xatırladır və hidrosferin əmələ gəlməsi zamanı materiklərdən daşinmış çöküntülərlə doldurulduğu güman edilir.
Dostları ilə paylaş: |