Cənubi Amerika plitəsi Cənubi Amerika qitəsinin
Sahəsi və Atlantikanın cənubi qərb kənarlarına müvafiq gəlir. Cənubi Amerika litosfer plitəsinin çox hissəsi cənubi Amerika qədim platformasının payına düşür. Plitənin qərb hissəsi daha çox tektonik aktivliyi ilə fərqlənir. Plitənin qərb sərhəddi Çili-Peru çökəkliyi ilə izlənilir. Burada, şərq hissədə Atlantik rift zonasının silsilələri plitəni Afrika litosfer plitəsindən ayırır.
Hindistan- Avstraliya plitəsi Hindistan yarımadasını, Hind okeanının qərb hissəsini, Avstraliya qitəsini, Yeni Qvineyanı, Yeni Zelandiyanı və Sakit okeanın cənubi qərb hissəsini tutur. Bu litosfer plitəsinin qərb və cənubi- qərb sərhədləri Ərəbistan və Hindistanın sərhədi boyu keçirilir. Burada o Afrika və Antarktida litosfer plitələri ilə sərhəd təşkil edir.
Dostları ilə paylaş: |