Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Paleozoy mərhələsi (0,7- 0,2 mld. il)- platfor-ma- geosinklinal mərhələsi



Yüklə 0,75 Mb.
səhifə93/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Paleozoy mərhələsi (0,7- 0,2 mld. il)- platfor-ma- geosinklinal mərhələsi. Bu mər­hə­­lə­nin başlan-ğıcı Şimali Atlantika, Monqol- Oxot və Aralıqdənizi geo­sinklinal qurşaqlarının sürətlə formalaşması ilə səciyyələnir. Özünün nisbətən yetişmiş mərhələsində bu qurşaqlar Şimali Atlantika tipli okeanları təmsil etməli idilər. Bunlarla eyni zamanda və ya bir qədər sonra Sakit okean kənarlarında aktiv geosinklinal prosseslər başlamış və ya güclənmişdir.

Qitələrarası geosinklinal qurşaqların yaran­ması ilə bərabər şimal cərgəsi platformaları özünün müa-­sirə yaxın cizgilərini götürmüş oldu. Bunlara qarşı cənubda bu zaman Qondvana superplatforması dur-muşdu. Paleoproterozoyun sonunda- Mezoprotero-zoyda və ya Neoproterozoyda şimal platformalarının erkən avlakogen inkişaf mərhələsi əvvəlcə sinekliz, sonra isə plitə mərhələsini keçmişdir. O zaman Qon-dvana erkən paleozoyda okean səviy­yəsindən yuxa-rıda qaldırılmış vəziyyətdə tam olaraq saxlanılmışdı (Avstraliya istisna olmaqla). Ancaq orta paleozoyda


qismən çökmə başlamışdır. Artıq neoproterozoydan qabaq, tektonogenezin baykal epo­xasında, sonra isə gec kembri- ordovikin əvvəlində (salair, sard, qram-pian epoxaları) geosinklinal qur­şaqların kənarları boyu qitə qabığının akkresiyası başlamış və buna paralel olaraq qurşaqların mərkəz zona­larında spre-dinqlə davam etmişdir. Ordovikin sonunda (takon epoxası) gərilməyə nisbətən, sıxılma üstünlük təşkil etmişdir. Silurun sonu- devonun əvvəlində kaledon tektonogenezi özünün ən yüksək mərhələsinə çatmış, geosinklinal mərhələni bağlamış, qitələrarası qur-şaqların yetərli sahələrində və Sakit okean qurşağı kənarlarının bəzi sahələrində oroge­nezə keçmişdir. Devonun sonu- karbonun əv­vəlində Asiyanın bir- çox sahələrində ofiolit­lərin yeni əmələgəlmələri ilə müşaiət olunan spredinqin bərpa olunması baş verir. Bu prosses Şimali Amerikanın cənubunda və Asiyanın şərqində gec permə qədər ləngi­mişdir. Bu zaman Qərbi və Mərkəzi Avropada artıq permin ortasında platforma rejimi bərpa olunmuşdu.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin