REGİONAL GEOLOGİYA BÖLMƏSİ
REGİONAL GEOLOGİYANIN ÖYRƏNİLMƏ MƏSƏLƏLƏRİ
Regional geologiyaya aid ədəbiyyatlarda regio-nal geotektonikanın tektonik rayonlaşdırma, platfor-ma və qırışıqlıq strukturlarının quruluşu və təkamü-lünə əsas fikir verilir. Bu kurs əsasən təsviri səciy-yəlidir, böyük metodik əhəmiyyətə malikdir. Qlobal strukturların quruluşu ilə tanışlıq geniş formada “Geotektonika və geodinamika” dərsliklərində veri-lir. Burada Yer qabığının ayrı- ayrı strukturları öyrənilir və izah edilir.
Son zamanlar geotektonika fənni içərisində tam sərbəst bölmələr və istiqamətlər formalaşmışdır. Bu bölmələrdən bəziləri ali məktəblərdə sərbəst fənn kimi tədris olunur. Onlardan biri regional geotekto-nika bölməsidır ki, burada Yer qabığında yerləşən tektonik strukturların quruluşu, yerləşməsi və təka-mülü baxılır.
Təqdim olunan dərs vəsaiti özündə Yer qabığının litosferin və tektonosferin əsas struktur elementlərini, onlarda gedən tektonik prossesləri və onların öyrənilməsi üsullarını özündə cəmləşdirir və tələbələrin nəzərinə çatdırmağı planlaşdırır.
Dostları ilə paylaş: |