Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Şimali Amerika platforması



Yüklə 0,75 Mb.
səhifə20/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Şimali Amerika platforması Şimali Amerika materikinin mərkəz və şimali- şərq hissəsini və eləcə də Qrenlandiyanın qərb və daxili rayonlarını əhatə edir. O qərbdən Şimali Amerika kordilyerlərinin mezozoy qırışıqlıq tikililəri ilə (Şərqi Sakit okean hərəkətli- orogen qurşağı vilayəti), şimaldan İnnuit

qırışıqlığının qalıqlarının paleozoy və mezozoy strukturları, cənubi- şərqdən Appalaç qırışıqlığı qalıqlarının paleozoit strukturları ilə məhdudlanır. Platformanın nisbətən qaldırılmış hissəsi onun şimali- şərqində yerləşən Kanada- Qrenlandiya qalxanıdır. Burada platforma bünövrəsi yer səthinə çıxmışdır. Platformanın bünövrəsi arxey və alt proterozoy əmələgəlmələrindən təşkil olunub. Platforma örtüyü isə paleozoy- kaynozoy qatlarından ibarətdir. Platforma bünövrəsinin səthi cənubi- şərq istiqamətində pilləvari olaraq fanerozoy örtüyü altında basdırılıb. Bu çöküntülər qneyslərdən, gil şistlərindən, kvarsitlər-dən, mərmərlətdən və s. ibarətdir. Nüvə geoxronologiyası məlumatlarına görə platforma bünövrəsinin yaşı 2,7-2,6 milyard il hesablanıb.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin