Çin- Koreya (Şimali Çin və Cənubi Çin platforması) platforması tektono- maqmatik aktivi-zasiya prosseslərinin təsiri altında parçalanmalara məruz qalmışdır.
Şimali Çin platforması şimalda, en dairəsinə görə qeyd olunan çatlar boyu, Ural- Monqol hərə-
kətli- orogen qurşağının paleozoy qırışıqlıq tikililəri ilə sərhədlənir. Qərbdən və cənubi- qərbdən o paleozoy qırışıqlıq tikililəri ilə əhatə olunmuşdur.
Cənubi Çin platformasının sərhədləri nisbətən şərtiliklə verilir. Şimali Çin platformasının qərb davamı kimi Tarim qalxımçısı hesab olunur. Cənubda hər iki platforma Aralıqdənizi hərəkətli- orogen qurşağının şimal kənarına söykənir. Hər iki platforma üzərində örtüyün quruluşunda paleozoy, mezozoy və kaynozoy çöküntüləri iştirak edir. Kaynozoy erasında platforma hüdudlarında submeri-dian istiqamətində rift sistemləri formalaşmışdır. Bu zaman traxibazalt maqmatizmi özünü aktiv göstər-mişdir.
Dostları ilə paylaş: |