Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə23/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Hindistan platforması Hindistan yarımada-sının çox hissəsini tutur. Formaca qeyri- düzgün romb şəkillidir. O özünün şimal kənarında Aralıq dənizi hərəkətli- orogen qurşağına söykənir. Burada Süleyman, Kirtxara, Himalay, Arakan dağları və on-

ların ön çökəklikləri yerləşir. Platformanın bünövrəsi onun cənub yarısında, yəni Cənubi Hind qalxanında açılmışdır. Bünövrənin çox hissəsi arxeydə konsoli-dasiyaya uğramışdır. Qalxanın kembriyəqədərki strukturunda Baster kratonu qeyd olunur. O platformanın mərkəzinə yaxın hissədə yerləşir.

Platformanın şimal hissəsində platforma örtüyü çöküntüləri paleoproterozoyun qırıntı materialları ilə başlayır. Platformanın şimal kənarında qırmızı rəngli duz daşıyıcı və karbonatlı çöküntülər yayılmışdır. Həmin çöküntülər üst karbon- alt perm sistemlərinin buzlaq əmələ gəlmələri ilə örtülmüşdür. Bunun üzərində isə dayazu dəniz terrigen çöküntüləri toplanıb. Platformanın üzərində alt paleozoy- mezozoy çöküntüləri daha geniş yayılmışdır. Burada qalınlıq 6 km- ə çatır. Əvvəllər mövcud olan rift strukturlarının formalaşması mezozoy və kaynozoy-da da davam etmişdir. Hesab edilir ki, Hindistan yarımadası eosenin sonunda Asiya qitəsinin tərkibi-nə daxil olmuşdur.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin