Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə25/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Avstraliya platforması eyni adlı qitənin qərb əsas hissəsini tutur. Qərbdə və cənubda Hind okeanının dərinsu çökəklikləri ilə, şərqdə Tasman qırışıqlıq sisteminin paleozoy qırışıqlıq tikililəri ilə, şimalda isə Yeni Qvineyanın şərq hissəsinin qırışıqlıq tikililəri və Sulavesi dənizi dərinsu çuxurları ilə sərhədlənir. Ümumən bu qitənin kənar-

ları çox sayda dənizlərlə yuyulur. Platforma bünövrəsinin çıxışları örtüklə örtülmüş müxtəlif məsafələrdə yerləşən sahələrlə massivlər əmələ gə-tirir. Bünövrənin yaşına görə Avstraliya platforma-sında üç vilayət ayrılır: qərb- Arxey; mərkəz- erkən Proterozoy; şərq- gec Proterozoy.

Qərb vilayətin bünövrəsi ərazicə böyük olan iki qalxanda açılmışdır. Bu qalxanların kembriyə-qədərki strukturu arxey qırışıqlığının iki zonasında təşkil olunmuşdur. Birinci zonanın yaşı 3,0- 2,7 milyard il hesablanır. Platformanın cənub kənarında üst arxeyin və alt proterozoyun qranit- yaşıldaş assosiasiyası və onları bir- birindən ayıran alt arxeyin qneys kompleksləri yerləşir. Nisbətən böyük olan mərkəz vilayətin bünövrəsi arxey süxurlarının müxtəlif ölçülü qırıntı məhsulları ilə qurulmuşdur. Burada çöküntülərin yaşı 2,2- 2,7 milyard il hesab edilir. Nisbətən daha qədim protoplatforma çökün-tüləri Pilbara qalxanının cənub yamacı üzərində yayılmışdır. Bunun yaşı 2,8- 2,4 milyard il hesab edilir. Həmin qalxanın kəsilişində müxtəlif tərkibli süxurlar iştirak edir.

Platforma örtüyü üst proterozoy çöküntüləri ilə başlayır. Həmin çöküntülərin daban hissəsi şimali- qərbdən başlayaraq cənubi- şərq və şərq istiqamə-tində açılır. Proterozoyun birinci yarısında burada rift sistemi formalaşmışdır. Örtük kompleksinin toplanması əksər avlokogenlərdə paleoproterozoyun ikinci yarısından başlamışdır. Ümumən, platforma

kompleksi bünövrə üzərində, ayrı- ayrı bloklarda müxtəlif vaxtlarda toplanmışdır. Şərq hissədə platforma örtüyünün toplanması paleoproterozoyun sonundan başlayır. Orta paleozoyda platformanın əksər sahələri nisbətən qaldırılmış vəziyyətdə olmuşdur. Bu mərhələ orta paleozoyda rift struk-turlarının toplanması ilə səciyyələnir. Paleozoyun sonunda,- daha doğrusu karbon və perm dövrlərində platformanın bəzi sahələrində buzlaşma qeyd olunur. Platformanın son struktur planinin formalaşması zamanı mezozoy- paleogen mərhələsinə uyğun gəlir. Bu zaman platformanın mərkəz hissəsi qalxmaya məruz qalmış, əksinə kənar hissələri bir qədər enmişdir. Təbaşirin və paleogenin sonunda Avstraliya və Antarktida platformalarının bölünməsi baş vermişdir.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin