Cavan hərəkətli- orogen qurşaqlar
Aralıq dənizi hərəkətli- orogen qurşağı Avro-asiya materikinin cənub kənarında yerləşir. O Böyük Britaniyanın cənubundan başlayaraq şərqə doğru, Sakit okean qurşağına qədər uzanır. Bu zaman o qərbdə Pireney yarımadasının qərb hissəsindən keçir, Cənubi və Mərkəzi Avropa boyu qərbə tərəf uzanır
və Kiçik Asiyada Əfqanıstanın və Pakistanın şima-lından keçərək İndoneziya sahillərinə qədər uzanır. Cənubi şərqdə Aralıq dənizi və Sakit okean qurşağı strukturları bir- birinə söykənir. Bu qurşağın şərq sektoru Hindistanın şimalını və Çin Xalq Respub-likasının cənubunu və eləcədə Malakka yarımadasını və İndoneziya arxipelaqını əhatə edir. Bəzi tətqiqatçılar bu ərazini ayrıca bir qurşaq kimi ayırır və İndoneziya- Birma qurşağı kimi qəbul edirlər.
Bütün uzanma istiqaməti boyunca Aralıqdənizi hərəkətli- orogen qurşağı Avroasiya qrupu plat-formalarının cənub kənar hissəsini tutur. Arvopa materikinin kənar hissəsində bu qurşağın struktur-larını Ural- Monqol qurşağına qədər uzanan bir zolaq təşkil edir. Qurşaq qərbdə Atlantik okeanına söykənir.
Qurşağım əsas xüsusiyyətlərindən biri onun içəri-sində dərin dəniz su çökəkliklərinin (Qara və Xəzər dənizlərinin ) olmasıdır.
Aralıq dənizi qurşağının quruluşunda iki tip ərazi ayrılır: onun şimalında yerləşən cavan epipa-leozoy plitəsi və mezozoy- kaynozoy geosinklinal qırışıqlıq strukturları.
Cavan platforma qurşağın şimal kənarı boyunca Ukrayna karpatlarından başlayaraq Tacikistanda Pa-mir dağlarına qədər uzanır. Qurşağın şərq hissəsində yerləşən mezozoy qırışıqlıq sistemləri (Pamir dağ-ları, Hindi- Sekey yarımadası, Malakka) və Alp qırışıqlığı strukturları mühum rol oynayır. Paleozoya qədərki komplekslər burada geosinklinal sistemin bünövrəsində geniş yayılmışdır. Onlar özündə kem-briyə qədərki çöküntələri saxlayır, bir sıra iri struk-
turların nüvələrində yerləşir. Adətən bu süxurlar kəskin metamorfizmə uğramışdır və müxtəlif şəkildə özünü göstərir. Tektonik formasına görə mezozoy- kaynozoy kompleksləri də yekcins deyildir. Qurşa-ğın cənub və şimal kənarları örtük çöküntüləri ilə əmələ gətirmişdir. Qurşağın mərkəz zonalarında bəzi sahələrdə mezozoy- kaynozoy çöküntüləri örtük əmələgəlmələri ilə əmələ gətirmişdir. Ümumən bu sahələrdə fərqli strukturlar həcmcə geosinklinal formasiyalarda cəmlənmişdir. Ona görədə də həmin sahələrdə üç bir- birindən fərqli struktur formasiya komplekslərinin ayrılması qurşaq ərazisində onun tarixi inkişafının üç böyük mərhələsini ayırmağa imkan verir: gec proterozoy (baykal, baykal- salair),
paleozoy (hersin). mezozoy- kaynozoy (alp). Bu mərhələlərin hər biri yer qabığının yenidən işlənil-məsi ilə başlayır. Onun inkişafının yeni mərhələsinin öyrənilməsi göstərir ki, dağ əmələ gəlmə prosesləri qurşağın sərhədlərindən kənarda yerləşən vilayətlər-də də təsir göstərmişdir.
Dostları ilə paylaş: |