Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə31/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

GEOTEKTONİKA BÖLMƏSİ
GEOTEKTONİKANIN PREDMETİ VƏ ƏSAS TƏDQİQAT ÜSULLARI
Geotektonikanın predmeti

Geotektonika ümumən yerin inkişafı ilə əla­­qə-dar Yer qabığının və üst mantiyanın inki­şafı və de-formasiyaları, hərəkətləri, strukturu haqqında elmdir. Burada struktur adı altında müxtəlif tərkibli dağ süxurlarının paylanması və yatım şəraiti başa düşü-lür. Ancaq struktur termini geotektonikada başqa mənada, yəni Yer qabığının struktur elementi kimi başa düşülür. Bu elementlər platformalar, geosin­kli-­nallar, antiklinorilər, sinklinorilər, qalxanlar, plitələr, anteklizlər, sineklizlər və s.- dir.

Tektonik hərəkətlər Yer qabığının və üst manti-yanın ayrı- ayrı sahələrinin mexaniki yerdəyişmə-sidir. Bu hərəkətlər dağ süxur­la­rı­nın yatımında və daxili quruluşunda gedən de­formasiyalar və digər dəyişmələrlə müşaiət oluna bilər. Deformasiyalar dağ süxurlarının ilkin yatımında gedən pozulmaları özündə əks etdirir.

Plikativ (qırışıqlıq), dizyunktiv (parça­lanma) və inyektiv (maqmanın təsiri ilə) po­zul­malar məlum-dur.

Öyrənilmə sahəsinə görə geotektonika bir neçə elm sahələrinə ayrılır: morfoloji geo­tek­to­nika və ya struktur geologiya, və ya sadəcə tektonika; regional geotektonika; tarixi geotektonika; ümumi geotekto-nika.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin