Tektonik tədqiqat üsulları
Digər elm sahələri kimi geotektonikanın da özünün xüsusi tədqiqat üsulları var. Xüsusi tektonik tədqiqat üsullar aşağıdakılardır: struktur üsul, geode-ziya üsulu, geomorfoloji üsul, çökmə- vulkan mən-şəli çöküntülərin fasiya və qalınlıqların analizi üsulu, həcm üsulu, fasilələrin və qeyriuyğunluqların analizi üsulu, formasiyaların analizi üsulu.
Struktur üsul (və ya struktur analiz üsulu) müxtəlif tektonik pozulmaları öyrənir. Bura aiddir: qırışıqlıqlar, çökmə- vulkan, metamorfik əmələgəl-
mələr, intruziv- maqmatik süxurların yatım xüsusiy-yəti və s.. Bütün bunlar geoloji planalma, yeraltı xəritəalma, qazma quyuları, şaxtalar və s. material-ları əsasında aparılır. Rayonun tektonik quruluşu bu yolla aydınlaşdırılır və struktur xəritələr ilə ifadə olunur. Profillər, blok- diaqramlar və digər qrafiki materiallar əsasında məlumatlar verilir.
Geodeziya üsulu müasir hərəkətlərin və defor-masiyaların öyrənilməsi üçün istifadə olunur.
Dostları ilə paylaş: |