Təkrari nivelirləmə
Dəmir yollarının tikilməsi və onun təhlükəsiz-liyini qorumaq məqsədilə həmin yollar boyu dövri olaraq təkrari nivelirləmə işlərinin aparılmasına ehti-yac var. Təkrari nivelirləmələr zaman- zaman “reper” (nişan) işarələrinin yerinin dəyişdiyini gös-tərir. Bu dəyişmələr çox zaman ekzogen prosseslərin təsiri altında baş verən səthin deformasiyası ilə deyil, reperin yerləşdiyi strukturla əlaqəli olur. Ona görə də, yer qabığında baş verən müasir hərəkətləri qeyd etmək üçün dövri olaraq təkrar nivelirləmələr apa-rılır və onun nəticələri okean səviyyəsi ilə uzlaşdı-rılır.
Göstərilən hər iki üsulla aparılan ölçmələr gös-tərir ki, dəyişmələr il ərzində mm- lərin hissələrin-dən başlayaraq bir neçə mm- ə qədər və bəzən 100 mm/il qiymətə qədər dəyişə bilir. Çox zaman hərə-
kətin qiyməti ərazinin struktur planından asılı olur. Rus düzənliyində və Xəzər dənizi sahillə-rində belə dəyişmələr 70% təşkil edir. Buna baxma-yaraq bəzi sahələrdə hərəkətin və strukturun qiymət-ləri üst- üstə düşməyə bilər.
Dostları ilə paylaş: |