Formasiyaların analizi
Paleotektonik analiz üsulları arasında mühüm yer tutan bir üsul da formasiyaların analizidir. Formasiya məfhumu dağ süxurlarının bütün tipləri-nə- çökmə, vulkan, intruziv- maqmatik, metamorfik süxurlara aid edilə bilər.
Çökmə və vulkan, vulkan və plutonik süxur-ların qarşılıqlı münasibəti litoloji assosiasiya adlanır. Misal üçün: trapp assosiasiyası, ofiolit assosiasiyası. Nisbətən nadir hallarda formasiya bir tərkibli süxur-lardan ibarət ola bilər. Məs: ağ təbaşir formasiyası, qranodioritlər. Adətən formasiya tərkibində üç, dörd
və daha çox süxur komponenti olur. Bu və ya digər formasiyaların hansı tipə aid ilduğunu təyin etməklə onun hansı geostruktur zonadan (platforma, geosin-klinal – onun daxili və ya xarici zonası, orogen və s.) olduğunu göstərmək olur. Formasiyanın tipinin düz-gün təyin edilməsi üçün ilk növbədə onun şaquli və lateral (üfüqi) əlaqələrini, onun şaquli və lateral cərgələrdəki yerini aydınlaşdırmaq lazımdır.
Dostları ilə paylaş: |